Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   61   62   63   64   65   66   67   68   69

141 
 
Bakının  neft  rayonlarında  dram  dərnəkləri  yaradılırdı.  «Balaxanı 
müsəlman  dram  dərnəyi»nin  rəhbəri  məşhur  rejissor  və  artist  Hüseyn  Ərəblinski 
idi. Dərnək ilyarım ərzində 140 tamaşa vermişdi. 
Azərbaycan  milli  teatrının  inkişafında  Cahangir  Zeynalov  (1865-1918-ci 
illər),  H.  Ərəblinski  (1881-1919-cu  illər),  Mirzağa  Əliyev  (1883-1954-cü  illər), 
Hüseynqulu Sarabski (1879-1945-ci illər), Sidqi Ruhulla (1886-1959-cu illər), Mir 
Mahmud Kazımovski (1882-1940-cı illər) xüsusi rol oynamışlar. 
Hüseyn  Ərəblinski  «Bəxtsiz  cavan»  pyesində  Fərhad,  «Müsibəti 
Fəxrəddin»də  Fəxrəddin,  «Otello»-da  Otello,  «Qaçaqlar»da  Frans  və  digər  rolları 
məharətlə  ifa  etmişdir.  1916-cı  ildə  o,  C.  Məmmədquluzadənin  «Ölülər» 
komediyasını  tamaşaya  qoymuşdur.  Həmin  ildə  Ərəblinski  «Neft  və  milyonlar 
səltənəti» adlı ilk Azərbaycan filmində Lütfəli bəy rolunu oynadı. O, kinoda çıxış 
edən ilk azərbaycanlı artist idi. 
Teatrlarda,  əsasən,  Azərbaycan  dramaturqlarının  pyesləri  tamaşaya 
qoyulurdu. Rus və Qərbi Avropa klassiklərinin də əsərlərinə müraciət olunurdu. N. 
V.  Qoqolun  «Müfəttiş»  və  «Evlənmə»,  L.  Tolstoyun  «İlk  araqçəkən»,  İ.  S.   
Turgenevin «Pulsuzluq», V. Şekspirin «Otello», Şillerin «Qaçaqlar», H. Heynenin 
«Almanzor»,  həmçinin  türk  dramaturqlarından  Namiq  Kamalın  «Qara  bəla», 
Şəmsəddin Sami bəyin «Gaveyi-ahəng» və başqaları tamaşaya qoyulmuşdu. 
Azərbaycanın bəzi qəza şəhərlərində yerli teatr həvəskarlarının qüvvəsi ilə 
tamaşalar göstərilirdi. 
Yelizavetpol «Müsəlman xeyriyyə cəmiyyəti» və «Müsəlmanlar içərisində 
maarifi  yayan  cəmiyyət»in  nəzdindəki  teatr  truppaları  tərəfindən  bir  sıra  pyeslər 
tamaşaya  qoyulmuşdu.  Nuxada  yerli  gənclərin  qüvvəsi  ilə  teatr  tamaşaları 
göstərildi. Bakıdan dəvət olunmuş artistlərin iştirakı ilə Lənkəranda bir neçə pyes 
tamaşaya qoyuldu. 
1917-ci  ildə  Naxçıvanda  «El  güzgüsü»  adlı  teatr  cəmiyyəti  yaradıldı. 
Naxçıvanda  teatr  sənətinin  inkişafında  Rza  Təhmasib  və  Əliqulu  Qəmküsarın   
böyük zəhmətləri olmuşdur. 
Azərbaycan aktyorlarından  ibarət teatr  truppaları  Rusiyanın,  Zaqafqaziya 
və Orta Asiyanın bir sıra şəhərlərinə tez-tez qastrollara gedirdilər. 
Azərbaycan teatrı ciddi çətinliklərlə qarşılaşırdı. İlk növbədə, rəsmi dövlət 
teatrı  və  tamaşa  göstərmək  üçün  daimi  teatr  binası  yox  idi.  Cəmi iki  xüsusi teatr 
binası  vardı  ki,  onlardan  biri  H.  Z.  Tağıyevə,  digəri  isə  Mayilov  qardaşlarına 
məxsus  idi.  Tamaşa  üçün  bina  tapmaq,  həmçinin  bu  tamaşanın  göstərilməsinə 
polisdən  icazə  almaq  asan  iş  deyildi.  O  zaman  Azərbaycan  qadınlarının  səhnəyə 
çıxmasına  icazə  verilmədiyinə  görə,  qadın  rollarını  kişi  artistləri  oynayırdılar. 
1912-ci  ildə  ilk  Azərbaycanlı  qadın  artistlərindən  biri  olan  Şövkət  Məmmədova 
belə bir işə risk etdikdə, cəhalətpərəstlərin ciddi müqaviməti ilə rastlaşdı. 
Azərbaycan  Demokratik  Respublikası  yarandıqdan  sonra  Mayılov 
qardaşlarının teatrı Maarif nazirliyinin tabeliyinə verildi. 


142 
 
Musiqi: XX    əsrin    əvvəllərində  Azərbaycan  əhalisinin  musiqiyə  marağı 
durmadan  artırdı. 
Bu  dövrdə  milli  musiqi  nümunələrinin  –  nəğmə  və  muğamların 
toplanması  və  təbliği  sahəsində  bir  sıra  addımlar  atıldı.  1901-ci  ildə  Həsən  bəy 
Zərdabinin  «Türk  (Azərbaycan  -  T.  Ə.)  nəğmələri  məcmuəsi»,  1910-cu  ildə 
müəllim C. Bünyadzadənin «Kəşkül» adlı nəğmələr  məcmuəsi, 1912-ci ildə milli 
musiqinin mükəmməl bilicisi  M. M. Nəvvabın  muğamlara  həsr etdiyi «Vizuhül-
ərqam» kitabı nəşr olundu. 
Bakıda,  Şuşada  və  Azərbaycanın  digər  şəhərlərində  xalq  musiqisindən 
ibarət  tez-tez  konsertlər  təşkil  edilirdi.  Belə  konsertlərin  təşkilində  yazıçı  Ə. 
Haqverdiyevin  böyük  xidmətləri  olmuşdur.  1901  -  1902-ci  illərdə  Şuşada  və 
Bakıda onun təşəbbüsü və rəhbərliyi ilə bir sıra konsertlər verilmişdi. Bu konsertlər 
zamanı Ə. Haqverdiyev, müxtəlif musiqi nömrələri ilə yanaşı, «kostyumlu duet»in 
ifasında Füzulinin «Leyli və Məcnun» poemasından parçalar da səsləndirmişdir. 
Şuşa  şəhəri  Azərbaycan  musiqi  mədəniyyətinin  başlıca  mərkəzlərindən 
idi. Qafqaz xalqlarının musiqisinə yaxından bələd olan V. D. Korqanov yayırdı ki, 
«Zaqafqaziya üçün çalğıçı və xanəndələri gözəl şer, musiqi və mahnılar vətəni olan 
Şuşa  şəhəri  verirdi;  bütün  Zaqafqaziya  üçün  bir  konservatoriya  rolunu  oynamış 
olan  bu  şəhərdən hər  mövsümdə  və hətta hər  ay  Zaqafqaziyaya  yeni  mahnılar  və 
təzə motivlər gəlirdi». 
XX  əsrin  əvvəllərində  Şuşada  Hacı  Hüsü,  Cabbar  Qaryağdı,  İslam 
Abdullayev,  Əbdulbağı  Zülalov,  Məmməd  Fərzəliyev,  Məcid  Behbudov,  Keçəçi 
Məmməd  kimi  görkəmli  xadimlərin  böyük  bir  dəstəsi  fəaliyyət  göstərirdi.  Bakı 
xanəndələrindən  Əla  Palaz  oğlu,  Ağa  Vəli  oğlu,  Kərim  Hacı  Zeynal  oğlu,  Seyid 
Mirzə  Babayev  və  başqaları,  həmçinin  şamaxılı  Mahmud  Ağa,  nuxalı  Ələsgər 
Abdullayev, Salyanlı Şirin Axundov məşhur idilər. 
Bu  dövrdə rus  və  Avropa  opera  sənəti  xadimləri tez-tez  Bakıya  qastrola 
gəlirdilər. Onların konsertləri və göstərdiyi tamaşalar Azərbaycanda dünya musiqi 
mədəniyyətinın yayılmasına güclü təsir göstərirdi. 
Azərbaycan  musiqisinin  inkişafında  və  təbliğində  Üzeyir  Hacıbəyov 
(1885-1948-ci  illər),  Müslüm  Maqomayev  (1885-1937-ci  illər),  Zülfüqar 
Hacıbəyov (1884-1950-ci illər), Hüseynqulu Sarabski (1879-1945-ci illər), Qurban 
Pirimov (1880-1965-ci illər) görkəmli rol oynamışlar. 
1908-ci  ildə  Ü.  Hacıbəyov  «Leyli  və  Məcnun»  operası  ilə  milli  opera 
sənətinin əsasını qoydu. Həmin il yanvarın 12-də, H. Z. Tağıyevin teatrında «Leyli 
və  Məcnun»  operasının  ilk  tamaşası  göstərildi.  Operanın  rejissoru  H.  Ərəblinski, 
şərq  çalğı  alətləri  orkestrinin  rəhbəri  Q.  Pirimov,  Məcnun  rolunun  ifaçısı  H. 
Sarabski,  Leyli  rolunun  ifaçısı  Ə.  Fərəcov  idi.  Az  vaxt  içərisində  «Leyli  və 
Məcnun»  o  qədər  populyarlaşdı  ki,  hətta  adamlar  öz  aralarında  operadan  «söylə 
görək» və başqa parçaları sevə-sevə oxuyurdular. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə