Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə7/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   2   3   4   5   6   7   8   9   10   ...   16

5.1.3 Yaxın ailə üzvləri


Əlaqəli üçüncü tərəflər kimi qəbul edilən şəxslər daimi olaraq digər insanlarla yaxın şəxsi münasibətlərdə ola bilər və şəxsi münasibətlərin xarakterinə uyğun olaraq həmin insanların təsiri altına düşə bilər. Məsələn, ər və arvad münasibətini göstərək və fərz edək ki, ər müəssisənin əlaqəli üçüncü tərəfidir. Belə bir hal ola bilər ki, arvad dominant mövqeyə malikdir və onun müəssisə ilə birbaşa əlaqəsinin olmamağına baxmayaraq əri ilə münasibətlərinin xarakterinə uyğun olaraq öz ərinə güclü təsir göstərmə ehtimalı ola bilər. Buradan belə nəticəyə gəlmək olur ki, şəxslər əlaqəli üçüncü tərəf kimi çıxış etdiyi təqdirdə onlara potensial təsir etməyə qadir olan digərləri də əlaqəli üçüncü tərəflər sayılmalıdır.

Sual ondan ibarətdir ki, “yaxın ailə üzvləri” ifadəsi hansı dərəcəyə qədər əhatə olunmalıdır? Bu suala heç bir sadə cavab yoxdur və hətta “təsirə məruz qalması gözlənilə bilər” ifadəsi işləndikdə belə anlayışın müəyyən dərəcədə əhatə olunması təsadüfi hesab olunmalıdır.


Bu suala cavab olaraq 25 №-li Milli Mühasibat Uçotu Standartında onlar bu cür müəyyən olunurlar:





  • Şəxsin həyat yoldaşı,

  • Onun uşaqları,

  • Və həm şəxsin və yaxud da onun həyat yoldaşının uşaqları və öhdəçiliyində olan şəxslər.

Nəzərə almaq lazımdır ki, bütün ailə münasibətləri yaxın olmadığından standartda “daxil edilə bilər” ifadəsi işlədilmişdir – bu öz valideynlərindən və ya valideynlərin ayrılması ilə əlaqədar ayrı yaşayan uşaqlar üçün adi hal və ya hətta davam etməkdə olan yaxın münasibətlərdə belə valideynlər əlaqəli üçüncü tərəf ilə bağlı heç bir təsir gücünə malik olmaya bilər (baxmayaraq ki, son misalda təsir üçün potensialın mövcud olması mübahisə doğura bilər).


5.1.4 Pensiya təminatı planları


Hüquqi cəhətdən ayrıca pensiya təminatı planı (pensiya sxemi) müəssisənin işçilərinin maraqları naminə yaradıldığı təqdirdə bu plan müəssisənin əlaqəli üçüncü tərəfidir. Xüsusilə, mahiyyətin formadan üstünlüyü tələbi nəzərə alındıqda bu kifayət qədər əsaslıdır. Hüquqi cəhətdən, plan ayrıca hüquqi şəxs təşkil edə bilər, ancaq mahiyyət və ya reallıq ondan ibarətdir ki, əksər hallarda müəssisəyə nəzarət edən insanlar plana da nəzarət edirlər. Belə hal olduğu təqdirdə aydın olur ki, plan əlaqəli üçüncü tərəfdir. Nəzərə alınmalıdır ki, sxemə ayrıca şəxslər tərəfindən nəzarət edildiyi təqdirdə bu, əlaqəli tərəf olmamalıdır.


Milli Mühasibat Uçotu Standartı müəssisələrin pensiya təminatı planlarını daxil etmək üçün bunu əhatə edir ki, onlar da özləri əlaqəli üçüncü tərəflərdir. Bir daha bu, yuxarıda göstərilən səbəbə görə mükəmməl olaraq əsaslandırılmalıdır. Məsələn, törəmə müəssisənin öz işçiləri üçün pensiyaya çıxma planı ola bilər. Bu plan törəmə müəssisə üçün əlaqəli üçüncü tərəfdir. Lakin əsas müəssisə törəmə müəssisəyə nəzarət etdiyindən (bu da öz növbəsində törəmə müəssisəni əsas müəssisə qarşısında əlaqəli üçüncü tərəf edir) məntiqi olaraq göstərmək olar ki, müəssisənin pensiyaya çıxma planı həmçinin əsas müəssisə üçün əlaqəli üçüncü tərəf olmalıdır.



Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə