Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə12/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

6.1.1 Nümunə


Tutaq ki, istifadə etdiyimiz nümunədəki Xalidə, Aysberq şirkətinin əsas idarə heyətinin üzvüdür. O ailəlidir, amma ərindən ayrı yaşayır (lakin boşanmayıb). O, hazırda bir nəfərlə (yeni həyat yoldaşı) sabit, uzun müddətli münasibətdədir və ondan iki uşağı vardır (biri 8, digəri isə 15 yaşında).

Standartın şərtlərinə uyğun olaraq onun hazırki həyat yoldaşı və onların 2 uşağı Xalidənin yaxın ailə üzvləridirlər və bununla da Aysberq şirkəti ilə bağlı əlaqəli üçüncü tərəflərdirlər (halbuki onun əri əlaqəli üçüncü tərəfi sayılımır).


Aysberq şirkəti ilə Xalidənin həyat yoldaşı və ya onların uşaqları arasında heç bir əməliyyat aparılmadığı təqdirdə Xalidədən öz şəxsi, ev (daxili) planlarını və vəziyyətini ictimai şəkildə açıqlamasını tələb edən istənilən sübutları tapmaq çətindir.




6.1.2 Birgə müəssisələr və asılı müəssisələr


Birgə müəssisələr və asılı müəssisələrin vəziyyəti isə daha çox mürəkkəbdir. Ilk baxışdan bu əsas və törəmə müəssisə arasında mövcud olan vəziyyətə çox oxşayır.


Digər bir tərəfdən mübahisə oluna bilər ki, mövcud olan nəzarətin səviyyəsi tam olmadığından bunun əsas/törəmə müəssisə münasibəti ilə oxşarlığı daha aydın görünür – bütöv nəzarət və əhəmiyyətli təsir (asılı müəssisələrin timsalında) və birgə, və ya birlikdə nəzarət (birgə müəssisələrin timsalında) arasında çox böyük fərq var. Əsas/törəmə müəssisə timsalında “əsas müəssisə törəmə müəssisədən nə istəyir ki, törəmə müəssisə onu həmişə həyat keçirməli olsun” kimi sual meydana çıxmır. Halbuki, asılı müəssisələrdə əsas səhmdarlar həmişə “əhəmiyyətli təsiri” seçməyə bilərlər, birgə müəssisələrdə isə digər sahibkarlardan hər hansı biri həmişə veto tətbiq edə bilər.


25 №-li Milli Mühasibat Uçotu Standartı belə bir müddəanı ehtiba edir ki, birgə müəssisələrin və asılı müəssisələrin vəziyyəti əsas və törəmə müəssisələrdə olduğu kimi deyil və birgə müəssisə və asılı müəssisələr üçün əlaqəli üçüncü tərəf münasibətinin mövcudluğunun açıqlanması yalnız əlaqəli tərəflər arasında əməliyyatlar aparıldığı halda vacib olmalıdır. Heç bir əməliyyatlar aparılmadıqda bu Standarta uyğun olaraq heç bir məlumatın açıqlanması tələb olunmur (Məlumatlarının açıqlanmasını tələb edəcək birgə müəssisələr və asılı müəssisələr üçün mühasibat uçotunun aparılmasını müəyyənləşdirən müvafiq Standartlara baxmayaraq).





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə