60
nəticələri hələ dərc olunmayıb, ona hazırlıq gedir.
0 –
elektron xidmətlərin göstərilməsinin qiymətləndirilməsinin
dərci ilə bağlı faktlar tapılmayıb.
İcra vəziyyəti
5.1.1 üzrə
Monitorinq balı: 2
(Elektron xidmətlərin göstərilməsinin qiymətləndirilməsi aparılır)
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və
göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na dəyişikliklər
edərək yenidən təsdiq edib.
Bundan əlavə həmin Agentlik 45 dövlət orqanında
elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı
qiymətləndirmə aparmışdır. Qiymətləndirmədə hər bir dövlət
orqanı üzrə monitorinqin başlama və bitmə dövrləri qeyd
edilmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə ünvanlanmış informasiya sorğusuna
cavab olaraq 19.05.2014-cü il tarixli, HKŞ-34/36 nömrəli
məktubla bildirilmişdir ki, qiymətləndirmədə Nazirliyin əməkdaşı
da iştirak edib.
Bundan əlavə Nazirlik öz veb səhifəsində aylıq olaraq
elektron xidmətlərin “Elektron portal”a inteqrasiyası ilə bağlı
statistik göstəriciləri, elektron xidmətlərdən istifadə edənlərin
sayı, “Elektron hökumət” portalı vasitəsi ilə təqdim olunan
e_xidmətlərin statistik göstəriciləri və s. bu kimi xəbərləri bülleten
formasında yerləşdirir.
5.1.2 üzrə
61
Monitorinq balı: 2
(Elektron
xidmətlərin göstərilməsinin qiymətləndirilməsinin
nəticələri dərc olunmuşdur)
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və
göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na dəyişikliklər
edərək yenidən təsdiq edib və həmin Qaydaları öz veb səhifəsində
yerləşdirib.
21
Bundan əlavə, Agentlik 45 mərkəzi icra hakimiyyəti
orqanında apardığı qiymətləndirmənin icra müddəti haqqında
cədvəl hazırlayaraq öz veb
səhifəsində yerləşdirmişdir
22
.
Rabitə və Yüksək Texnologiyalar nazirliyi dövlət
orqanlarının göstərdiyi elektron xidmətlərin statistik nəticələrini
aylıq bülletenlər formasında öz veb səhifəsində yerləşdirmişdir
23
.
5.2 Dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata
keçirdikləri elektron xidmətlər barəsində ildə bir dəfədən az
olmayaraq ictimai təqdimatlar keçirməsi
Məsul dövlət orqanları: Mərkəzi icra hakimiyyəti orqanları
İcra müddəti: 2013-2015-ci illər
Ölçmək üçün indikatorlar: Elektron xidmətlər barəsində ildə bir
dəfədən az olmayaraq ictimai təqdimatlar keçirən dövlət
orqanlarının sayı
21
http://www.asan.gov.az/az/content/view/349/2427
22
http://vxsida.gov.az/redirect/index/cat_id/69/MainOrNot/1
23
https://www.e-gov.az/az/content/read/42