Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə4/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   2   3   4   5   6   7   8   9   ...   16

5. ƏSAS ANLAYIŞLAR


(10 – 12-ci maddələr)


Bu bölmədə aşağıdakı əsas anlayışların mənası göstərilmişdir:





Bu bölmə həmçinin, hər hansı potensial münasibətlərin nəzərdən keçirilməsi zamanı Konseptual Əsaslarda göstərildiyi kimi “mahiyyətin formadan üstünlüyü” fundamental konsepsiyasının tətbiq olunmasını tələb edir. Xüsusi olaraq bəyan edilmədiyinə baxmayaraq, bu prinsipin fərdi əməliyyatlara da tətbiq olunması həmçinin fərz edilməlidir. Burada yenidən təkrar etməliyik ki, bu Standart çox subyektiv xarakter daşıyır.




    1. Əlaqəli tərəflər


Əlaqəli tərəflərlə münasibətlər bir çox müəssisə üçün adi xüsusiyyətdir. Məsələn,





  • Müəssisənin uzun müddət ərzində çalışdığı və ona iri sifarişlər verən müştərilərlə münasibətləri sözsüz ki, “əlaqəli tərəf”lərlə münasibətlər sayıla bilər. Bu münasibətlər yaxın və mütəmadi xarakterlidir, müəssisənin davamlı uğuru üçün vacibdir. Bu cür müştərilərə digər müştərilərə göstərilməyən daha üstün davranış göstərilə və daha aşağı qiymətlər təklif oluna bilər.




  • Oxşar vəziyyət müəssisə ilə onun təchizatçıları arasında baş verə bilər. Məsələn, alıcı təchizatçının məhsullarının əksəriyyətini alırsa, o təchizatçının qiymət siyasətinə təsir edə biləcək qədər güclü vəziyyətə malikdir.




  • Müəssisənin borc verənlərlə münasibətləri də adətən çox yaxındır. Bir çox hallarda borc verənlər müəssisəyə kredit verməzdən əvvəl onun qəbul etmək məcburiyyətində olduğu müəyyən şərtləri və qadağaları diqtə etmək imkanına malik olur.



Əlaqəli tərəflərlə münasibətlərə dair nümunə


“Aysberq” müəssisəsi məhsullarına olan tələbatın təklifdən yüksək olduğu bir zamanda likvidlik problemi ilə üzləşir. Bir tərəfdən müəssisə nağd pul vəsaitlərinin çatışmazlığına görə ləğv olunma təhlükəsi ilə üzləşmiş, digər tərəfdən isə öz mənfəətini artırmaq imkanı əldə etmişdir. “Aysberq” müəssisəsi həm qısa (nağd vəsaitlərin çatışmazlığını dərhal aradan qaldırmaq üçün), həm də uzunmüddətli maliyyə vəsaitlərinin (artan tələbin ödənilməsi məqsədilə fəaliyyətlərini genişləndirə bilmək üçün) təmin olunması məqsədilə banka müraciət etmişdir.

Bank maliyyə vəsaitlərinin təmin edilməsi ilə bağlı müraciətə razılıq verməzdən əvvəl “Aysberq” müəssisəsinin Direktorlar Şurasına direktor təyin etmək səlahiyyəti də daxil olmaqla bir sıra şərtlər irəli sürmüşdür.


“Aysberq” bankın tələbləri ilə razılaşmazsa, o, fəaliyyətini genişləndirə bilməyəcək, ən pis halda isə ləğv olunma təhlükəsi ilə üzləşəcəkdir.


Buradan belə nəticəyə gəlmək olar ki, “Aysberq” müəssisəsinin qəbul edə biləcəyi ən düzgün qərar, adi halda qəbul edilməz olan bu şərtləri qəbul etmək və əlavə maliyyə vəsaitlərini əldə etməkdir.


25 №-li Milli Mühasibat Uçotu Standartı “əlaqəli tərəf” anlayışını geniş mənada aşağıdakı dörd kateqoriyadan biri kimi izah edir (hər biri qısaca nəzərdən keçiriləcək):





  • Müəssisənin biznes fəaliyyətinə dair qərarlarına əhəmiyyətli təsir göstərə biləcək tərəflər. Bu tərəflər müəssisə və ya fərdi şəxslər ola bilər

  • Əsas idarə heyəti

  • Əlaqəli tərəfin yaxın ailə üzvləri (əlaqəli tərəf real insandırsa)

  • Müəssisənin işçiləri üçün əmək fəaliyyətinin başa çatmasından sonrakı mükafatlandırma planları




Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə