Azərbaycanda kənd təSƏRRÜfati kooperasiyasi: Problemlər və Perspektivlər



Yüklə 220,81 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix27.10.2017
ölçüsü220,81 Kb.
#6954
1   2   3   4   5   6   7

 

 



Bazarlara çıxışların məhdudiyyəti. 

5. 


Kəndlərdə infrastrukturların bərbad olması. 

6. 


Mövcud kənd təsərrüfatı texnikalarının yararsızlığı və çatışmazlığı. 

7. 


Aqrolizinq servislərinin xidmətlərindən istifadənin çətinliyi: 

 

Liqinq şərtlərinin ağır olması; 



 

Bürokratik əngəllər; 

 

Xidmətlərin bahalı olması; 



 

Texnikaların bahalı olması. 

8.  Torpaqların əkinə yararsız hala salınması: 

 

Fasiləsiz əkinlər; 



 

Torpaqların zəif qidalanması;  

 

Gübrə preparatlarının alınması üçün vəsaitlərin olmaması; 



 

Subsidiyaların əkindən sonra verilməsi. 

 

       9.    Əksər bələdiyyə torpaqlarının istifadəsiz qalması və yaxud yerli 



fermerlərin istifadəsi üçün icarə qiymətlərinin yüksək olması və 

bürokratik  əngəllər 

 

Ölkə  iqtisadiyyatının  əsaslı  dərəcədə  enerji  daşıyıcılarından  gələn  gəlirlərdən 



asılılığı  ölkənin  ərzaq  təhlükəsizliyi  təminatında  ciddi  problemlər  yaratdığını  nəzərə 

alaraq,  Hökumət  kənd  təsərrüfatını  tənəzzüldən  qurtarmaq  üçün  müəyyən  addımlar 

atmağa başladı Aqrar sektorun inkişafı və dirçəlməsi Azərbaycan Hökuməti qarşısında 

prioritet  məsələ  olaraq  ön  plana  çəkildi.  Bu  sahədə  bir  sıra  Dövlət  Proqramları  qəbul 

edilərək, Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə təsdiqləndi.  

 

 



"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün 

inkişafına dair Dövlət Proqramı"                                                                                                          

(Azərbaycan Respublikası Prezidentinin 15.12.2011-ci il tarixli 1890 saylı 

sərəncamı) 

 

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata 



keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"                                                 

(Azərbaycan Respublikası Prezidentinin 15.11.2011-ci il tarixli sərəncamı) 

 

"Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı"                 



(Azərbaycan Respublikası Prezidentinin 02.03.2011-ci il tarixli 640 saylı 

sərəncamı) 

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-



iqtisadi inkişafı Dövlət Proqramı"                                                                                      

(Azərbaycan Respublikası Prezidentinin 14.04.2009-cu il tarixli sərəncamı) 

 

"2008—2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun 



azaldılması və davamlı inkişaf Dövlət Proqramı"                                                                

(Azərbaycan Respublikası Prezidentinin 15.09.2008-ci il tarixli 3043 saylı 

sərəncamı) 

 

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq 



məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"                                               

(Azərbaycan Respublikası Prezidentinin 25.08.2008-ci il tarixli sərəncamı) 

 



 

 



Eyni  zamanda,  bəzi  Dövlət  Proqramları  çərçivəsində  tingçiliyin  inkişafı  üçün 

yeni  fond  yaradıldı,  aqrolizinq  fəaliyyətə  başladı,  dövlət  tərəfindən  yanacaq,  motor 

yağları və əkin üçün subsidiyalar ayrılması üçün sərəncamlar imzalandı.  

 

Bununla  belə,  yuxarıda  qeyd  edilən  Dövlət  Proqramları  aqrar  sektorun 



bütövlükdə  dirçəldilməsi  üçün  yetərli  sayılmır  və  bu  sahənin  hərtərəfli  inkişafı  üçün 

real və  ciddi  islahatların vacib olduğunu    göstərir. Hökumət,  Parlament, Bələdiyyə və 

Qeyri-Hökumət Təşkilatlarının bir sıra ekspert və mütəxəssisləri

 

artıq ABŞ, İsrail, Qərbi 



və  bir  sıra  Şərqi  Avropa  dövlətlərinin  təcrübələrindən  yararlanaraq,  istifadə  olunan 

modellərin öyrənilməsi və ölkənin aqrar iqtisadiyyatında tətbiq olunmasının vacibliyini 

israrla  təkid  etməyə  başlayıblar.  Dünya  praktikasında  geniş  yayılmış  və  kənd 

təsərrüfatının  inkişafına  əhəmiyyətli  tövhə  verən  "Kooperasiya"  adlı  qurumların  artıq 

Azərbaycanda da işlənib hazırlanması və fəaliyyətə düşməsi mexanizmi üzərində işlər 

aparılmağa başlanılmışdır.  



KƏND  TƏSƏRRÜFATI  KOOPERASİYASI  NƏDİR? 

Müasir  kooperasiyaların  yaranması  19-cu  əsrin  əvvələrində  Avropada  Sənayə 

İnqilabı  ərəfisində  baş  vermiş  və  yoxsulluq  şəraitində  özünə  kömək  vasitəsi  kimi 

Avropa ölkələrində bir qurum olaraq yayılmağa başlamışdır. Buna baxmayaraq, 1844-

cü  ildə  Rochdale  Society  of  Equitable  Pioneers  Ltd.-nin  yaradılması,  kənd  təsərrüfatı 

kooperasiyalarının unikal prinsiplərini müəyyən olunmasına ən çox təsir göstərmişdir. 

"Rochdale"  istelhak  kooperasiyası  İngiltərədə  müxtəlif  peşələri  təmsil  edən  bir  qrup 

şəxslər  tərəfindən  yaradılmışdır.  Qurumun  əsas  məqsəd  və  vəzifəsi  kooperasiya 

üzvlərinin  sosial-iqtisadi  və  mədəni-maarif  ehtiyaclarını  qarşılamaq  idi.  1864-cü  ildə 

Almaniyada  Friedrich  Wilhelm  Raiffeisen  tərəfindən  yaradılmış  kredit  və  əmanət 

kooperasiyası,  kredit  və  ya  bank  institutu  kimi  fəaliyyət  göstərən  kooperasiyaların 

inkişafında  mühüm  rol  oynamışdır.  Raiffeisen  Bankı şəhər  və  kənd  yerlərində  özünə-

kömək ideyası ilə yaradılan kooperasiyalara əmanət və kredit xidmətləri göstərirdi. 

Beynəlxalq Kooperativ Alyansının bu anlayışa verdiyi izah belədir: «Kooperativ- 

cəmiyyət  üzvlərinin  özlərinin  iqtisadi,  sosial və  mədəni ehtiyaclarını  qarşılamaq  üçün 

demokratik nəzarətin təmin olunduğu müştərək müəssisə yaratmaq vasitəsi ilə könüllü 

birləşdikləri müstəqil assosiasiyadır».

1

 

Beynəlxalq  Əmək  Təşkilatı  isə  «kooperativ»  anlayışını  belə  müəyyən  edir: 



«Kooperativlər  məhdud  resurslara  malik  insanların  özlərinin  iqtisadi  vəziyyətini 

yaxşılaşdırmaq  üçün  muxtar  və  demokratik  idarəetmə  formalaşdırmaqla  birləşdikləri 

assosiasiyalardır».

2

 

Bazar  münasibətlərinin  yüksək  inkişaf  etdiyi  ölkələrdə  dövlət  və  özəl 

mülkiyyətlə  yanaşı,  kooperativ  mülkiyyət  forması da  mövcuddur və  kooperativlər  iki 

mülkiyyət formasına görə xarakterizə edilir: 

 

                                                         



1

  «Agricultural Co-operatives. A Start –up Guide» 

2

  «Создание  и  организация  деятельности  сельскохозяйственных  потребительских 

кооперативов». Москва 2007 

 



Yüklə 220,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə