Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

104 
 
prinsip Azərbaycan, Türküstan, Qırğızıstan, Başqırdıstan və s. kimi türk ölkələrinə 
tətbiq  edilməlidir.  Məhdud  bir  ərazisi  olmayan  millətlərə  isə  mədəni  muxtariyyət 
hüququ  verilməlidir».  O  zamankı  ictimai-siyasi  şəraitdə,  bolşeviklərin  dünya 
inqilabı  ideyasını rəhbər  tutaraq unitar dövlət  quruluşunu  saxlamağa  çalışdığı  bir 
vaxtda, «Müsavat»ın federalizmə tərəfdar çıxması seçilmiş ən düzgün yol idi. 
Proqramın ideyalarına əsasən, dini etiqadından, millətindən, cinsindən və 
siyasi əqidəsindəi asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabər elan 
edilir; söz, vicdan, mətbuat, ittifaq və cəmiyyətlər yaratmaq, tətil azadlıqları verilir; 
pasport sistemi aradan götürülməklə, vətəndaşlara nəinki öz ölkələri daxilində azad 
hərəkət  etmək,  həmçinin  ölkədən  sərbəst  surətdə  çıxıb  getmək  hüququ  verilir; 
bütün fəhlə və qulluqçular üçün 8 saatlıq iş günü müəyyən edilir; bütün dövlət və 
mülkədar  torpaqları  alınıb,  pulsuz  və  əvəzi  ödənilmədən,  kəndlilər  arasında 
bölüşdürülür; ümumi, pulsuz və icbari təhsil sistemi qoyulur və  s. 
Qurultayda  M.  Ə.  Rəsulzadə  «Müsavat»ın  Mərkəzi  Komitəsinin  sədri  
seçildi. 
Bu  qurultaydan  sonra  Azərbaycanın  bütün  qəzalarında  «Azərbaycana 
muxtariyyət!» şüarı altında hərəkat genişləndi. 
Noyabrın  əvvəllərində  bolşevik  Bakı  Sovetinin  hakimiyyəti  altında  olan 
Bakı  rayonu  istisna  edilməklə,  Azərbaycanın  bütün  qəzaları  «Müsavat» 
partiyasının təsiri dairəsində idi.  Bakının  özündə  də  Sovetlərin mövqeyi  möhkəm 
deyildi. Şəhərin təsərrüfat və ərzaqla təminat işlərinə, maliyyə, məktəb və səhiyyə 
idarələrinin  fəaliyyətinə  milli  qüvvələrin  əlində  olan  Bakı  şəhər  duması  və 
Müsəlman Milli Şurası rəhbərlik edirdi. 
«Müsavat»ın  I  qurultayı  getdiyi  dövrdə  Rusiyada  dövlət  çevrilişi  baş 
verdi,  bolşeviklər  hakimiyyətə  gəldilər.  Bu  hadisə  Azərbaycan  azadlıq  hərəkatı 
tərəfindən  xeyirxahlıqla  qarşılandı.  Çünki,  o  zaman  bolşeviklər  yeganə  siyasi 
qüvvə  idi  ki,  millətlərə  öz  müqəddəratını  hətta  ayrılmağa  qədər  təyin  etmək 
prinsipini elan etmişdilər. 
Sovet dövləti milli məsələnin həlli yolunda ilk addımlar atdı. 
1917-ci  il  oktyabrın  26-da  II  Sovetlər  qurultayı  «Fəhlələrə,  əsgərlərə  və 
kəndlilərə!»  müraciətini  qəbul  etdi.  Sovet  Rusiyasının  yaradıldığını  elan  edən  bu 
sənəddə  bütün  millətlərin  öz  müqəddəratını  təyin  etmək  hüququna  təminat 
verilirdi. 
Noyabrın  2-də 
Sovet 
hökuməti  «Rusiya 
xalqlarının  hüquq 
Bəyannaməsi»ni  qəbul  etdi.  Həmin  bəyannamə  ilə  bütün  xalqların  bərabərliyi  və 
müstəqilliyi,  onların  öz  müqəddəratını  təyin  etmək,  hətta  ayrılmaq  və  müstəqil 
dövlət təşkil etmək hüququ elan edilirdi. 
Noyabrın 22-də Sovet hökuməti «Rusiya və Şərqin bütün müsəlmanlarına 
müraciət»lə  çıxış  etdi.  Müraciətdə  deyilirdi  ki,  indən  belə  müsəlmanların  dini, 
adət-ənənələri,  milli  və  mədəni  təsisatları  sərbəst  və  toxunulmazdır,  onlar  milli 
həyatlarını azad və maneəsiz qura bilərlər. 


105 
 
Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Sovet dövləti keçmiş Rusiya 
imperiyasının  ərazi  bütövlüyünü  qoruyub  saxlamaq  niyyətindədir.  RSDF(b)P-nin 
mövqeyindən  çıxış  edən  və  Sovet  Rusiyası  tərəfindən  müdafiə  olunan  bolşevik 
Bakı Soveti şəhərdə və Bakı rayonunda Sovet hakimiyyəti qurulduğunu elan etdi. 
Bakı,  əslində,  Sovet  hakimiyyətinin  Zaqafqaziyada  genişlənməsi  və 
möhkəmlənməsi üçün  dayaq nöqtəsinə çevrildi. 
«Bəyannamə»  və  «Müraciət»lərdə  elan  edilənlərin,  faktik  olaraq,  yalnız 
quru  vədlərdən  ibarət  olduğu  tezliklə  aşkara  çıxdı.  «Müsavat»la  bolşevik  Bakı 
Soveti arasında münasibətlər daha da  pisləşdi. 
Noyabrın  9-dan  12-dək  Zaqafqaziya  milli  komitəsinin  Bakıda 
«Müsavat»ın  rəhbərliyi  altında  keçən  konfransı  Azərbaycanın  öz  müqəddəratını 
təyin etmək və muxtariyyət yaratmaq hüququnu həyata keçirmək üçün təcili olaraq 
milli  müəssisələr  məclisi  çağırılmasını  qərara  aldı.  Konfransda  qəbul  edilmiş 
qərarla  deyilirdi  ki,  hazırkı  «şəraitin  xarakteri  millətin  taleyi  üçün  cavabdeh 
rəhbərlərdən...  Rusiya  federasiyası  daxilində  yeni  muxtariyyot  vahidini  yaratmaq 
işində millətin bütün canlı qüvvələrini birləşdirmək bacarığı tələb edir». Ayrılmaq 
barədə  öz  niyyətini  açıq  bildirən  «Müsavat»a  zərbə  endirmək  üçün  Bakı  Soveti 
əlverişli fürsətin ələ düşməsini gözlədi. 
Belə  şəraitdə,  Müsəlman  Milli  Şurası  özünün  silahlı  qüvvələrini 
möhkəmləndirməyə  başladı.  Bakıda,  Yelizavetpolda  və  Azərbaycanın  başqa 
şəhərlərində  yeni  milli  qoşun  hissələri  yaradıldı.  Bu  hissələrin  əsasını  «Vəhşi 
diviziya»nın tərkibində olmuş və bu diviziya ləğv edildikdən sonra vətənə qayıtmış 
«Tatar (Azərbaycan-T. Ə.) süvari alayı» təşkil edirdi. Noyabrın ortalarında Bakıda 
milli praporşiklər məktəbi açıldı. 
Noyabrın  2-də  Sovet  hökuməti  tərəfindən  «Rusiya  xalqlarının  hüquq 
Bəyannaməsi»  elan  edildikdən  sonra,  keçmiş imperiyanın  ərazisində  bir  sıra milli 
dövlətlər meydana gəldi. 
Noyabrın  15-də  gürcü  menşevikləri,  Müsavat  və  daşnak  nümayəndələri 
tərəfindən  Xüsusi  Zaqafqaziya  Komitəsi  əvəzinə  müstəqil  Zaqafqaziya 
Komissarlığı  yaradıldı.  Bu  hökumətin  tərkibinə  Azərbaycandan  Məmməd  Yusif 
Cəfərov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov və başqaları daxil oldular. 
Zaqafqaziya  komissarlığının  yaradılması  Zaqafqaziyanın  Rusiyadan 
ayrılması  yolunda  ilk  addım  idi.  Lakin  yeni  meydana  gəlmiş  Sovet  dövləti 
Zaqafqaziyaya  keçmiş  imperiyanın  ayrılmaz  hissəsi  kimi  baxırdı.  1917-ci  il 
dekabrın  16-da  RSFSR  Xalq  Komissarları  Sovetinin  V.  İ.  Leninin  sədrliyi  ilə 
keçən  iclasının  qərarı  ilə  S.  Şaumyan  Qafqaz  işləri  üzrə  müvəqqəti  Fövqəladə 
komissar  təyin  edildi  və  bolşeviklərin  hakimiyyəti  altında  olan  Bakıya  kömək 
məqsədilə 500 min manat miqdarında vəsait ayrıldı. 
Sovet  hökumətinin  bu  qərarı  milli  qüvvələr  tərəfindən  dövlət 
unitarizminin  təzahürü  kimi  qiymətləndirildi  və  Zaqafqaziyada  ictimai-siyasi 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə