Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

119 
 
Ə. M. Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci 
müavini seçildilər. 
Parlamentin  təsis  iclasında  F.  Xoyski  ötən  altı  ay  ərzində  başçılıq  etdiyi 
Müvəqqəti hökümətin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etdi. Sonra öz 
hökümətinin  istefasını  və  hakimiyyəti  parlamentə  təhvil  verdiyini  bildirdi. 
Parlament istefanı qəbul etdi və hökümət təşkilini yenidən X. Xoyskiyə tapşırdı. 
İngilis  komandanlığı  bildirdi  ki,  yalnız  rus  və  erməni  nümayəndələrinin 
daxil olduğu koalisyon hökümətini tanıyacaqdır. 
İlk  Azərbaycan  parlamenti  öz  dövrünün  demokratik  əsaslarda  təşkil 
edilmiş ali qanunvericilik orqanı idi.  Azərbaycanda yaşayan  bütün millət və milli 
qruplar bu parlamentdə təmsil edilmişdir. 
Parlamentin  ilk  iclasında  96  deputat  iştirak  edirdi.  Parlament  təkpalatalı 
idi. 11 komissiya, o cümlədən büdcə, təsərrüfat, fəhlə, aqrar, hərbi məsələlər üzrə 
komissiyalar təşkil edilmişdi. 
Parlamentin  geniş  səlahiyyətləri  vardı.  O,  qanunvericilik  və  mərkəzi 
dövlət  orqanlarını  yaradır,  onların  fəaliyyəti  üzərində ali  dövlət nəzarətini həyata 
keçirirdi. 
Parlamentdə  11  partiya,  fraksiya  və  qrup  təmsil  edilmişdi. ―Müsavat‖  və 
bitərəflər fraksiyasının parlamentdə 38, ―İttihad‖ın 13, ―Əhrar‖ın 6, ―Hümmət‖ və 
―Müsəlman sosialist bloku‖ndan ibarət sosialistlər fraksiyasının 13, ―Slavyan-Rus 
Cəmiyyəti‖nin  3,  ―Daşnaksütyun‖un  6,  erməni  icmaları  fraksiyasının  5,  milli 
azlıqların  4,  ―partiyadan  kənar  olanlar‖ın  4,  ―bitərəflər‖in  3  üzvü  vardı.  Bundan 
əlavə, 1 yer də sol bitərəfə məxsus idi. 
Deputatlar partiya mənsubiyyətindən asılı olaraq, mərkəzçilərə, sağlara və 
sollara ayrılırdılar.  ―Müsavat‖ mərkəz  partiyası,  ―İttihad‖  sağ  partiya,  ―Hümmət‖ 
və ―Müsəlman sosialist bloku‖ isə sol qruplar idi. 
―Müsavat‖  ən böyük parlament partiyası idi. Onun 23 deputat yeri vardı. 
Partiyanın lideri M. Ə. Rəsulzadə başda olmaqla demokratik ziyalılar geniş sosial 
islahatlar 
tərəfdarı 
idilər. 
Onlar 
Azərbaycanın 
istiqlaliyyətinin 
möhkəmləndirilməsini, qüvvətli ordu yaradlmasını, torpaqların kəndlilərin arasında 
pulsuz bölüşdürülməsini, 8 saatlıq iş günü, söz, mətbuat, ittifaq və başqa azadlıqlar 
irəli sürürdülər. 
Bitərəf  demokratlar  qrupu  öz  üzvlərinin  sayına  görə  parlamentdə  ikinci 
yeri  tuturdu.  Onun  15  üzvü  vardı.  Bitərəflərlə  ―Müsavat‖ın  mövqeləri  bir-birinə 
çox yaxın idi. 
―Müsavat‖la  bitərəflər  bir  fraksiyada  birləşərək,  parlamentdə  hakim 
mövqe tuturdu. Fraksiyanın sədri M. Ə. Rəsulzadə idi. 
Parlamentdə  sollar  ayrıca  fraksiya  təşkil  edirlər.  Bu  fraksiya  menşevik 
―Hümmət‖  qrupu  ilə  eserlərə  yaxın  olan  ―Müsəlman  sosialist  bloku‖nun  ittifaqı 
nəticəsində yaranmışdı. Fraksiyanın 13 nəfər üzvü olmasına baxmayaraq, fəhlə və 
kəndlilər  arasında  böyük  nüfuza malik  idi.  Həmkarlar  İttifaqı  Şurası kimi nüfuzlu 


120 
 
təşkilata,  əslində,  menşeviklər  rəhbərlik  edirdilər.  Sosialist  fraksiyasının  sədri 
Səməd ağa Ağamalı idi. 
Sosialistlər  Azərbaycanın  suverenliyinə  tərəfdar  olsalar  da,  onu 
bolşeviklərsiz,  demokratik  Rusiyanın  tərkibində  görmək  istəyirdilər.  Onlar 
parlamentdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edirdilər. 
Sosialistlər söz, mətbuat, ittifaq və digər azadlıqlar, 8 saatlıq iş günü, uşaq 
və  qadın  əməyinin  mühafizəsini,  torpaqların  kəndlilər  arasında  bölüşdürülməsini, 
Müəssislər məclisinin tezliklə çağırılmasını və s. irəli sürürdülər. 
―İttihad‖  partiyasının  parlamentdə  13  deputat  yeri  vardı.  İttihadçı  sağlar 
parlamentdə  ayrıca  fraksiya  təşkil  edirdilər.  Onlar  mülkədar-klerikal  dairələrin 
mənafeyini  müdafiə  edirdilər.  İttihadçılar  ―İslam  sosializmi‖  prinsiplərinə  uyğun 
islahatlar  aparılmasına  tərəfdar  idilər.  ―İttihad‖  fraksiyasının  sədri  Qara  bəy 
Qarabəyli  idi.  Bu  fraksiya  hakim  ―Müsavat‖  və  bitərəflər  fraksiyasının  barışmaz 
rəqibi olmuşdur. 
Rus  partiyaları,  rus  və  erməni  milli  şuralar,  əslində,  Azərbaycan 
respublikasının suverenliyini tanımır, parlamenti baykot etmişdilər. Odur ki, rus və 
erməni millətləri  üçün  ayrılmış  31  deputat  yerinin  yarısı  boş  qalmışdı.  Parlamenti 
baykot  etmiş  bolşeviklərin  təsiri  altında  olan  Bakı  həmkarlar  təşkilatı  özünün  üç 
nümayəndəsini seçib göndərməmişdi. 
Deputatların parlament təcrübəsi çatışmırdı. Milli Şura üzvlərindən fərqli 
olaraq  seçilmiş  deputatların  çoxunun nə  siyasi hazırlığı, nə  də  aydın proqramları 
vardı.  Bu  hal  parlamentin  işini  çətinləşdirirdi.  Parlamentdə  qanun  və  qərar 
layihələri  səs  çoxluğu  ilə  qəbul  olunurdu.  Lakin  parlamentin  çoxmillətli  olması 
nəticəsində çox zaman yekdil fikrə gəlmək çətinləşirdi. Üç yüz qanun layihəsinin, 
demək olar ki, 1/3 hissəsi yenidən işlənilmək üçün komissiyalara geri qaytarılmış, 
ya da rədd edilmişdi. 
Parlamentdə  rəsmi  dil  Azərbaycan  türkcəsi  idi.  Qeyri-azərbaycanlı 
deputatlar rus dilində çıxış etmələrinə baxmayaraq, bu sənədlər Azərbaycan dilində 
tərtib edilirdi. 
Parlamentin 140-a yaxın iclası keçirilmişdi (sənədə bax). 
1918-ci  il  dekabrın  26-da  F.  Xoyski  yeni  koalisyon  hökümətin  tərkibini 
parlamentə  təqdim  etdi.  O,  hökümət  proqramı  ilə  çıxış  edərək  göstərdi  ki, 
hökümətin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini qorumaqdır. 
Hökümətin  tərkibində  14  nazir  vardı.  ―Slavyan-Rus  Cəmiyyəti‖ndən  üç 
nazir daxil idi. Ermənilər onlara təklif  olunan iki nazir vəzifəsindən imtina etdilər. 
Baş nazir F. Xoyski eyni zamanda xarici işlər naziri, N. Yusifbəyli maarif və dini 
etiqad naziri, general S. Mehmandarov hərbi nazir oldu. 
Dekabrın  28-də  general  Tomson  xüsusi  bəyənatla  elan  etdi  ki,  ingilis 
komandanlığı  ―bu  hökümətə  tamamilə  tərəfdar  olacaqdır‖.  Həmin  bəyənatdan 
sonra Azərbaycan istiqlalının düşmənləri daha da qızışdılar. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə