Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   20   21   22   23   24   25   26   27   28

85 
 
təmsilçilərinin təmsil olunduğu iki tərəfli dialoq platformasının 
yaradılması; (təmin olunmayıb) 
-
 
Həm beynəlxalq, həm də regional miqyasda  (xüsusən, bu sahədə 
böyük irəliləyişlərə nail  olmuş  MDB ölkələri,  yəni  Gürcüstan və 
Moldova ilə) real əməkdaşlığın əldə olunması; (təmin olunmayıb) 
-
 
Açıq  Hökumətin  təşviqi  ilə  əlaqədar  vətəndaş  cəmiyyətinin 
fəaliyyətinin  icrası  üçün  müvafiq  mühitin  yaradılması;  (təmin 
olunmayıb) 
-
 
Hökumətin  real  tərəfdaşları  olmaq  üçün  vətəndaş  cəmiyyəti 
təşkilatlarının  resurslarından  istifadənin  genişləndirilməsi;  (təmin 
olunmayıb) 
-
 
Qərarların  qəbul  olunması  prosesində  vətəndaş  cəmiyyətinin 
iştirakını 
genişləndirəcək 
ümumi 
dialoq 
platformasının 
yaradılması. “Açıq qapı” vətəndaş cəmiyyəti forumlarının ümumi 
modeli  işlənib  hazırlanması.  Bundan  əlavə,  həmin  forumların 
mütəmadiliyi  və  ümumi  strukturunun  (o  cümlədən,  həmin 
forumları  keçirən  agentliklərin  məsuliyyətinin)  müəyyən 
olunması. (təmin olunmayıb) 
 
3.
 
Fəaliyyət  Planı  çərçivəsində  icra  edilməli  olan  xüsusi 
öhdəliklərə  (əsas  və  köməkçi  fəaliyyət  növlərinə)  dair 
tövsiyələr  
-
 
“Dövlət  orqanlarının  internet  məlumat  mənbələrinin  yaradılması 
və saxlanması qaydaları”na müvafiq olaraq, vahid formatda dövlət 
orqanlarının  internet  səhifələrinin  yaradılması  və  tənzimlənməsi 
prosesinin  sürətləndirilməsi  (Bu  fəaliyyətin  uğurla  icra  olunması 
dövlət  orqanlarına  ümumi  prinsiplər  əsasında  illik  hesabatları 
işləyib  hazırlamağa,  o  cümlədən  öz  hesabatlarını  internet 
səhifələrinə  yükləmələrinə  və  yeniləşdirmələrinə  kömək  edəcək. 
Dövlət proqramı vasitəsi ilə internet resurslarının yaradılması üzrə 
vahid  prinsiplər  işlənib  hazırlanmalı  və  bütün  koordinasiyaedici 
dövlət agentlikləri həmin prinsiplərə riayət etməlidirlər); (qismən 
təmin olunub) 


86 
 
 
Yerli  icra  hakimiyyəti  orqanlarının  saytları  vahid  standart 
əsasında  hazırlansa  da,  mərkəzi  orqanlarda  bu,  çox  aşağı 
səviyyədədir. 
Bütün 
mərkəzi 
orqanların 
internet 
resurslarında ümumi  olan bəzi  bölümlər var:  qanunvericilik, 
struktur, dövlət proqramları, fəaliyyət, ictimaiyyətlə əlaqələr, 
beynəlxalq  əlaqələr  və  sair.  Lakin  bu,  sistemli  və  vahid 
strukturun  formalaşması  üçün  yetərli  deyil.  Bir  çox  mərkəzi 
İH  orqanlarında  hesabat  bölümü,  ümumiyyətlə,  yoxdur.  Bu 
baxımdan, mərkəzi İH orqanları üçün də vahid standartların 
formalaşması çox vacibdir. 
 
-
 
Müstəqil  təşkilat  qismində  Məlumat  Azadlığı  üzrə  Səlahiyyətli 
Nümayəndəliyin  (Ombudsman  İnstitutunun)  yaradılması  (hazırda 
mövcud  olan  Ombudsman  İnstitutunun  nüfuzu  və  təsiretmə 
mexanizmi  olmadığına  görə,  o,  məlumat  azadlığının  təmin 
olunması  sahəsində  dövlət  agentliklərinə  nəzarət  edə  bilmir.); 
(təmin olunmayıb) 
 
Bu sahədə heç bir irəliləyiş qeydə alınmayıb. Nəinki müstəqil 
institut,  heç  İnsan  hüquqları  üzrə  müvəkkilin  aparatında 
nəzərdə 
tutulan 
İnformasiya 
azadlığı 
şöbəsi 
belə 
formalaşdırılmayıb. 
 
-
 
Mərkəzi  icra  orqanları  tərəfindən  göstərilən  xidmətlərlə  əlaqədar 
ictimai  təqdimatların  təşkil  olunmasından  boyun  qaçırılmasının 
əsas səbəblərinin araşdırılması və hər bir dövlət orqanı tərəfindən 
bu  cür  təqdimatların  keçirilməsi  ilə  əlaqədar  öhdəlikləri  əhatə 
edən periodik hesabatlar tələb edilməsi; (məlumatsızıq) 
 
-
 
Vergi  və  rüsumların  elektron  sistemlər  vasitəsi  ilə  ödənilməsi, 
eləcə də vətəndaşların bu imkanlar barəsində məlumatlandırılması 
üçün  texniki  vasitələrin  genişləndirilməsi  (əhali  üçün  əlverişli 


87 
 
imkanların  yaradıması)  yönümündə  işlərin  görülməsi  (Bunun 
üçün  regionlardakı  dövlət  müəssisələrində  çalışanlar  və  onların 
xidmətlərindən  istifadə  edən  vətəndaşlar  cəlb  olunmaqla 
informasiya  texnologiyalarının  imkanları  barəsində  biliklərin 
artırılması  üçün  əlverişli  texniki  mühit  yaradılmalıdır.  Bundan 
əlavə,  onların  müasir  informasiya  texnologiyalarına  çıxışı 
asanlaşdırılmalıdır.); (təmin olunub) 
 
-
 
 Dövlət  və  yerli  büdcənin  inkişafına  və  icrasına  ictimai  nəzarət 
mexanizmləri və prosedurlarının tətbiqi, o cümlədən təsdiqlənmiş 
büdcə  proqnozları  əsasında  vəsaitlərin  xərclənməsinin  sosial 
auditinin  aparılması  və  bələdiyyələrin  ictimaiyyət  qarşısında 
maliyyə hesabatlarının vaxtlı-vaxtında təqdimatı və ictimaiyyətin 
iştirakı  ilə  təsdiqlənməsinə  dair  qanunvericiliyə  təkliflərin 
hazırlanması (qanunlar elə olmalıdır ki, həmin fəaliyyət növləri ilə 
əlaqədar agentliklərin və fiziki şəxslərin məsuliyyəti aydın şəkildə 
müəyyənləşdirilmiş  və  başa  düşülmüş  olsun);  (qismən  təmin 
olunub) 
 
-
 
Dövlət 
maliyyə 
nəzarəti 
təşkilatlarının 
hüquqlarının 
dəqiqləşdirilməsi üçün onların əsasnamələrində müvafiq əlavə və 
dəyişikliklərin  aparılması  və  bununla  yanaşı  “Dövlət  maliyyə 
nəzarəti  mexanizmini  icra  edən  agentliklərin  məsuliyyəti” 
haqqında qaydalar toplusunun hazırlanması; (təmin olunmayıb) 
 
-
 
“Maliyyə  nəzarəti”  haqqında  qanun  layihəsinin  qəbulunun 
surətləndirilməsi  və  bu  sənəd  təsdiqləndikdən  sonra  onun  həm 
Bakıda,  həm  də  regionlarda  ictimai  müzakirələrinin  təşkil 
olunması; (qəbul olunmayıb) 
 
-
 
İllik  fəaliyyəti  təsvir  edən,  eləcə  də  dövlət  maliyyə  nəzarəti 
agentliklərinin ictimai resurslarından necə istifadə olunduğunu əks 
etdirən  hesabatların,  onların  maliyyə  nəzarəti  üzrə  fəaliyyətini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə