Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə1/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
  1   2   3   4   5   6   7   8   9   ...   16

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli
İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir.

ƏLAQƏLİ TƏRƏFLƏR HAQQINDA MƏLUMATIN AÇIQLANMASI ÜZRƏ” KOMMERSİYA TƏŞKILATLARI ÜÇÜN 25 №-Lİ MİLLİ MÜHASIBAT UÇOTU STANDARTININ TƏTBİQI ÜZRƏ ŞƏRHLƏR VƏ TÖVSİYƏLƏR


MÜNDƏRİCAT:



1.GİRİŞ 3
2.MƏQSƏD və VƏZİFƏLƏR 3
2.1 Məlumatın açıqlanmasını tələb edən üçüncü tərəflərlə əlaqələr 3
2.2 Tələb olunan məlumat açıqlanmaları 4
3. TƏTBİQ EDİLDİYİ SAHƏLƏR 4
4. ƏLAQƏLİ TƏRƏFLƏR HAQQINDA MƏLUMATIN AÇIQLANMASININ MƏQSƏDİ 5
5. ƏSAS ANLAYIŞLAR 5
5.1 Əlaqəli tərəflər 5
Əlaqəli tərəflərlə münasibətlərə dair nümunə 5
5.1.1 Əhəmiyyətli təsirə malik ola biləcək tərəflər 6
5.1.2 Əsas idarə heyəti 7
5.1.3 Yaxın ailə üzvləri 8
5.1.4 Pensiya təminatı planları 8
5.1.6 İstisnalar 9
5.1.7 Əlaqəli olmayan tərəflərə dair nümunələr 10
5.2 Münasibətlərin mahiyyətinin onların hüquqi formasına nisbətən üstünlüyü 10
6. MƏLUMATIN AÇIQLANMASI 11
6.1 Üçüncü tərəflərə məlumatının açıqlanması 11
6.1.1 Nümunə 12
6.1.2 Birgə müəssisələr və asılı müəssisələr 12
6.2 Əməliyyatlar üzrə məlumatların açıqlanması 12
6.2.1 Əməliyyatların həcminin müəyyən edilməsinə dair nümunə 13
6.2.2 Əməliyyatların həcminin müəyyən edilməsinin çətinliyinə dair nümunə 13
6.2.3 Məlumatların açıqlanması mümkün ola biləcək əməliyyatlara dair nümunələr 13
ƏLAVƏLƏR 14
Əlaqəli tərəflər haqqında məlumatın açıqlanmasına dair əlavə nümunə 14
Nümunə 1. Əlaqəli tərəflərin əməliyyatları üçün məlumatın açıqlanmasının müəyyən olunması 14
Nümunə 2 15
Nümunə 3 15


  1. GİRİŞ


Ən qısa standartlardan biri olmasına baxmayaraq, 25 №-li Milli Mühasibat Uçotu Standartı əsas etibarı ilə məlumatın açıqlanması mövzusunu əhatə etdiyindən və bununla əlaqədar olaraq subyektiv xarakter daşıdığından və peşəkar mühakimə tələb etdiyindən problematik olma potensialına malikdir.


Maliyyə hesabatları yalnız biznes əməliyyatlarının nəticələrini göstərir, onlar bu əməliyyatların əsasında duran səbəbləri əks etdirmirlər. Maliyyə hesabatlarının istifadəçilər tərəfindən tam şəkildə başa düşülməsi üçün, onların həmin müəssisənin malik ola biləcəyi bütün yaxın əlaqələr haqqında məlumatlandırılmaları tələb oluna bilər. Bu, ən azından, istifadəçilərin təqdim olunan fəaliyyət nəticələrinə həmin əlaqələrin təsir göstərə biləcəyinin potensial mümkünlüyündən xəbərdar olmaları üçün lazımdır. Əks halda, onlar maliyyə hesabatlarının müəssisə rəhbərliyinin ən mükəmməl səylərini əks etdirdiyinə dair yanlış nəticəyə gələ bilərlər.


Milli Mühasibat Uçotu Standartlarının əsaslandığı başlıca mülahizələrdən biri, maliyyə hesabatlarının müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aparılan əməliyyatların nəticəsi olmasından və hər bir əməliyyatın müəssisənin öz iqtisadi maraqlarını artırmaq məqsədi ilə həyata keçirilməsindən ibarətdir. Halbuki, müəssisə əlaqəli tərəflərlə iş görərkən əməliyyatın müəssisənin iqtisadi maraqlarını artırılmasına deyil, məqsədyönlü şəkildə üçüncü tərəfin xeyrinə yönəlməsi mümkünlüyü mövcud olur.


Beləliklə, əlaqəli tərəflərlə münasibətlər, bir tərəfin digərinin iqtisadi və əməliyyat qərarlarına nəzarət etmək və ya onlara əhəmiyyətli təsir göstərmək hüququna malik olduğu münasibətlərdir.


Lakin, müəssisələrin hər zaman öz iqtisadi maraqlarına uyğun hərəkət etdiyinə dair “məntiqli fərziyyə” praktikada heç də həmişə həyata keçmir. Bəzən müəssisələr əvvəlcədən zərər ilə nəticələnəcəyindən xəbərdar olduqları əməliyyatlara daxil olur və ya öz iqtisadi maraqları baxımından əlverişli olan əməliyyatları həyata keçirməkdən imtina edirlər. Hazırkı Standart məhz bu hallara və ya həmin halların baş verməsi mümkünlüyünə həsr olunmuşdur.





  1. Yüklə 217 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə