Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   20   21   22   23   24   25   26   27   28

81 
 
8.
 
40 dövlət proqramından yalnız 6-sı üzrə İnternet portal və ya 
məsul  mərkəzi  icra  hakimiyyətinin  saytında  ayrıca  bölmə 
yaradılıb.  Digər  dövlət  proqramların  icrası  ilə  bağlı 
sistemləşdirilmiş məlumatların olmaması çətinlik yaradır. 
 
9.
 
Azərbaycan 
Respublikasının 
İnsan 
hüquqları 
üzrə 
Müvəkkilinin  (Ombudsmanın)  Aparatının  strukturunun 
təkmilləşdirilməsi həyata keçirilməyib. 
İnformasiya  azadlığı  üzrə  müvəkkilin  aparatından  rəsmi  sorğuya 
verilən  cavabdan  aydın  olur  ki,  “İnformasiya  əldə  etmək 
haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələblərinin 
icrasına  nəzarətin  həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan 
Respublikasının 
İnsan 
hüquqları 
üzrə 
Müvəkkilinin 
(Ombudsmanın)  Aparatının  strukturunun  təkmilləşdirilməsilə 
bağlı təkliflər hazırlanıb Nazirlər Kabineti və Maliyyə Nazirliyinə 
göndərilsə də, hələ ki real addımlar atılmayıb. 
 
10.
 
“Elektron  xidmətlərin  təkmilləşdirilməsi”  istiqaməti  üzrə 
qiymətləndirilən 6 fəaliyyətdən 4-ü maksimum bal alıb. Digər 
iki istiqmətin hər biri üzrə isə ortadan yuxarı (3 ballıq sistemdə 2 
bal) qiymətləndirmə qeydə alınıb. 
 
11.
 
MHŞT üzrə yeni standartların qəbulu və tətbiqi ilə əlaqədar olaraq 
hesabat  dövründə  şirkətlərdən  dövlətə  məcmu  daxilolmalar 
barəsində  illik  hesabat  ictimaiyyətə  açıqlanmamışdır.  Vətəndaş 
cəmiyyətinin  fəaliyyətini  tənzimləyən  qanunvericilikdə  olan 
dəyişiklik  və  əlavələr  MHŞT  prosesində  onların  iştirakına  mənfi 
təsir  göstərmişdir.  Beləliklə  də  MHŞT-nin  tətbiqində  ictimai 
iştirakçılıq  və  hesabatlılıq  sahəsində  ictimai  debatların  təşkili 
imkanları hesabat dövründə məhdudlaşmışdır. 
 
 
 


82 
 
IV.
 
TƏKLİFLƏR 
 
1.
 
Fəaliyyətinə  ictimai  nəzarət  olunan  mərkəzi  icra  hakimiyyəti 
orqanları  siyahısının  təsdiqlənməsi  tezləşdirilsin,  mərkəzi  və 
xüsusilə,  yerli  icra  hakimiyyətlərinin  yanında  ictimai  şuraların 
yaradılması işləri sürətləndirilsin. 
2.
 
Yerli  icra  hakimiyyətlərinin  saytları  təkmilləşdirilsin,  serverlər 
gücləndirilsin. 
3.
 
Dövlət  qurumlarında  informasiya  azadlığı  üzrə  məsul  şəxslə 
mətbuat  katibinin  vəzifə  və  səlahiyyət  bölgüsünün  sərhədləri 
dəqiqləşdirilsin, paralellik aradan qaldırılsın. 
4.
 
Dövlət  orqanlarının,  xüsusilə  də  yerli  icra  hakimiyyəti 
orqanlarının  AHT  və  onun  tələblərinə  dair  məlumatlılığı 
artırılmalıdır. Monitorinq göstərdi ki, onların əksəriyyəti dövlətin 
öz  üzərinə  götürdüyü  öhdəliklər  barəsində  məlumatsızdır,  və  ya 
onların icrasında öz məsuliyyətini bilmir. 
5.
 
Dövlət  orqanlarının  internet  saytlarının  “Dövlət  orqanlarının 
İnternet  informasiya  resurslarının  yaradılması  və  idarə  edilməsi 
qaydaları”nda nəzərdə tutulan vahid formata uyğunlaşdırılması işi 
sürətləndirilməlidir.  Bu,  dövlət  orqanlarının  illik  hesabatlarının 
maliyyə  vəsaitlərindən  istifadəni  əhatə  etməklə  vahid  prinsiplər 
əsasında  hazırlanması,  hesabatların  və  öz  fəaliyyətləri  barəsində 
məlumatların  xarakterinin,  həmçinin  saytlarda  yerləşdirilməsi 
üçün müntəzəmlik anlayışının aydınlaşmasına imkan verər. 
6.
 
Dövlət  proqramları  üzrə  internet  resurslarının  yaradılmasının 
vahid  prinsipləri  hazırlanmalı,  bütün  əlaqələndirici  dövlət 
orqanlarının həmin prinsiplərə əməl etməsi təmin olunmalıdır. 
7.
 
Ölkədə  insan  hüquqları  üzrə  müvəkkilin  aparatında  informasiya 
azadlığı  üzrə  xüsusi  şöbənin  ştat  vahidləri  qısa  müddətdə 
təsdiqlənməli  və  işini  qurması  üçün  digər  zəruri  addımlar 
atılmalıdır.  
8.
 
Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  heç  də  hamısının  saytında 
hesabatlar  ayrıca  bölməyə  yerləşdirilməyib.  Yerli  icra 


83 
 
hakimiyyətlərində isə bu sahədə vəziyyət çox acınacaqlıdır. Yaxşı 
olardı  ki,  hesabatlar  şəffaflığı  təmin  etmək  məqsədilə  saytda, 
xüsusi bölmədə müxtəlif formatlarda (doc, pdf və s.) yerləşdirilsin 
və ana səhifədə tez gözə çarpsın. 
9.
 
MHŞT-nin 
tətbiqini 
tənzimləyən 
hüquqi 
bazanın 
formalaşdırılması,  MHŞT  Katibliyinə  müstəqillik  statusunun 
verilməsi,  Çoxtərəfli  Qrup  çərçivəsində  olan  müzakirələrdə 
məxfiliyin  aradan  qaldırılması,  eləcə  də  İctimai  Birliklərin  “ 
Mədən  sənayesində  şəffaflığın  artırılması”  Koalisiyasının  üzvü 
olan vətəndaş cəmiyyəti institutlarının maliyyələşmə imkanlarının 
və  qrant  qeydiyyatının  asanlaşdırılması  bu  prosesdə  irəliləyişin 
əldə edilməsinə stimul verə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


84 
 
V.
 
AÇIQ 
HÖKUMƏTIN 
TƏŞVIQI 
ÜZRƏ 
MILLI 
FƏALIYYƏT 
PLANININ 

MONITORINQININ 
NƏTICƏSI  OLARAQ  VƏTƏNDAŞ  CƏMIYYƏTI 
TƏRƏFINDƏN  IRƏLI  SÜRÜLMÜŞ  TÖVSIYƏLƏRIN 
ICRA VƏZIYYƏTI 
  
1.
 
Açıq  Hökumətin  Təşviqi  üzrə  Milli  Fəaliyyət  Planının 
təkmilləşdirilməsi üzrə tövsiyələr 
-
 
3  illik  Fəaliyyət  Planı  əsasında  ümumiləşdirilmiş  illik  Fəaliyyət 
Planlarını hazırlamaqla AHT MFP mütəmadi surətdə yenilənməsi; 
(təmin olunmayıb) 
-
 
Fəaliyyət Planına öhdəliklər çərçivəsində hər bir əsas və köməkçi 
fəaliyyət  növünün  icrasını  ölçmək  üçün  nəticə  indikatorlarının 
əlavə olunması; (təmin olunmayıb) 
-
 
Fəaliyyət  Planının  icrasına  və  nəzarət  edilməsinə  daha  geniş 
vətəndaş cəmiyyəti icmasının cəlb olunmasına görə tam cavabdeh 
olan  dövlət  qurumunun  institusional  potensialının  artırılması; 
(təmin olunmayıb) 
-
 
Fəaliyyət  Planından  irəli  gələn  öhdəliklərin  nəticələrini 
qiymətləndirmək  məqsədi  ilə  Fəaliyyət  Planının  geniş 
monitorinqinin  aparılması  və  bunun  üçün  həmin  monitorinqə 
yardım edə biləcək xüsusi məlumatlara, təfsilatlı hesabatlara çıxış 
imkanlarının artırılması (qismən təmin olunub). 
 
2.
 
Vətəndaş  cəmiyyətinin  Açıq  Hökumətə  cəlb  olunmasının 
gücləndirilməsinə və genişləndirilməsinə dair tövsiyələr 
-
 
Aidiyyatı  vətəndaş  cəmiyyətn  təşkilatlarının  səfərbər  olunaraq 
AHT  MFP  icrasına  ictimai  dəstək  göstərməsi  məqsədilə 
şəbəkələnməsi, 
onların 
Açıq 
Hökumət 
Təşəbbüsünün 
reallaşdırıldığı  bütün  səviyyələrdə  -  Fəaliyyət  Planının 
hazırlanması,  tətbiqi,  monitorinqi  və  qiymətləndirilməsində  - 
iştirakı  və  nəhayət  ixtisaslaşdıırlmış  vətəndaş  cəmiyyətinin  əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə