Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   20   21   22   23   24   25   26   27   28

91 
 
ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir 
pəncərə” prinsipi tətbiq edilir. 
 
Dövlət  orqanları  tərəfindən  əhaliyə  bütün  xidmətlərin 
vahid  məkandan,  daha  keyfiyyətli  və  rahat  həyata  keçirilməsi 
məqsədi  ilə 2012-ci  ilin  iyul  ayında Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar 
üzrə  Dövlət  Agentliyi  təsis  edilmişdir  və  bu  qurumun  nəzdində 
“ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcəkdir. 
 
Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində 
Azərbaycan  Respublikası  2003-cü  ildən  “Mineral  Ehtiyatların 
Hasilatı  ilə  Məşğul  olan  Sənaye  Sahələrində  Şəffaflıq 
Təşəbbüsü”nə (MHŞT) qoşulmuş və təşəbbüsün icrası üzrə xüsusi 
hökumət 
komissiyası 
yaradılmışdır. 
Təşəbbüsün 
tətbiqi 
mexanizmi  hökumət  komissiyası,  mədən  hasilatı  ilə  məşğul  olan 
yerli  və  xarici  şirkətlər  və  Mədən  Sənayesində  Şəffaflığın 
Artırılması  üzrə  qeyri-hökumət  təşkilatlarının  Koalisiyası 
tərəfindən müəyyənləşdirilmiş və 2004-cü ildə Təşəbbüsün həyata 
keçirilməsinə 
dair 
Qarşılıqlı 
Anlaşma 
Memorandumu 
imzalanmışdır.  2007-ci  ildə  Azərbaycan  Mineral  Ehtiyatların 
Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü 
üzrə  namizəd  statusunu  almış,  2009-cu  ildə  həmin  qurumun 
tamhüquqlu  üzvü  statusunu  alan  ilk  ölkə  olmuşdur.  Təşəbbüsün 
icrası üzrə əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə Azərbaycan 
Respublikasının  Dövlət  Neft  Fondu  “Dövlət  qulluğunda 
şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-
nin  “Dövlət  Qulluğu Mükafatı” ilə təltif edilmişdir. 2009-cu ildə 
“Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində 
Şəffaflıq  Təşəbbüsü  mükafatı”  Azərbaycana  təqdim  edilmişdir. 
 
  
Vətəndaş  cəmiyyəti  institutları  ilə  əməkdaşlıq  və 


92 
 
ictimaiyyətin iştirakının  təmin  edilməsi  sahəsində  Azərbaycan 
Respublikasının  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiyası 
yanında  fəaliyyət  göstərən  işçi  qruplarda  qeyri-hökumət 
təşkilatlarının 
üzvlüyü 
təmin 
edilmişdir. 
2005-ci 
ildə 
Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının 
Məlumat  və  İnformasiya  Şəbəkəsi  təsis  edilmişdir.  Korrupsiyaya 
qarşı  mübarizə  üzrə  Komissiya  Şəbəkəyə  üzv  olmuşdur.  Şəbəkə 
korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə əlaqədar 
bütün  qanunvericilik  layihələri  üzrə  ictimai  dinləmələr 
keçirmişdir.  2004-cü  ildən  Mineral  Ehtiyatların  Hasilatı  ilə 
Məşğul  olan  Sənaye  Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  icrası 
məqsədi  ilə  Qeyri-Hökumət  Təşkilatlarının  Mədən  Sənayesində 
Şəffaflığın Artırılması Koalisiyası yaradılmışdır. 
 
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində 
aşağıdakı tədbirlərin görülməsi təmin ediləcəkdir: 
 
1.
 
İnformasiya əldə edilməsinin asanlaşdırılması 
Görüləcək işlər və nəticə indikatorları 
 
1.1  Dövlət  qurumlarında  informasiya  azadlığı  üzrə  məsul 
şəxslərin  müəyyən  edilməsi,  informasiya  azadlığı  ilə  bağlı  daxili 
icraat  qaydalarının  qəbul  edilməsi  və  bu  barədə  ictimaiyyətin 
məlumatlandırılması  
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü 
illər 
 
1.2  İnformasiya  azadlığının  təmin  edilməsi  məqsədi  ilə  məsul 
dövlət qulluqçuları üçün ətraflı təlimlər keçirilməsi  
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü 
illər  
 


93 
 
1.3 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası 
Qanununun  tələblərinin  icrasına  nəzarətin  həyata  keçirilməsi 
məqsədi  ilə  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 
Müvəkkilinin 
(Ombudsmanın) 
Aparatının 
strukturunun 
təkmilləşdirilməsi,  aidiyyəti  əməkdaşların  ixtisaslaşmış  təlimlərə 
cəlb edilməsi. 
İcra: İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) – 2013-2014-
cü illər 
 
2. Dövlət orqanlarının öz fəaliyyətfləri barəsində ictimaiyyətə 
müntəzəm məlumat verməsi 
Görüləcək işlər və nəticə indikatorları 
 
2.1  Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  məlumatları 
mütəmadi, 
yenilənmiş 
əsaslarla 
internet 
səhifələrində 
yerləşdirməsi  
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları –mütəmadi 
 
2.2  Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  illik  məruzələr 
tərtib etməsi və internet səhifələrində açıqlaması  
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları  – 2012-2015-ci 
illər 
 
2.3  Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  mətbuat 
konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər 
keçirməsi  
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları  – 2012-2015-ci 
illər 
 
2.4 Dövlət orqanlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik 
aktlarının  anlaşılan  sadə  dildə  yazılmış  versiyasının,  bələdçi 
qaydalarının  tərtib  edilməsi  və  bu  məlumatların  vətəndaşlar 
arasında təşviq edilməsi  


94 
 
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi 
 
2.5  Dövlət  proqramlarının  əhatə  etdiyi  sahələr  üzrə  internet 
portallarının yaradılması 
İcra: mərkəzi icra hakimiyyəti orqanları – 2012-2014-cü illər 
 
2.6  Dövlət  orqanlarının  internet  səhifələrinin  müasir  standartlara 
uyğun olaraq vahid nümunəvi formasının və minimum şərtlərinin 
müəyyən edilməsi 
İcra: Nazirlər Kabineti, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə 
və  İnformasiya  Texnologiyaları  Nazirliyi,  Korrupsiyaya  qarşı 
mübarizə üzrə Komissiya - 2013-cü il 
 
2.7  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  qarşısındakı  illik  hesabatlarında 
açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində 
həyata keçirilmiş tədbirlər haqqında məlumat verməsi 
İcra: Nazirlər Kabineti -2012-2015-ci illər 
 
3.  Normativ  hüquqi  aktların  vahid  elektron  bazasının 
fəaliyyətinin təkmilləşdirilməsi 
Görüləcək işlər və nəticə indikatorları: 
 
3.1 
Rəsmi  hüquqi  istinad  mənbəyi  olan  Azərbaycan 
Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinin  elektron 
variantının mütəmadi yenilənməsi və elektron bazanın daim işlək 
vəziyyətdə saxlanılması 
İcra: Ədliyyə Nazirliyi – mütəmadi 
 
4.  Dövlət  orqanlarının  fəaliyyətində  ictimaiyyətin  iştirakının 
genişləndirilməsi 
Görüləcək işlər və nəticə indikatorları: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə