Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


Əməliyyatların həcminin müəyyən edilməsinin çətinliyinə dair nümunə



Yüklə 217 Kb.
səhifə14/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

6.2.2 Əməliyyatların həcminin müəyyən edilməsinin çətinliyinə dair nümunə


Aysberq və Xatirə şirkətləri əlaqəli üçüncü tərəflərdir. Bu dəfə Aysberq şirkəti Xatirə şirkətindən öz istehsal prosesində istifadə etmək üçün xammal alır. Əgər məlumatın açıqlanması aşağıdakı kimi olsa:


a) Xammalın ümumi alışı il ərzində 500.000 manat olub


b) Alışlar normal bazar qiymətlərindən aşağı aparılıb, müvafiq yerlərdə topdan alışlara güzəştlər olub
c) Xatirə şirkətindən alışlar bütün alışların 15 %-i həcmində hesablanıb

Aysberq şirkətinin Xatirə şirkətinə xammal üçün 75.000 manat ödəməsi istisna olunmaqla bu məlumat əsasında faktiki olaraq çox az hesablama aparıla bilər. Xammal, məhsulun maya dəyərinin yalnız bir komponenti olduğundan Aysberq şirkətinin məhsulun maya dəyəri üzrə nəticələrini hesablamaq qeyri–mümkündür.


25 №-li Milli Mühasibat Uçotu Standartının məlumatın açıqlanması tələbləri nisbətləri deyil, mütləq dəyərlərin açıqlanmasını nəzərdə tutur.


Beləliklə, əlaqəli üçüncü tərəflərin hər bir kateqoriyası üçün aşağıdakı məlumatların açıqlanması aparılmalıdır:





  • Əməliyyatların məbləği

  • Ödənilməmişlərin məbləğləri (şərtlərin və müddətin keyfiyyət məlumatı daxil olmaqla)

  • Şübhəli borclar üzrə qiymətləndirilmiş öhdəliklər

  • Şübhəli və ya ümidsiz borclar ilə əlaqədar yaranmış xərclər.

Geniş mənada dəqiq hansı əməliyyatlar üzrə məlumatların açıqlanmasına ehtiyac olduğu mühakimə mövzusudur. Məlumatları açıqlanmalı olan əməliyyatlar, maliyyə hesabatlarının istifadəçilərinin maliyyə hesabatları ilə bağlı mümkün ola biləcək üçüncü tərəf münasibətlərinin təsir görünüşünü formalaşdırmaq məqsədi ilə ehtiyac duyduğu əməliyyatlardır.




6.2.3 Məlumatların açıqlanması mümkün ola biləcək əməliyyatlara dair nümunələr





  • Malların alışı və satışı (hazır məhsul və bitirilməmiş məhsul, bitməmiş istehsal mənasında)

  • Daşınmaz əmlak və digər aktivlərin alışı və satışı

  • Xidmətlərin göstərilməsi və ya əldə edilməsi

  • Əməliyyatların aparılmasına dair hüquqların ötürülməsi üçün razılaşma

  • İcarə razılaşmaları

  • Lisenziya razılaşmaları

  • Kreditlər və kapital qoyuluşları

  • Təhlükəsizlik və zəmanət

  • İdarəetmə müqavilələri

Müəssisənin əlaqəli üçüncü tərəflə həyata keçirə bildiyi hər bir mümkün əməliyyatı proqnozlaşdırmaq mümkün olmadığından bu siyahı azalan görünməyə də bilər, bu səbəbdən maliyyə hesabatlarını hazırlayarkən mühakiməyə ehtiyac vardır.


Əlaqəli tərəf əməliyyatlarında əlaqəli olmayan tərəflər arasında aparılan əməliyyatlar zamanı adətən meydana çıxmayan qiymətlər müşayiət oluna bilər və ona görə də məlumatın açıqlanması tələb olunur. Əlaqəli tərəflər arasında aparılan əməliyyatlar ilə bağlı məlumatların açıqlanması maliyyə hesabatları üzrə göstərilən qeydlərə daxil edilmişdir.


Əlaqəli tərəf əməliyyatları biznesdə ümumi qəbul ediləndir. Əlaqəli tərəf əməliyyatları ilə bağlı məlumatların açıqlanması maliyyə hesabatı istifadəçilərinin müəssisənin maliyyə hesabatları haqqında tam təsəvvür əldə etməyi baxımından əhəmiyyətlidir. Əlaqəli tərəf münasibətləri əlaqəli qurumlar arasında aparılan əməliyyatların həcmi və ya qiymətləndirilməsinə təsir göstərə bildiyindən bu münasibətlər və əməliyyatlar üzrə məlumat açıqlanır. Əgər əlaqəli tərəflər arasında əməliyyatlar aparılıbsa, müəssisənin maliyyə nəticələrini anlamaq üçün vacib olan əməliyyatların növləri və onların elementləri maliyyə hesabatları üzrə göstərilən qeydlərə daxil edilməlidir.


Məlumatın açıqlanması üçün lazımi olanlara daxildir:





  • Əlaqəli tərəf əməliyyatlarının həcmi və miqdarının müəyyən olunması

  • Mühasibat balansındakı tarixdə kreditorlar və debitorlar kimi əlaqəli tərəflər arasında ödənilməmiş maddələrin məbləgləri

  • Əlaqəli tərəflərlə bağlı aparılan əməliyyatlar üçün istifadə olunan qiymət siyasəti

  • Hesabat dövründə tərəflər arasında hətta heç bir əməliyyatlar aparılmadıqda belə, nəzarətə cəlb edilən əlaqəli tərəf münasibətləri müəyyən edilməlidir




Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə