Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə6/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   2   3   4   5   6   7   8   9   ...   16

5.1.2 Əsas idarə heyəti


Müəssisənin müəyyən əməkdaşları və işçiləri müəssisənin idarə olunmasında əhəmiyyətli rola malikdirlər. Belə əməkdaşlar və işçilər müəssisənin fəaliyyətinin istiqamətləndirilməsində və onun daxil olduğu bütün əməliyyatlarda əhəmiyyətli təsirə malikdirlər.


Mübahisə oluna bilər ki, müəssisənin bütün əməkdaşları və işçiləri əlaqəli üçüncü tərəflərlər DEYİLLƏR. Onların hər biri əmək müqavilələri əsasında çalışır və qaçılmaz olaraq müəssisənin, yəni işəgötürənin maraqlarına uyğun işləməyə öhdəlik götürmüşlər. Beləliklə, onlar müəssisənin xeyrinə yönələn təsirdən başqa əməliyyatlara heç bir təsir edəcək mövqedə deyil. Bu səbəbdən hər hansı açıqlamalara ehtiyac yoxdur.


Digər tərəfdən, yüksək vəzifədə olan işçilər və menecerlər müəssisənin fəaliyyətlərini yönləndirmək mövqeyindədirlər və əksər hallarda maraqların toqquşa biləcəyi vəzifələrdə ola bilərlər. Misal üçün, direktorlara və baş menecerlərə ödənilən əmək haqqı səviyyəsi üzrə qərar çox zaman Direktorlar Şurası tərəfindən qəbul olunur (bunun üçün çox güman ki, ümumi yığıncaqda səhmdarların təsdiqinin alınması da tələb olunacaq. Lakin çox vaxt bu ümumi yığıncaqlar artıq alınmış qərarların rəsmi olaraq təsdiq edilməsindən başqa iş görmür). Bununla əlaqədar olaraq çox güclü arqument mövcuddur ki, maliyyə hesabatlarının istifadəçiləri bu cür işçilər tərəfindən alınan qərarlar haqda məlumatlandırılmalıdır.


25 №-li Milli Mühasibat Uçotu Standartında bu cür yüksək vəzifədə olan əməkdaşların və işçilərin əlaqəli üçüncü tərəflər hesab edilməli olduğu deyilir və onlar bu cür müəyyən olunurlar:




... müəssisənin direktoru (baş direktor və ya digər) daxil olmaqla, birbaşa və ya dolayı yolla müəssisənin fəaliyyətlərini planlaşdırmaq, idarə etmək və onlara nəzarət etmək səlahiyyəti və məsuliyyətinə malik olan şəxslər.

Bu o deməkdir ki, “müəssisənin fəaliyyətlərini planlaşdırmaq, idarə etmək və onlara nəzarət etmək səlahiyyəti və məsuliyyətinə malik olan” bütün direktorlar və işçilərə, yəni müəssisənin baş menecerlərinə əlaqəli üçüncü tərəflər kimi baxılmalıdır.


Müəyyən dərəcədə, bu cür baş menecerlərin müəyyən olunması subyektiv xarakter daşıyır və müxtəlif müəssisələr bu mövzuda müxtəlif nəticələrə gələ bilərlər. Bəzi müəssisələr “fəaliyyətləri planlaşdırmaq, idarə etmək və onlara nəzarət etmək səlahiyyəti və məsuliyyətini” tamamilə Direktorlar Şurasına həvalə edə bilər. Bu halda heç bir yüksək vəzifəli menecer əlaqəli üçüncü tərəf anlayışına aid edilmir. Halbuki, yüksək vəzifəli menecerlərin əlaqəli üçüncü tərəflər sayıldığı digər müəssisələr, bu cür vəzifələri menecerlərə (Şuranın funksiyasının strateji gərarların qəbul edilməsi ilə məhdudlaşacağını nəzərdə tutaraq) təhvil verə bilərlər.





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə