46
Məsul dövlət orqanları: Nazirlər Kabineti
İcra müddəti: 2012-2015-ci illər
Ölçmək üçün indikatorlar: Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin Azərbaycan Respublikası Milli Məclisi qarşısındakı
illik hesabatlarında açıq hökumətin təşviqi və korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat.
Metodoloji əsas:
0 – tədbirlər daxil edilməmişdir
1 – tədbirlər daxil edilmişdir
İcra vəziyyəti
Monitorinq balı: 0
(Tədbirlər daxil edilməmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Azərbaycan
Respublikası Milli Məclisi qarşısındakı illik hesabatlarında açıq
hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilmiş tədbirlər haqqında məlumatlara rast gəlinməyib.
Ümumilikdə, NK-nın Parlament qarşısındakı illik
hesabtaları nə Milli Məclisin, nə də Nazirlər Kabinetinin rəsmi
saytında yerləşdirilib. Hazırkı qiymətləndirmə Milli Məclisin 16
mart 2012-ci il, 15 mart 2013-cü il və 14 mart 2014-cü il tarixli
iclasında Nazirlər Kabinetinin Hesabat məruzəsi ilə çıxış
edən Baş
Nazir, Artur Rəsizadənin məruzəsi əsasında aparılmışdır. Baş
nazirin çıxışında isə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında heç bir
məlumat verilməyib.
47
Ancaq, Azərbaycan Respublikası Korrupsiyaya Qarşı
Mübarizə
Komissiyasının
saytında
belə
məlumatlar
yerləşdirilmişdir.
4-cü istiqamət:
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının
genişləndirilməsi
ORTA BAL: 2.00
4.1 Dövlət orqanları tərəfindən ictimai əhəmiyyət kəsb edən
qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti
nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi
Məsul dövlət orqanları: Mərkəzi icra hakimiyyəti orqanları
İcra müddəti: Mütəmadi
Ölçmək
üçün
indikatorlar:
Vətəndaş
cəmiyyətinin
nümayəndələrinin cəlb olunması yolu ilə işlənilmiş ictimai
əhəmiyyətli qanun layihələrinin sayı.
Metodoloji əsas:
3 - Əhəmiyyətli qanun layihələrinin yarısından çoxu vətəndaş
cəmiyyətinin nümayəndələrinin cəlb olunması yolu ilə
işlənilmişdir.
2 – Əhəmiyyətli qanun layihələrinin yarısından azı vətəndaş
cəmiyyətinin nümayəndələrinin cəlb olunması yolu ilə
işlənilmişdir.
1 – Qanun layihələrinin vətəndaş cəmiyyətinin nümayəndələrinin
cəlb olunması yolu ilə işlənilməsinə hazırlıq aparılır.
0 – məqsədə nail olmaq üçün tərəqqi əldə edilməmişdir.
İcra vəziyyəti
Monitorinq balı: 2