Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   61   62   63   64   65   66   67   68   69

134 
 
1905-1906-cı  illərdə  Azərbaycanda  ana  dilində  ilk  qəzet  olan  «Həyat», 
1906-1907-ci  illərdə  «Füyuzat»  jurnalı  və  «İrşad»  (Düz  yol)  qəzeti  nəşr  edildi. 
Həmin dövrdə «Rəhbər» (1906) və «Dəbistan» (1906-1908) adlı pedaqoji jurnallar 
buraxıldı. 
1906-1917-ci  illərdə  Tiflisdə  «Molla  Nəsrəddin»  jurnalı  nəşr  edildi. 
(İyirminci illərdən başlayaraq jurnal öz fəaliyyətini Bakıda davam etdirmişdi). 
Milli  mənlik  şüurunun  oyanması  prosesində  meydana  gələn  qəzet  və 
jurnallar  Azərbaycan  ictimai  fikrinin  formalaşmasında  mühüm  rol  oynadı.  Milli 
demokratiyanın  qabaqcıl  nümayəndələri  tərəfindən  daim  işlənib  inkişaf  etdirilən 
azadlıq  və  müstəqillik  ideyaları  mətbuat  orqanları  vasitəsilə  dərhal  yayılaraq, 
Azərbaycan ictimai fikrini əhatə edirdi. 
Ə. Ağayevin, Ə. Hüseynzadənin redaktorluğu ilə çıxan «Həyat» qəzeti və 
«Füyuzat»  jurnalının  səhifələrində,  əsasən,  liberal  əhval-ruhiyyəli  ziyalılar,  o 
cümlədən  Ə.  Hüseynzadə,  Ə.  Ağayev,  gələcək  müstəqil  Azərbaycan  dövlətinin 
yaradıcılarından  olan  M.  Ə.  Rəsulzadə  və  Ə.  M.  Topçubaşov  milli  özünüdərkə, 
milli azadlığa çağıran məqalələrlə çıxış edirdilər. Burada, həmçinin H. Zərdabinin 
elmi-nəzəri məqalələri, N. Vəzirov və Ə. Haqverdiyevin hekayələri, M. Ə. Sabirin 
şerləri, hətta bolşevik N. Nərimanovun inqilabi-publisist yazıları dərc olunurdu. 
C. Məmmədquluzadənin redaktoru olduğu «Molla Nəsrəddin»  jurnalında,  
əsasən,   inqilabi-demokratik ziyalılar,  o  cümlədən,  M.  Ə.  Sabir,  M.  S.  Ordubadi, 
Əliqulu  Qəmküsar,  Əli  Nəzmi,  Əzim  Əzimzadə,  həmçinin  Ü.  Hacıbəyov,  F. 
Köçərli  çıxış  edirdilər.  Jurnalın  kəskin  silahı  satira  idi.  İctimai-siyasi  həyatın 
ziddiyyətləri  və  eybəcərlikləri  həcvlər,  felyetonlar,  karikatura  və  jarjlar  vasitəsilə 
ifşa edilirdi. 
«Molla  Nəsrəddin»  jurnalı  Azərbaycan  satiraçılarının  böyük  bir  nəslini 
tərbiyə  edib  yetişdirmişdir.  O,  nəinki  Azərbaycanda,  həm  də  Yaxın  və  Orta  Şərq 
ölkələrində böyuk şöhrət qazanmışdı. 
İrtica  illərində  mətbuat  ciddi  hücumlara  məruz  qaldı.  Bir  sıra  qəzet  və 
jurnallar  bağlandı,  onların naşirləri təqib  edildi.  Lakin  artıq  oyanmış milli  şüurun 
qarşısını  almaq  mümkün  deyildi.  Bağlanmış  qəzet  və  jurnallar  bəzən  yeni  adda 
çıxır, yaxud yeniləri nəşr edilirdi. 
1908-1919-cu  illərdə  Azərbaycanda  muxtəlif  adda  onlarca  yeni  qəzet  və 
jurnal nəşr edilmişdir. Təkcə «Molla Nəsrəddin»in təsiri altında 10-a qədər satirik 
jurnal, o cümlədən «Bəhlul», «Zənbur», «Babayi-Əmir», «Məzəli», «Şeypur» nəşr 
edilmişdi.  Bundan  əlavə,  rus  dilində  çıxan  «Kaspi»,  «Baku»,  «Bakinskiye 
izvestiya» və digər mətbuat orqanları da vardı. 
 
XX  əsrin  əvvəllərində,  müxtəlif  vaxtlarda,  Azərbaycan  dilində 
«Hümmət»,  «Qoç-dəvət»,  «Təkamül»,  «Bakı  həyatı»,  rus  dilində  «Bakinski 
raboçi»,  «Prizıv»,  «Bakinski  proletari»,  «Qudok»  və  başqa  bolşevik  mətbuatı 
çıxmışdır. 


135 
 
«Həyat»  qəzeti  və  «Füyuzat»  jurnalının  nəşri  dayandırıldıqdan  sonra, 
keçmiş «həyatçılar» və «füyuzatçılar» yeni meydana çıxan «Təzə həyat» və «Yeni 
füyuzat»ın ətrafında toplaşdılar. 
Onuncu  illərin  ortalarında  Azərbaycanda  milli hərəkat  genişlənən  dövrdə 
«İqbal» və onu əvəz etmiş «Açıq söz» qəzeti, «Dirilik» və «Şəlalə» jurnalları milli 
azadlıq  ideyalarını  yayan  başlıca  mətbuat  vasitələrinə  çevrildi.  Bu  zaman  milli-
azadlıq hərəkatının lideri M. Ə. Rəsulzadənin qəzet və jurnal səhifələrində azadlıq 
ideyalarının  yeni  ictimai  şəraitdə  inkişafına  həsr  olunmuş  silsilə  məqalələri  dərc 
edildi. 
M.  Ə.  Rəsulzadənin  bilavasitə  redaktoru  olduğu  «Açıq  söz»  qəzetinın 
ətrafında xalqın bütün zümrələrinin əhval-ruhiyyəsini əks etdirən siyasi xadimlər, 
ədiblər, publisistlər cəmləşmişdilər. Qəzetin səhifələrində milli-azadlıq hərəkatının 
görkəmli nümayəndələri ilə yanaşı, Şəfiqə xanım Əfəndizadə, Ömər Faiq, Abdulla 
Şaiq, Nəriman Nərimanov, Ə. Haqverdiyev, Hüseyn Cavid və başqa ziyalılar çıxış 
edirdilər. 
«Müsavat»ın  mətbu  orqanı  olan  «Açıq  söz»  qəzetində  milli-azadlıq 
ideyaları  ilə  bərabər,  milləti  birliyə,  vətənpərvərliyə,  qeyrətə,  sayıqlığa  çağıran 
çoxlu məqalə verilirdi. 
C.  Cabbarlının  dostu  şair  Mirzəbala  Məmmədzadə  «Açıq  söz»  qəzetində 
Zaqafqaziya  komissarlığının  tərkibində  müsəlman  ordusunun  yaradılması 
çətinliklərinə həsr etdiyi «Azərbaycan çağırır» adlı məqalə ilə çıxış edərək yazırdı: 
«Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz! Əgər 
milli ədəbiyyat istəyirsiniz yenə onu qurtarmalısınız. Əgər milli məktəblər... elmi-
fənn arzulayırsınız  yenə  vətəni  azad  etməlisiniz... hürriyyət  və  vətən  yolunda  can 
verməyən bir millət, muxtariyyəti və istiqlalı yolunda varından keçməyən bir millət 
yaşamaq istəməmək deməkdir». 
Vaxtilə «İqbal» qəzetinin redaktoru olmuş Sənətulla Eynullayev Bakıdakı 
mart qırğınlarından üç gün əvvəl «Açıq söz»də dərc etdirdiyi «Dəhşətli saət gəlir, 
birlik  gərək!»  adlı  məqaləsində  müsəlmanlara  xəbərdarlıqla  yazırdı:  «Bakıda 
millətlərin cəmi partiyaları bu gün məlum məsələlər xüsusunda sözlərini bir etdilər. 
Müsəlman  partiyaları  da  «milləti  fəlakətdən  xilas  etmək»  xatirinə  birləşməyə 
borcludurlar.  Çünki  «baş  kəsildikdə  saqqalla  bərabər  gedəcək»  olduğundan 
dəhşətli  saətlərdə  partiya  fərqinə  baxmayaraq,  proqram  və  partiyalar  da  millətlə 
bərabər gedəcəkdir. Dəhşətli saət gəlir, birləşin!». 
Bakıda  mart  hadisələri  zamanı  mətbəələrin  avadanlıqlarının  çoxu 
ermənilər  tərəfindən  məhv  edildiyindən  xeyli  qəzet  və  jurnal,  o  cümlədən  «Açıq 
söz»  uzun  müddət  işıq  üzü  görmədi.  Qəzet  öz  fəaliyyətini  yalnız  1918-ci  ilin 
payızında,  Azərbaycan  Demokratik  Respublikası  zamanı  bərpa  etdi.  1919-cu  ilin 
əvvəllərindən «Açıq söz»ün əvəzinə «İstiqlal» qəzeti çıxmağa başladı. 
Azərbaycan  Demokratik  Respublikası  dövründə  fəaliyyət  göstərən 
mətbuat  orqanlarının  ən  mühümlərindən  biri  «Azərbaycan»  qəzeti  idi.  Milli 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə