143
Sonrakı illərdə Ü. Hacıbəyov bir-birinin ardınca «Şeyx Sənan», «Rüstəm
və Zöhrab», «Əsli və Kərəm», «Şah Abbas və Xurşud Banu», «Harun və Leyla» və
başqa operalar yaratdı.
1909-cu ildə onun «Ər və arvad» operettası tamaşaya qoyuldu. Bununla,
Azərbaycanda musiqili komediya sahəsində ilk addım atıldı. Həmin il «O olmasın,
bu olsun» yaxud «Məşədi İbad», 1913-cü ildə isə məşhur «Arşın mal alan»
musiqili komediyasını bəstələdi.
Müstəqil Azərbaycan Respublikası himninın və «Azərbaycan marşı»nın
musiqisini Ü. Hacıbəyov yazmışdır.
Ü. Hacıbəyovun çoxşaxəli yaradıçılığı Azərbaycan peşəkar musiqi
sənətinin inkişafına, bəstəkarların və ifaçıların bütöv bir nəslinin yetişməsinə təkan
verdi.
Zülfüqar Hacıbəyov «Evlikən subay», «Əlli yaşında cavan», «Varlı»
musiqili komediyalarını yaratdı. 1916-cı ildə onun «Aşıq Qərib» operası tamaşaya
qoyuldu.
1916-cı ildə Müslüm Maqomayev məşhur «Şah İsmayıl» operasını yazdı.
Təsviri incəsənət: Mətbuatın və teatr sənətinin inkişafı təsviri
incəsənətin yüksəlməsinə şərait yaratdı.
XX əsrin əvvəllərində Bakıda, Şuşada və başqa şəhərlərdə ara-sıra
rəssamlıq sərgiləri təşkil olunurdu. Bu sərgilərdə rus və Qərbi Avropa
klassiklərinin rəsm əsərləri nümayiş etdirilirdi.
Azərbaycan təsviri incəsənətinin ən çox satirik qrafika sahəsi inkişaf
edirdi. Bu janrın görkəmli nümayəndəsi Əzim Əzimzadə (1880-1943-cü illər) idi.
O, özünün satirik rəsmləri və siyasi karikaturaları ilə düz 20 il «Molla Nəsrəddin»
jurnalının
səhifələrini
bəzəmişdi.
Realist
rəssamın
əsərlərində
rus
müstəmləkəçiləri, onların yerlərdəki əlaltıları, müftəxorlar, rüşvətxorlar mürtəce
ruhanilər ifşa edilirdi. 1914-cü ildə M. Ə. Sabirin «Hophopnamə» kitabına çəkdiyi
illüstrasiyalar onun yaradıcılığında mühüm yer tutur.
Bəhruz Kəngərli (1898-1922-ci illər) xüsusi rəssamlıq təhsili almış ilk
azərbaycanlı rəssam idi. O, Tiflis rəssamlıq məktəbini bitirmişdi. Realist rəssamın
fırçasından üç yüzdən artıq şəkil və karikatura çıxmışdı. Naxçıvanda qoyulmuş
bütün teatr tamaşalarının tərtibatını B. Kəngərli vermişdi.
1913-cü ildə Bakı rəssamlıq cəmiyyəti tərəfindən təşkil edilmiş şəkil
sərgisində Qafqaz rəssamlarının yüzdən artıq əsəri nümayiş etdirildi.
Bu sərginin Azərbaycan təsviri incəsənətinin inkişafı üçün böyük
əhəmiyyəti oldu.
O zaman Azərbaycanda çoxlu rus rəssamı, memarı, heykəltəraşı və b.
işləyirdi. Onların bir qismi artıq daimi olaraq Bakıda yaşayırdı. Rus rəssamları
Bakıda rəssamlıq məktəbi açdılar.
Memarlıq: XX əsrin əvvəllərində Azərbaycanda memarlıq sənəti inkişaf
edirdi. Bu, ölkənin şəhər həyatındakı ümumi yüksəlişlə əlaqədar idi.
144
Bakıda şəhərin mərkəzi hissəsində sənaye-ticarət şirkətləri üçün bir sıra
yaraşıqlı binalar tikilirdi. Milyonçular özlərinə gözəl saraylar ucaldırdılar. Bu
dövrdə inşa edilən möhtəşəm ictimai tikililərin arasında Xeyriyyə cəmiyyətinin
yerləşdiyi İsmailiyyənin (1908-1913-cü illərdə tikilib, indi Azərbaycan Elmlər
Akademiyasının binası), Mayılov qardaşları teatrının (1910-1911-ci illərdə tikilib,
indi Q. Qarayev adına Dövlət Akademik Opera və Balet Teatrı) binaları, Təzə pir
məscidi (1905-1908-ci illərdə tikilib) və başqaları vardı.
Binalar yerli və Rusiyadan gəlmiş memarlar tərəfindən tikilirdi. Tikintidə
əsasən modern üslubundan istifadə olunurdu. Bununla belə, mavritan, qotik, Roma
və başqa üslubları təqlid edən binalara da tez-tez təsadüf edilirdi. Bakıda
dövlətlilərin binaları gözəl naxışlar, barelyeflər və bağdatılarla bəzədilirdi.
Yelizavetpol, Nuxa, Quba, Şamaxı və digər qəza şəhərlərində yeni binalar
tikilirdi. Bunlar, əsasən, inzibati-idarə və tək-tək tikilən məktəb binalarından ibarət
olub, sayca çox deyildi. Yeni tikililər şəhərlərin memarlıq görkəmini xeyli
dəyişdirirdi.
145
XRONOLOGĠYA
1823-1924 Hacı Zeynalabdin Tağıyev.
1841-1913 Şəmsi Əsədullayev.
1842 – 1919 Musa Nağıyev.
1855-1920 Murtuza Muxtarov.
1856-1931 Səmədbəy Mehmandarov.
1862-1911 Mirzə Ələkbər Sabir (Tahirzadə).
1862-1934 Əlimərdan bəy Topçubaşov.
1863-1919 Hüseyn xan Naxçıvanski.
1863-1920 Firudin bəy Köçərli.
1863-194 2 Rəşid bəy Əfəndiyev.
1863-194 3 Əliağa Şıxlinski.
1864-1940 Əli bəy Hüseynzadə.
1865-1918 Cahangir Zeynalov.
1867-1920 İsmayıl xan Ziyadxanov.
1869-1932 Cəlil Məmmədquluzadə.
1869-1949 Əhməd bəy Ağayev (Ağaoğlu).
1870-1925 Nəriman Nərimanov.
1870-1933 Əbdürrəhim bəy Haqverdiyev.
1870-1955 Adil xan Ziyadxanov.
1872-1950 Məmməd Səid Ordubadi.
1874-1918 Abbas Səhhət (Mehdizadə).
1874-1953 Qara bəy Qarabəyov.
1875-1920 Fətəli xan Xoyski.
1875-1931 Məmmədhəsən Hacınski.
1875-1947 Xəlil bəy Xasməmmədov.
1876-1918 Məşədi Əzizbəyov.
1878-1920 Xudadat bəy Rəfibəyov.
1879-1941 Xosrov bəy Sultanov.
1880-1943 Əzim Əzimzadə.
1881-1919 Hüseyn Ərəblinski (Xələfov).
1881-1920 Nəsib bəy Yusifbəyli.
1881- 1959 Abdulla Şaiq (Talıbzadə).
1882-1941 Hüseyn Cavid (Rasizadə).
1884-1955 Məmməd Əmin Rəsulzadə.
1885-1937 Müslüm Maqomayev.
1885-1938 Məmməd Yusif Cəfərov.
1885-194 8 Üzeyir Hacıbəyov.
1887-1919 Qatır Məmməd.
Dostları ilə paylaş: |