Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


Tələb olunan məlumat açıqlanmaları



Yüklə 217 Kb.
səhifə3/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   2   3   4   5   6   7   8   9   ...   16

2.2 Tələb olunan məlumat açıqlanmaları


Əlaqəli tərəflər ilə bağlı açıqlanmalı olan məlumatlar aşağıdakılardır:





  • Əlaqəli tərəflərin müəyyən olunması

  • Əlaqələrin xarakteri

  • Əməliyyatların təsviri

  • Əməliyyatların həcmi

  • Bu əməliyyatlar üzrə qiymətin hesablanması siyasəti

Bu barədə “Məlumatın açıqlanması” adlı 6-cı bölmədə ətraflı məlumat verilmişdir.


3. TƏTBİQ EDİLDİYİ SAHƏLƏR


(3 – 7-ci maddələr)


Bu Standart, maliyyə hesabatlarının istifadəçilərinin müəssisə və kənar müəssisələr və ya şəxslər arasında yaxın, üçüncü tərəf münasibətlərinin mövcudluğu və həmin münasibətlərin nəticələri barədə xəbərdar olunması üçün məlumatın açıqlanması tələblərinə yönəlmişdir. Bu əsasən aşağıdakıları tələb edir:





  • Əlaqəli tərəflərlə münasibətlərin və ya bu cür əlaqələrdən yaranan hər hansı əməliyyatların müəyyən olunmasını

  • Bu əməliyyatların maliyyə hesabatlarında qiymətləndirilməsini və açıqlanmasını

Hazırkı Standart həmçinin əlaqəli tərəflərlə əməliyyatların və yekun qalıqların müəssisələrin fərdi maliyyə hesabatlarında açıqlanmasını, konsolidasiya zamanı isə ləğv edilməsini tələb edir. Bu mövzu, “Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üzrə” 19 №-li Milli Mühasibat Uçotu Standartında əhatə olunmuşdur.


4. ƏLAQƏLİ TƏRƏFLƏR HAQQINDA MƏLUMATIN AÇIQLANMASININ MƏQSƏDİ


(8-ci və 9-cu maddələr)

Standartda da göstərildiyi kimi, əlaqəli tərəflərlə münasibətlər kommersiya və biznes fəaliyyətlərinin adi xüsusiyyətidir, lakin onlar hesabat verən müəssisənin maliyyə vəziyyətinə təsir göstərə bilər.


Buna görə də hazırkı Standart belə əməliyyatların, qarşılıqlı hesablaşmalar üzrə qalıqların (ilin sonunda) və əlaqəli tərəflərlə münasibətlərin açıqlanmasını tələb edir.

Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə