Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə16/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

Nümunə 3


“Aysberq” müəssisəsi məhsullarına olan tələbatın təklifdən yüksək olduğu bir zamanda likvidlik problemi ilə üzləşir. Bir tərəfdən müəssisə nağd pul vəsaitlərinin çatışmazlığına görə ləğv olunma təhlükəsi ilə üzləşmiş, digər tərəfdən isə öz mənfəətini artırmaq imkanı əldə etmişdir. “Aysberq” müəssisəsi həm qısa (nağd vəsaitlərin çatışmazlığını dərhal aradan qaldırmaq üçün), həm də uzunmüddətli maliyyə vəsaitlərinin (artan tələbin ödənilməsi məqsədilə fəaliyyətlərini genişləndirə bilmək üçün) təmin olunması məqsədilə banka müraciət etmişdir.


Bank maliyyə vəsaitlərinin təmin edilməsi ilə bağlı müraciətə razılıq verməzdən əvvəl “Aysberq” müəssisəsinin Direktorlar Şurasına direktor təyin etmək səlahiyyəti də daxil olmaqla bir sıra şərtlər irəli sürmüşdür.

“Aysberq” bankın tələbləri ilə razılaşmazsa, o, fəaliyyətini genişləndirə bilməyəcək, ən pis halda isə ləğv olunma təhlükəsi ilə üzləşəcəkdir.


Buradan belə nəticəyə gəlmək olar ki, “Aysberq” müəssisəsinin qəbul edə biləcəyi ən düzgün qərar, adi halda qəbul edilməz olan bu şərtləri qəbul etmək və əlavə maliyyə vəsaitlərini əldə etməkdir.


Buna görə də Standart tərəfindən təsbit olunmuş əlaqəli üçüncü tərəf münasibətləri ilə bağlı anlayışın tamamilə əhatə olunması vacibdir.


25 №-li Milli Mühasibat Uçotu Standartında təsbit olunmuş ikinci əsas məsələ əlaqəli tərəf münasibətləri haqqında hansı məlumatın açıqlanması və bu cür açıqlanmanı tələb edə biləcək şərtlərin nədən ibarət olmasıdır.




Hansı məlumatın açıqlanması ilə bağlı məsələdə, böyük ehtimalla, müəssisənin maliyyə vəziyyətini qiymətləndirərkən bu məlumatı nəzərə almaq məqsədilə istifadəçilər əlaqəli tərəflər arasında aparılan əməliyyatların müddəti və maliyyə nəticələrini bilməyə ehtiyac duyurlar. Aydındır ki, bu, məlumatın keyfiyyətinin minimal (üçüncü tərəf münasibətləri ifadəsini tələb edən) ola biləcəyi ilə əlaqədar hər hansı üçüncü tərəf əməliyyatları ilə müşaiyət olunan bütün təfərrüatların tam açıqlanması üçün Standartı tətbiq edənlər tərəfindən subyektiv qiymətləndirmənin mövzusudur. Ehtimal ki, hər iki -minimal və maksimal mümkün açıqlanmalar maliyyə hesabatlarının istifadəçiləri nöqteyi - nəzərindən bərabər şəkildə lazımsız ola bilər – minimal açıqlanmalar qeyri – qənaətbəxş olduğu halda, maksimal açıqlanmalar daha çox cüzi, əhəmiyyətsiz məlumat verə bilər ki, bu zaman real təsir itmiş olur. Məlumatın açıqlanması tələbləri yetərli olmalı və hardasa hər iki həddin arasında yerləşməlidir.
Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə