Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

125 
 
IV FƏSĠL 
 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ 
 
§ 1. MAARĠF. SƏHĠYYƏ 
 
Maarif: XX  əsrin  əvvəllərində  Rusiya  imperiyasında  əhalinin 
3
/
4
  hissəsi 
savadsız  idi.  Rusiya  xalq  maarifinə  çəkilən xərcə  görə  Avropa  dövlətləri  arasında 
axırıncı yerlərdən birini tuturdu. 
Çarizm  qeyri-rus  xalqların  savadlanmasını  xüsusilə  təhlükəli  hesab 
edərək, milli ucqarlarda maarifin inkişafına hər vəchlə mane olurdu. 
Azərbaycanda maarifin ehtiyaclarına xəzinə çox az məbləğdə - 1,7 milyon 
manat  pul  buraxırdı.  Həmin  məbləği  adambaşına  böldükdə,  hərəyə  64  qəpik 
düşürdü. 
Əhalinin  hər  on  min  nəfərinə  Bakı  quberniyasında  140,  Yelizavetpol 
quberniyasında isə 132 şagird düşürdü. Bu rəqəmlər bütövlükdə Rusiyada əhalinin 
hər on min nəfərinə düşən şagirdin sayını göstərən rəqəmdən son dərəcə aşağı idi. 
Təhsilin  başlıca  olaraq  rus  dilində  aparılması  məktəblərin  qapısını 
azərbaycanlı  uşaqların  üzünə  bağlayırdı.  1903-cü  ildə  Qafqaz  tədris  dairəsinin 
məlumatına  görə,  rus  dili  ilə  yanaşı  ana  dilinin  də  öyrənildiyi  ibtidai  məktəblər 
cəmi 7,6 faiz təşkil edirdi. 
1902-ci  ildə  Bakı  və  Yelizavetpol  quberniyalarında  230  ibtidai  məktəb 
vardı.  Bu  məktəblərdə  15  minə  qədər  şagird  oxuyurdu.  Şagirdlərin  45  faizə 
qədərini qızlar təşkil edirdi. Azərbaycanlı şagirdlərin sayı 3600 nəfərdən bir qədər 
çox idi. 
Dörd ibtidai sənət məktəbi vardı. Bu məktəblərdə 472 şagird təhsil alırdı. 
Onların yalnız 91 nəfəri azərbaycanlı idi. 
Orta  və  natamam  orta  məktəblərin  sayı  çox  az  idi.  1902-ci  ildə  iki 
quberniyada cəmi 6 gimnaziya, realnı məktəb və digər orta təhsil müəssisəsi vardı. 
Bu  məktəblərin  dördü  oğlanlara,  ikisi  isə  qızlara  məxsus  idi.  Orta  məktəblərin 
dördü Bakıda, ikisi Yelizavetpol və Şuşa şəhərlərində yerləşirdi. İki natamam orta 
məktəb  (natamam  gimnaziya)  vardı.  Orta  və  natamam  orta  məktəblərdə  4200 
nəfərdən  bir  qədər  artıq  şagird  oxuyurdu.  Azərbaycanlı  şagirdlər  yalnız  5,6  faiz-
235 nəfər təşkil edirdi. 
Azərbaycanın  mütərəqqi  ziyalıları  H.  B.  Zərdabi,  C.  Məmmədquluzadə, 
M.  Ə.  Sabir,  R.  Əfəndiyev  və  başqaları  xalq  maarifi  şəbəkələrinin 
genişləndirilməsi,  məktəblərin  demokratikləşdirilməsi,  ana  dilində  pulsuz  ümumi 
təhsilin  həyata  keçirilməsi,  müsəlman  qızlarının  təhsilə  cəlb  edilməsi  uğrunda 
mübarizə aparırdılar. 


126 
 
Birinci  rus  inqilabi  illərində  çar  hökuməti  ictimai-siyasi  həyatın  başqa 
sahələrində  olduğu  kimi,  maarif  sahəsində  də  bəzi  güzəştlərə  getməyə  məcbur 
oldu. 
Məktəblərin  sayı  bir  qədər  artırıldı,  ibtidai  məktəblərdə  dərslərin  ana 
dilində aparılmasına, birsinifli məktəblərin üçillik əvəzinə dördillik olmasına icazə 
verildi. 
A. Səhhət, S. S. Axundov, A. Şaiq, Mahmud bəy Mahmudbəyov və başqa 
demokratik ziyalılar tərəfindən bir sıra dərsliklər yazıldı. Bu dərs kitablarının çoxu 
dəfələrlə nəşr edildi. 
1905-1907-ci  illər  inqilabının  məğlubiyyətindən  sonra  irtica  maarif  və 
mədəniyyət sahəsindən də yan keçmədi. Azərbaycanda bir sıra məktəblər bağlandı, 
mütərəqqi  fikirli  müəllimlər  təqib  edildi.  Məktəblərdə  rus  dilinin  əvvəlki  hakim 
mövqeyi bərpa edildi. 1911-ci ildə çağırılmış Ümumrusiya dvoryan qurultayında, 
hətta, milli  ucqarlarda ana  dilində  tədrisin tamamilə  aradan  qaldırılması haqqında 
qərar da qəbul  olundu. Məktəbdə davranış  qaydaları sərtləşdirildi. 
Bununla  belə,  çar hökuməti  müstəmləkə  ucqarlarında mütləqiyyətə  sadiq 
məmurlar  hazırlanması,  həmçinin  birinci  rus  inqilabının  təsiri  altında  oyanmış 
xalqların  milli-mənəvi  tələbatının  cüzi  də  olsa  ödənilməsi  zəruriyyəti  ilə 
qarşılaşaraq, maarifin sonrakı inkişafına ciddi müqavimət göstərə bilmədi. 
1914 - 1915-ci  dərs ilində ibtidai  məktəblərin  və  bu məktəblərdə  oxuyan 
şagirdlərin  sayı  1902-ci  ildə  olduğundan  dörd  dəfədən  çox  artdı.  943  ibtidai 
məktəbdə 61 mindən artıq şagird təhsil alırdı. Onların 30 faizini qızlar təşkil edirdi. 
Həmin  dövrdə  azərbaycanlı  şagirdlərin  sayı  altı  dəfə  artaraq,  21650  nəfərə  çatdı. 
İndi onlar bütün ibtidai məktəb şagirdlərinin 35,2 faizini təşkil edirdi. 
Bu  zaman  ana  dilinin  az-çox  öyrənildiyi  rus-Azərbaycan  məktəblərinin 
sayı əsrin əvvəlində olduğundan iki dəfədən çox artaraq, 27-yə çatdı. Həmin ibtidai 
məktəblərin 12-si Bakıda, qalanları isə Azərbaycanın digər şəhərlərində yerləşirdi. 
1912-ci  ildə  yüksək  tipli  bir  neçə  şəhər  məktəbi  ali  ibtidai  məktəblərə 
çevrildi.  Bu  məktəblərə  adi  ibtidai  məktəbləri  bitirmiş  şagirdlər  qəbul  edilirdilər. 
1914-1915-ci dərs ilində ali ibtidai məktəblərin sayı 21-ə çatdı. Onların 9-u Bakıda 
yerləşirdi.  Həmin  məktəblərdə  oxuyanların  yalnız  23,2  faizini  azərbaycanlılar 
təşkil edirdi. 
Bakının  mədən-zavod  rayonlarında  neft  sənayeçiləri  qurultayı  Şurası 
tərəfindən  açılmış  10  ibtidai  məktəb  fəaliyyət  göstərirdi.  Bu  məktəblər  yalnız 
erməni və azərbaycanlı uşaqlarına məxsus idi. Məktəblərin hərəsində üç erməni və 
bir  Azərbaycan  sinfi  vardı.  Burada  cəmi  2900-ə  yaxın  şagird  təhsil  alırdı.  Dərslər 
faktik olaraq, rus dilində keçilirdi. 
H.  Z.  Tağıyev  və  digər  sahibkarlarıi  müəssisələrində  9  ibtidai  məktəb 
fəaliyyət göstərirdi. Bu məktəblərdə 700-ə yaxın şagird təhsil alırdı. 
İbtidai sənət məktəblərində vəziyyət, demək olar ki, on beş il əvvəl olduğu 
kimi qalırdı. 


127 
 
1914-1915-ci  dərs  ilində  15  orta  və  18  natamam  orta  təhsil  müəssisəsi   
fəaliyyət göstərirdi. Bu məktəblərin sayı əsrin əvvəlində olduğundan dörd dəfə çox 
idi.  5  kişi  və  6  qadın  gimnaziyası,  4  realnı  məktəb,  2  ticarət  məktəbi,  1  texniki 
məktəb və sair vardı. Orta və natamam orta məktəblərdə cəmi 11860 şagird təhsil 
alırdı. Onların yalnız 11,8 faizi-1400 nəfərə qədəri azərbaycanlı idi. Azərbaycanlı 
şagirdlərin içərisində qızlar 2,2 faiz təşkil edirdi. Orta məktəblərin 13-ü Bakıda, 2-
si Yelizavetpolda yerləşirdi. Şamaxı, Şuşa, Lənkəran və başqa şəhərlərdə natamam 
orta məktəblər vardı. 
1914-cü ildə Gəncə müəllimlər seminariyası açıldı. 
Azərbaycanda,  ümumiyyətlə,  Zaqafqaziyada  ali  məktəb  yox  idi. 
Azərbaycanlılar ali təhsil almaq üçün Rusiyaya və xarici ölkələrə gedirdilər. 
1914-1915-ci  dərs ilində  Azərbaycanda əhalinin hər  on min nəfərinə  320 
şagird düşmüşdü. Bu, əsrin əvvəlində olduğundan iki dəfədən də yüksək idi. Lakin 
həmin rəqəmin özü məktəb yaşlı uşaqların çox böyük hissəsinin təhsildən kənarda 
qaldığını  göstərirdi.  Belə  ki,  1914-cü  ildə  Qafqaz  təhsil  dairəsinin  məlumatına 
görə, bütün məktəbyaşlı azərbaycanlı uşaqların yalnız 12 faizi ibtidai təhsil alırdı. 
Orta təhsilə isə azərbaycanlı uşaqların cəmi 2,8 faizi cəlb edilmişdi. 
Orta məktəblərdə yüksək təhsil haqqı alınırdı. 1912-ci ildən sonra Bakının 
əvvəllər  təhsil  haqqı  alınmayan  bir  sıra  ibtidai  məktəbləri  də  pullu  oldu. 
Yoxsulların yüksək təhsil haqqı ödəməyə gücləri çatmırdı. 
Ümumtəhsil  məktəblərində  azərbaycanlı  şagirdlərin  sayı  nisbətən  az  idi. 
Azərbaycanlılar  əhalinin 
2
/
3
  hissəsindən  çoxunu  təşkil  etdikləri  halda,  onların 
payına ümumtəhsil məktəblərində yerlərin heç 
1
/
3
-i də düşmürdü. Belə ki, bütün tip 
ümumtəhsil  məktəblərində  təhsil  alan  73  min  şagirdin  yalnız  23  min  nəfəri 
azərbaycanlı idi. Azərbaycanlı qızların içərisində oxuyanların sayı heç 1500 nəfərə 
çatmırdı. 
Dünyəvi  məktəblərlə  yanaşı,  dini  təhsil  müəssisələri  -  mollaxana  və 
mədrəsələr,  pravoslav,  erməni-qriqorian,  lüteran,  katolik  kilsə  məktəbləri, 
həmçinin Qarabağ qriqorian ruhani seminariyası fəaliyyət göstərirdi. 
Mollaxana və mədrəsələrdə 12 mindən artıq uşaq oxuyurdu. 
Ə.  Hüseynzadənin  təşəbbüsü  ilə  köhnə  dini məktəbləri  yenidən  qurmağa 
cəhdlər  göstərildi.  1907-ci  ildə  Bakıda  «Səadət»  müsəlman  cəmiyyəti  tərəfindən 
«Mədrəseyi-səadət»  adlı  yeni  tip  dini  məktəb  açıldı.  Bir  il  sonra  Bakıda  Ə. 
Hüseynzadənin  bilavasitə  rəhbərlik  etdiyi  ikinci  belə  bir  məktəb  yaradıldı.  Bu 
məktəblərdə Quranla yanaşı, bir sıra dillər və Rusiya tarixi əvəzinə türk xalqlarının 
tarixi öyrədilirdi. 
Müəllimlərin  sayı  olduqca  az  idi.  1914-cü  ildə  cəmi  2600  nəfərdən  bir 
qədər  artıq  müəllim  vardı.  Onların  çox  hissəsini  qeyri-azərbaycanlı  müəllimlər 
təşkil  edirdi.  Ali  təhsilli  müəllimləri  barmaqla  saymaq  olardı.  Qafqazdakı 
müəllimlər  seminariyalarını  bitirmiş  orta  ixtisaslı  müəllimlər  və  ali  təhsilli 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə