Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   61   62   63   64   65   66   67   68   69

136 
 
istiqlaliyyət  qazanıldıqdan  az  sonra  meydana  gələn  bu  qəzetin  1919-cu  ilin 
yanvarından  1920-ci  ilin  aprelinədək  redaktoru  Üzeyir  Hacıbəyov  olmuşdur.  Ü. 
Hacıbəyov  əvvəllər  də  bir  müddət  «Tərəqqi»  (1908-1910-cu  illər)  qəzetinə, 
həmçinin  «Həqiqət»  (1909-1910-cu  illər)  və  «Yeni  İqbal»  (1915-1916-cı  illər) 
qəzetlərinə redaktorluq etmişdir. 
«Azərbaycan»  qəzeti  ictimai-mənəvi  həyatın  başlıca  məsələlərini  öz 
səhifələrində  işıqlandıraraq,  onlara  öz  münasibətini  bildirirdi,  O,  ictimaiyyəti 
xəbərdar  edərək  yazırdı:  «Bir  Denikin  var,  bizi  xaricdən  təhdid  edir,  bir  çox 
denikinlər  var  ki,  içimizə  dolub,  ən  xətərli  yerlərdə  gizlənib,  bizi  daxildən 
qorxudurlar...  Buna  görə,  istiqlalımızı  əldən  verməmək  üçün  bu  fövqəladə 
zamanda  fövqəladə  işlər  də  görülməlidir,  o  işlərin  ən  mühümü  özümüzü  xarici 
denikinlərlə bərabər, daxili denikinlərdən qorumaq təşəbbüsüdür». 
«Azərbaycan»  qəzeti  heç  bir  siyasi  partiyaya  mənsub  olmayıb,  ardıcıl 
surətdə milli azadlığı, milli müstəqilliyi, milli birliyi müdafiə mövqelərindən çıxış 
edirdi. 
1919-cu  ildə  Azərbaycanda,  ümumiyyətlə,  80-dən  artıq  qəzet  və  jurnal 
çıxırdı. Bunların 40-a qədəri Azərbaycan dilində idi. 
Azərbaycanda  mətbuatın  inkişafı  xeyli  dərəcədə  nəşriyyat  işlərinin 
genişlənməsi ilə əlaqədar idi. 
1905-ci  ildə  Bakı  quberniyasında  cəmi  15  xırda  mətbəə  və  litoqrafiya, 
həmçinin  15  kitab  mağazası  vardı.  Gəncə,  Şuşa  və  Naxçıvanda  da  mətbəələr 
yaradılmışdı. 
Həmin  dövrdə  Tiflisdə  C.  Məmmədquluzadə  və  Ömər  Faiq  tərəfindən 
«Qeyrət» adlı mətbəə təsis edildi. 
1908-ci ildə Bakı quberniyasında mətbəə və litoqrafnyaların sayı artıq 30-
a çatdı. Gəncə, Şuşa və Lənkəranda yeni mətbəələr açıldı. 
Bakıda Orucov qardaşlarının və Haşım bəy Vəzirovun mətbəələri, Tiflisdə 
«Qeyrət»  mətbəəsi  daha  iri  müəssisələr  olub,  Azərbaycanda  dövrü  mətbuat  və 
kitab nəşrində mühüm rol oynamışdır 
 
 
 
 
 
 
 
 
 
 
 
 


137 
 
§ 3. ƏDƏBĠYYAT. ĠNCƏSƏNƏT 
 
Ədəbiyyat:  XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatı  inkişaf  dövrü   
keçirirdi.  Bu  cəhətdən  ədəbiyyatın  nəsr  və  dramaturgiya  janrları  xüsusilə 
fərqlənirdi. Nəsr əsərləri, əsasən, novellalar və kiçik hekayələrdən ibarət idi. 
Bu  dövrdə  satira  bədii  fikrin  başlıca  ifadə  tərzinə  çevrildi.  Əsrlər  boyu 
epik və lirik janrlarda qərar tutan Azərbaycan şeri üzünü satiraya tutdu. 
1906-cı  ildə  «Molla  Nəsrəddin»  jurnalının  nəşrindən  sonra,  bu  jurnalın 
ətrafında satirik qələm ustalarının böyük bir dəstəsi toplaşdı. Kiçik satirik hekayə, 
satirik şer, felyeton yazmaq dəbə düşdü. 
XX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  C.  Məmmədquluzadə,  M.  Ə. 
Sabir, N. Vəzirov, Ə. Haqverdiyev, M. S. Ordubadi, H. Cavid, A. Səhhət, A. Şaiq, 
Əhməd  Cavad,  C.  Cabbarlı  və  digər  görkəmli  ədiblər  milli  bədii-ictimai  fikrin 
görkəmli nümayəndələri idilər. 
Bu  dövrdə  Azərbaycan  ədəbiyyatında  realist  sənətkarlardan  ibarət  güclü 
ədəbi cərəyan fəaliyyət göstərirdi. 
C.  Məmmədquluzadə  (1869-1932-ci  illər)  M.  F.  Axundovun  realist 
ənənələrinin  görkəmli  davametdiricisi  idi.  O,  Azərbaycan  ədəbiyyatında  realist 
hekayəçiliyin  əsasını  qoyanlardan  biridir.  Onun  «Danabaş  kəndinin  əhvalatları», 
«Poçt  qutusu»  hekayələrində  Azərbaycan  kəndlilərinin  acınacaqlı  həyatı  güzgü 
kimi  əks  etdirilmişdir.  Ədibin  şah  əsəri  olan  «Ölülər»  pyesində  avam  kütlələri 
aldadan  fırıldaqçı  mollalar  ifşa  edilirdi.  C.  Məmmədquluzadənin  yaradıcılığında 
milli  ayrı-seçkilik  siyasəti  yeridən,  xalqlar  arasında  milli  nifaq  toxumu  səpən, 
milli-azadlıq hərəkatlarını boğan çarizm ciddi tənqid atəşinə tutulurdu. 
«Molla 
Nəsrəddin» 
jurnalını 
təsis 
etdikdən 
sonra, 
C. 
Məmmədquluzadənin ədəbi fəaliyyətində publisistika üstün yer tutdu. 
Böyük 
vətənpərvər 
yazıçı 
müstəqil 
Azərbaycan 
Demokratik 
Respublikasının yaranmasını sevinclə qarşıladı. O, ölkədə müxtəlif siyasi qüvvələr 
arasında  birliyin  zəruriliyini  qeyd  edir  və  belə  bir  birliyin  olmamasının  acı 
nəticələrini əvvəlcədən görürdü. 1919-cu ildə yazdığı «Anamın kitabı» pyesində bu 
narahatçılığı obrazlı şəkildə ifadə etmişdir.  Əsərin əsas süjetini Peterburq, İstanbul 
və  Nəcəfdə  təhsil  almış  müxtəlif  məsləkli  üç  qardaşın  heç  cürə  ümumi  dil  tapa 
bilməmələri təşkil edir. Qardaşlar bacıları Gülbaharı hərə öz psixologiyasına uyğun 
adama  ərə  vermək  istədikdə,  müəllif  qızın  dili  ilə  onlardan  soruşur:  «Nə  səbəbə 
axır, hamı bir tərəfə getmir?». 
C. Məmmədquluzadə Azərbaycanın bütövlüyünün qızğın tərəfdarı idi. O, 
«Azərbaycan»  adlı  məqaləsində  açıq  yazırdı  ki,  «Bir  tərəfdən  Qafqaz 
Azərbaycanını,  digər tərəfdən İran Azərbaycanını... bir-birinə ilhaq edib, müstəqil 
Azərbaycan hökuməti əmələ gətirilməlidir». 
Azərbaycan  realist  ədəbiyyatının  inkişafında  Mirzə  Ələkbər  Sabir 
(Tahirzadə)  (1862-1911-ci  illər)  mühüm  rol  oynamışdır.  Sabirin  yaradıcılığında 


138 
 
Azərbaycan satirik şeri özünün yüksək zirvəsinə qalxmışdı. O, «Molla Nəsrəddin» 
jurnalının fəal əməkdaşlarından idi. 
Sabirin  poeziyası  kəskin  ictimai  xarakter  daşıyırdı.  Xalqı  qəflət 
yuxusundan  qalxmağa,  azadlığa  səsləyən  şair  öz  əsərlərində  çarizmin  qarşısında 
yaltaqlananlara istehza edir, cəmiyyəti bürümüş özbaşınalığı və rüşvətxorluğu ifşa 
edir, ədalətsizliyə qarşı çıxır, xalqlar dostluğunu mədh edirdi. 
Azadlıq  carçısı  olan  Sabirin  satirası  təkcə  Azərbaycanda  deyil,  Rusiya, 
İran,  Türkiyə  və  digər  şərq  ölkələrində  məzlum  kütlələrin  oyanmasına  təkan 
vermişdi.  A.  Səhhət  yazırdı  ki,  Sabirin  əsərləri  «beş  ilin  müddətində  İran 
məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir». 
Sabirin  əsərləri  məcmuəsi  ilk  dəfə,  şairin  ölümündən  bir  il  sonra, 
«Hophopnamə» adı ilə nəşr edildi. 
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933-cü illər) özünün bir sıra povest 
və  hekayələrində,  həmçinin  «Dağılan  tifaq»,  «Bəxtsiz  cavan»  pyeslərində  o 
dövrdəki  Azərbaycan  məişətini  reallıqla  əks  etdirmişdir.  Cəhalətpərəstliyin, 
müftəxorluq  və rüşvətxorluğun tənqidi, millətlər  arasında  ədavət  salanların  ifşası, 
xalqlar  dostluğunun  təbliği  Haqverdiyev  nəsrinin  səciyyəvi  cəhətləri  idi.  «Molla 
Nəsrəddin»in fəal əməkdaşlarından olan Ə.  Haqverdiyev bu jurnalın səhifələrində 
«Marallarım»,  «Bomba» kimi bir sıra güclü satirik məqalələrlə çıxış etmişdir. 
Ədəbi fəaliyyətə publisist kimi başlayan Məmməd Səid Ordubadi (1872-
1950-ci illər) 1906-1907-ci illərdə özünün «Vətən və hürriyyət», «Qəflət» adlı ilk 
şer  məcmuələrini  və  «Bədbəxt  milyonçu»  romanını  nəşr  etdirdi.  «Bədbəxt 
milyonçu»  əsəri  Azərbaycanda  roman  janrı  sahəsində  atılan  ilk  addımlardan  biri 
idi.  Fəal  mollanəsrəddinçi  olan  Ordubadinin  sonrakı  yaradıcılığında  inqilab 
mövzusu üstün yer tutmuşdur. 
1903-cü  ildə  gənc  Məmməd  Əmin  Rəsulzadənin  (1884-1955-ci  illər) 
«Şərqi-Rus»  qəzetində  «Məxəmməs» adlı  ilk  şeri  dərc  olundu.  1908-ci ildə  onun 
«Qaranlıqda işıqlar» pyesi tamaşaya qoyuldu. Milli oyanışa və istiqlala çağıran bu 
pyes Azərbaycanda azadlıq hərəkatına həsr olunmuş ilk səhnə əsəri idi. Həmin il o, 
«Nagəhan  bəla»  pyesini  yazdı.  Sonrakı  illərdə  M.  Ə.  Rəsulzadə  əsasən  siyasi 
publisistika ilə məşğul olmuşdur. 
Nəriman  Nərimanov  (1870-1925-ci  illər)  inqilabi-bədii  ədəbiyyatın 
görkəmli nümayəndəsi idi.  O  bir  sıra əsərlərində,  o  cümlədən «Pir», «Bir  kəndin 
sərgüzəşti»  hekayələrində,  «Nadanlıq»,  «Şamdan  bəy»  pyeslərində  tamahkarlığı, 
vəhşi  eqoizmi,  müftəxorluğu,  geriliyi,  cəhaləti  ifşa  etmişdir.  Nərimanov  xalqlar 
dostluğunu  təbliğ  edir,  zəhmətkeşlərin  rus  inqilabının  dərslərindən  öyrənməyə 
çağırırdı.  N.  Nərimanov  başlıca  olaraq  inqilabi-siyasi  publisistika  sahəsində 
çalışmışdır. 
Azərbaycan Demokratik Respublikası zamanı gənc ədiblərdən ibarət yeni 
yaradıcı  qüvvələr  meydana  gəldi.  Buraya  Əhməd  Cavad,  Cəfər  Cabbarlı, 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə