Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


Əlaqəli olmayan tərəflərə dair nümunələr



Yüklə 217 Kb.
səhifə10/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

5.1.7 Əlaqəli olmayan tərəflərə dair nümunələr





  • Bir direktor tərəfindən idarə olunan iki müəssisə, burada direktorun hər iki müəssisənin qarşılıqlı biznes münasibətlərindəki siyasətlərinə heç bir təsir etmək imkanı yoxdur.

  • Normal biznes şərtləri çərçivəsində müəssisəni pul vəsaitləri ilə təmin edən və heç bir əlaqəli mülkiyyət hüququ və ya digər münasibəti olmayan maliyyə qurumları və banklar.

  • Həmkarlar İttifaqları.

  • Dövlət bələdiyyə xidmətləri və kommunal xidmətlər.

  • Müəssisə ilə normal işgüzar əlaqələrdə olan dövlət idarələri və agentliklər.

  • Təchizatçılar və müştərilər kimi yalnız normal işgüzar şərtlər əsasında müəssisənin əməliyyatlar həyata keçirdiyi və heç bir əlaqəli mülkiyyət hüququ və ya digər münasibəti olmayan qurumlar.

Arka Şirkətini hesabat verən müəssisə kimi istifadə edərək əlaqəli olmayan tərəflərə dair nümunələr:





  • Arka Şirkətinə böyük məbləğdə borc verən bankın sədri.

  • Arka Şirkətinin səhmlərinin 2 % - nə sahib olan və həmçinin təsadüfi hallarda Arka Şirkətinin istehsalı olan malları alan Maliyyə Direktoru.

  • Mütəmadi olaraq Arka Şirkətindən mal alan və əsas hesab edilən müştəri.



    1. Münasibətlərin mahiyyətinin onların hüquqi formasına nisbətən üstünlüyü


Mahiyyətin formadan üstün olması prinsipi 25 №-li Milli Mühasibat Uçotu Standartın təməl prinsipidir və Konseptual Çərçivədə tam olaraq nəzərdən keçirilir. 25 №-li Milli Mühasibat Uçotu Standartında prinsip insan münasibətlərinin xarakterinin əks etdirilməsinə qədər əhatə olunmuşdur. Bu belə mənaya gəlir ki, müəyyən olunduğu kimi yaxın ailə üzvü əlaqəli üçüncü tərəf üzərində heç bir təsir göstərə bilməyən qismində təqdim olunduğu təqdirdə həmin ailə üzvü əlaqəli üçüncü tərəf deyildir. Qeyd olunmalıdır ki, münasibət kimi görünənin bu cür görünməsinə baxmayaraq əslində onu sübut etməlisiniz.


Bəzən bu sübutun müəyyən olunması asan ola bilər (məsələn, ər və arvad formal olaraq hələ də evli olmalarına baxmayaraq boşanma prosesində ola bilərlər. Belə olan halda, onların bir-biriləri üzərində hər hansı təsirə malik olub-olmaması asanlıqla mübahisə predmetinə cevrilir. Eyni ilə, əlaqəli üçüncü tərəfin uşağı cəmi 6 aylıq olduğu təqdirdə uşağın əlaqəli üçüncü tərəf üzərində hər hansı təsirə malik olması fikrini yürütmək məntiqsiz olardı).


Digər vəziyyətlərdə sübutun müəyyən olunması daha çətin ola bilər (məsələn, evli olan cütlük bir birilərinin biznes işləri haqqında heç vaxt danışmaya bilər və bəzi hallarda ər/arvad həyat yoldaşının malik olduğu biznes münasibətlərindən xəbərsiz ola bilər. Bu vəziyyətdə sübutun müəyyən olunması yəqin ki, qeyri – mümkündür). Digər hallarda təsirin hətta olub – olmamağının mümkünlüyü üzərində şübhə ola bilər (məsələn, aydındır ki, 6 aylıq uşaq heç bir mümkün təsirə malik ola bilməz, lakin 26 yaşlı “uşağın” sözsüz ki, təsir potensialı vardır. Bəs onda uşaq hansı yaşa qədər təsirə malik olmur və hansı yaşda təsirə malik olmağa başlamalıdır? Uşağın 10 yaşı olanda? 13 yaşı olanda? 18 yaşı olanda? Bir çox digər hallarda olduğu kimi bu mübahisə mövzusu ola bilər).




Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə