Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın


təzyiq və təqib qorxusu olmadan söyləməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

74 
 
təzyiq və təqib qorxusu olmadan söyləməsi. Xüsusilə, hökumət 
Koalisiyanın  MHŞT  ilə  bağlı  ictimai  tədbirləri  üçün  şərait 
yaratmalı və MHŞT və təbii resursların idarə edilməsi ilə əlaqədar 
ictimai  məlumatlılığın  artırılması  üzrə  Koalisiya  tərəfindən 
fəaliyyətlərin və debatların təşkilini təmin etməlidir. 
3.
 
MHŞT  prosesi  və  təbii  resursların  idarə  olunması  ilə  bağlı 
təlimlərin,  görüşlərin  və  tədbirlərin  keçirilməsi.  Beynəlxalq 
İdarə heyəti qərar verdi  ki,  2013-cü il üzrə MHŞT Hesabatı əsas 
götürülərək  MHŞT  tələblərinə  uyğunluqla  yanaşı,  yuxarıdakı 
fəaliyyətlər  üzrə  irəliləyiş  MHŞT  Standartına  uyğun  olaraq  1 
yanvar  2015-ci  il  tarixindən  başlanması  və  ən  geci  fevral  ayının 
əvvəli (MHŞT üzrə İdarə Heyətinin fevral iclasında müzakirə edə 
bilməsi 
üçün) 
yekunlaşması 
nəzərdə 
tutulan 
erkən 
Qiymətləndirmə ilə qiymətləndirilsin.  
 
Əgər  Qiymətləndirmə  Azərbaycanın  bütün  MHŞT 
tələblərini  qarşıladığı  qənaətinə  gələrsə,  Azərbaycan  MHŞT 
tələblərinin  1.6.b.  tələbinə  uyğun  olaraq  tamhüquqlu  üzvlüyünü 
qoruyacaq. Əgər Qiymətləndirmə o nəticəyə gəlsə ki, Azərbaycan 
MHŞT-nin tamhüquqlu üzv statusunu qorumaq üçün əhəmiyyətli 
irəliləyiş  əldə  edib,  ancaq  bütün  tələblər  yerinə  yetirilməyib,  o 
zaman  Azərbaycanın  statusu  1.6.b.  Tələbinə  əsasən  tamhüquqlu 
üzvlükdən 
namizəd 
ölkə 
statusuna 
endiriləcək. 
Əgər 
Qiymətləndirmə  Azərbaycanın  MHŞT-nin  tətbiqinə  dair 
əhəmiyyətli  irəliləyiş  əldə  etmədiyi  haqda  nəticəyə  gələrsə, 
Azərbaycan 1.6.b. Tələbinə uyğun olaraq üzvlükdən çıxarılacaq. 
 
Əgər  Qiymətləndirmə  nəticəyə  gəlsə  ki,  MHŞT-nin 
Prinsiplərinin və Tələblərinin əhəmiyyətli aspektlərinə açıq-aydın 
əməl  olunmayıb,  Azərbaycanın  üzvlüyü  1.7.a.  Tələbinə  uyğun 
olaraq  Beynəlxalq  İdarə  Heyəti  tərəfindən  müvəqqəti 
dayandırılacaq və ya Azərbaycan üzvlükdən çıxarılacaq. 
 


75 
 
Təklif  olunub  ki,  yüksək  səviyyəli  missiya  Bakıya 
yuxarıdakıları  çatdırmağa  kömək  etmək  üçün  səfər  edə  bilər. 
2014-cü il ərzində  yüksək səviyyəli missiyanın  Bakıya səfəri baş 
tutmayıb. 
 
Eyni  zamanda,  İdarə  Heyətinin  qərarı  ilə  Azərbaycana 
MHŞT  Standartına  uyğun  olaraq  nəzərdə  tutulan  erkən 
Qiymətləndirmə  2015-ci  ilin  yanvar  ayından  başlayıb  və  təsdiq 
olunmuş qrafikə görə, Qiymətləndiricinin  yekun hesabatının mart 
ayında təqdim edilməsi gözlənilir. 
 
8.2  Azərbaycan  Respublikası  hökumətinin  mədən  sənayesində 
əldə  etdiyi  məcmu  daxilolmalar  barəsində  hesabatların 
ictimaiyyətə mütəmadi açıqlanmasının davam etdirilməsi 
 
Məsul dövlət orqanları: Dövlət Neft Fondu 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək 
üçün 
indikatorlar: 
Azərbaycan 
Respublikası 
hökumətinin mədən sənayesində əldə etdiyi  məcmu  daxilolmalar 
barəsində hesabatların ictimaiyyətə mütəmadi açıqlanması faktları 
 
Metodoloji əsas:  
2- informasiya açıqlanır 
1 – informasiyanın açıqlanmasına hazırlıq işləri gedir.  
0 – informasiya açıqlanmır və onunla bağlı hazırlıq işləri getmir. 
 
İcra vəziyyəti  
Monitorinq balı: 1 
(İnformasiyanın açıqlanmasına hazırlıq işləri gedir) 
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun və MHŞT 
üzrə Katibliyin internet səhifəsində yerləşdirilmiş 19 fevral 2015-


76 
 
ci  il  tarixli  28-ci  iclasın  protokolundan  çıxarışda  göstərilir  ki, 
növbəti  hesabatlılıq  ilində  Auditor  tərəfindən  İlkin  Hesabat 
hazırlanmasın  və  Auditor  23  fevral  2014-cü  il  tarixinədək 
Standarta  uyğun  yenilənmiş  Şərtlər  Toplusunu,  hesabat 
formalarını 
və 
kontekstual 
məlumatların 
toplanma 
metodologiyasının  yekun  versiyasını  Çoxtərəfli  Qrupa  (ÇQ) 
təqdim  etsin.  Bu  işin  müntəzəm  davam  etdirilməsi  üçün  ÇQ-nin 
qərarı ilə bütün tərəflərin təmsilçiliyi ilə işçi qrupu yaradılıb. 
İşçi  qrup  qiymətləndirmə  dövrü  ərzində  hesabatın 
kontekstual məlumatlar bölməsinin hazırlanması ilə məşğul olub, 
lakin  2014-cü  il  ərzində  bu  iş  başa  çatmayıb.  2014-cü  il  ərzində 
18-ci hesabat ÇQ tərəfindən qəbul edilərək açıqlanmayıb. 
İctimai Birliklərin MSŞA Koalisiyası 03 noyabr 2014-cü il 
tarixində  18-ci  hesabatın  ilkin  layihəsinə  (2013-cü  il  üzrə)  və 
auditor  şirkətinin  2013-cü  il  üzrə  MHŞT  hesabatlarının 
tutuşdurulmasına dair layihə hesabatına Rəy hazırlayıb və onu 03 
noyabr 2014-cü il tarixində ÇQ-yə təqdim edib. 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 15 yanvar 
2015-ci  il  tarixli  məktubunda  bildirilib  ki,  MHŞT  Standartının 
tələblərinə  uyğun  hazırlanmış  Azərbaycan  Respublikası 
Hökumətinin  mədən  hasilatı  sənayesində  əldə  etdiyi  məcmu 
daxilolmaları barəsində növbəti (on səkkizinci) hesabatı (2013-cü 
il üzrə) və auditor şirkətinin 2013-cü il üzrə MHŞT hesabatlarının 
tutuşdurulmasına  dair  keçən  illərlə  müqaisədə  daha  geniş 
miqyasda məlumatları əks etdirən layihə hesabatı 3 oktyabr 2014-
cü  il  tarixində  ÇQ-yə  təqdim  olunub.  Lakin  həmin  hesabatın 
yekun  variantı  hazır  olmadığına  görə,  MSŞA  Koalisiyanın  rəyi 
yeniləşdirilməyib və ÇQ-də müzakirəyə çıxarılmayıb. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə