Azərbaycanda kənd təSƏRRÜfati kooperasiyasi: Problemlər və Perspektivlər



Yüklə 220,81 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix27.10.2017
ölçüsü220,81 Kb.
#6954
1   2   3   4   5   6   7

 



I.  İstehsal kooperativləri - kənd təsərrüfatı məhsullarının vahid müəssisə çərçivəsində 

təşkili  məqsədilə  vətəndaşlar  tərəfindən  yaradılan  kommersiya  təşkilatıdır.  Bu  halda 

kooperativin iştirakçıları özlərinin əmlakının və ya pul vəsaitlərinin müəyyən hissəsini 

birləşdirərək  pay  fondu  yaradırlar.  Müəssisənin  gəlirləri  üzvlərinin  pay  fonduna 

qoyuluşlarının nisbətinə uyğun olaraq onlar arasında bölüşdürülür. 

 

II. İstehlak kooperativləri - kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərə qənaət 

olunması  və  ya  əlavə  gəlir  əldə  etmək  üçün  öz  üzvlərinin  istehsal  və  maliyyə 

vəsaitlərinə  ehtiyaclarının  qarşılanması,  məhsul  satışının  effektiv  təşkili  məqsədi  ilə 

yaratdığı  qeyri-kommersiya  təşkilatıdır.  Kooperativ  üzvləri  formalaşdırdıqları 

xidmətlər hesabına məhsul istehsalını daha səmərəli təşkil etmək imkanı qazanırlar. 

Kənd Təsərrüfatı Kooperasiyalarının üstünlükləri: 

-  Mahiyyət etibarilə gəlir gətirən biznesdir – kənd təsərrüfatı fermerlərinin sərvət 

və mülkiyyətinin genişləndirilməsidir; 

-  Kollektiv  idarəçilik  -  siyasi  bərabərlik  və  demokratik  institutların  yaradılması 

üçün təcrübə əldə etmək baxımından mühüm bir məqamdır; 

-  KTK-ları işçilərinin öz işindən həzz alması; 

-  Əmək  təhlükəsizliyi  (mənffət  azalsa  belə,  iş  saatlarının  azaldılması  ilə  işçilərin 

işdə saxlanması baxımından); 

-  Sosial ədalət, qarşılıqlı inam və anlayış, bu qurumu daha cəlbedici edir; 

-  Vəsaitlərin səmərəli xərclənməsi və maliyyə şəffaflığı; 

-  Yoxsulluğun və işsizliyin aradan qaldırılması; 

-  Mülkiyyət və demokratik idarəetmə, gəlirlərin artması; 

-  Öz  üzvlərinin  ehtiyaclarının  qarşılanması  baxımından  səmərəli  xidmətin 

göstərilməsi (daha şaxəli fəaliyyət – daha çox gəlir); 

-  Keyfiyyətli məhsulların artması; 

-  Rəqabətliliyin və bazarların artması; 

-  Məhsulun maya dəyərinin aşağı düşməsi; 

-  Kənd təsərrüfatının inkişafının icmaların həyat tərzinin artmasına dəstəyi; 

-  Dövlətin  təmənnasız  ayırdığı  subsidiyaların  büdcədə  qalması  və  digər 

əhəmiyyətli sahələrə yönəldilməsi. 



Çətinliklər: 

-  Yerli kənd əhalisi arasında bilik və bacarıqların olmaması;  

-  Müasir mühitə uyğun olaraq aqrar sahə üzrə mütəxəssislərin yetişdirilməməsi; 

-  Yerli əhalinin bugünkü bazar qiymətlərindən məlumatsız olması (bazara birbaşa 

çıxışının olmaması); 

-  Tədarükçülərlə əlaqələrinin müasir səviyyədə olmaması; 

-  İdarəetmə bacarıqlarının zəif olması; 

-  Kənd Təsərrüfatı Texnikalarının yararsızlığı. 



Avropa Birliyinin kənd təsərrüfatı kooperasiyalarının inkişafına dair mövqeyi: 

-  Meliorasiya – (su təchizatının yaxşılaşdırılması); 

-  MTS – Maşın – Traktor Stansiyalarının yaradılması; 

-  Aqro Lizinq sisteminin sadələşdirilməsi və əlçatan olması; 

-  Araşdırmaların aparılması (texniki və əmlak baxımından); 



 

10 


-  Maarifləndirmə və məlumatlandırma; 

-  KTK –rına texniki dəstəyin göstərilməsi (araşdırma, maarifləndirmə, təlimlər); 

-  Hansı sahələrdə Kooperativlərin yaradılmasının vacibliyinin təyin edilməsi; 

-  Maliyyə qurumları ilə əlaqələrin yaradılması; 

-  KTK- ları üçün Biznes Planların hazırlanmasında dəstək; 

-  Qadınların və gənclərin prosesə aktiv cəlb olunması və onların ictimai vəkilliyi; 

-  Fermerlərin inkişaf etmiş Avropa ölkələrinə təcrübə proqramlarına göndərilməsi; 

-  KTK-ları  haqqında  Qanunun  tezləşdirilməsi  haqqında  dövlətə  tövsiyyələrin 

verilməsi; 

-  İndeksləşdirmə  (hüquqi  status  və  planlaşdırılma,  idarəetmə  strukturu  və 

hesabatlılıq sistemi, istehsal və keyfiyyət, bazar əlaqələri və biznes münasibətləri, 

işə qəbul və üzvülük strategiyası və s.). 



ARAŞDIRMANIN  NƏTİCƏLƏRİ 

 

 



"Uluçay" Sosial-İqtisadi İnnovasiya Mərkəzinin ölkə ərazisinin beş iqtisadi rayonları 

üzrə  611  fermerlər  arasında  apardığı  sorğular  nəticəsində  məlum  olmuşdur  ki, 

respondentlərin  Kənd  Təsərrüfatı  Kooperasiyalarının  yaranmasına  münasibəti  dörd 

əsas düşüncə tərzinə bölünür: 



1.  Kollektiv və sovet (kolxoz və sovxoz) təsərrüfatları sisteminin yenidən bərpası 

ideologiyasını prioritet kimi qəbul edənlər: 

Qeyr  edilən  prinsiplərlə  kənd  təsərrüfatının  idarə  edilməsinə  üstünlük 

verənlər əsasən yerli kənd əhalisinin orta və yaşlı təbəqəsidir. Postsovet məkanı 

dağıldıqda  insanlarda  əmlak  və  torpaq  mülkiyyətçilərinə  çevrilmək  eyforiyası 

yaranmışdı. Artıq hər bir kəndli əməklərindən yalnız özlərinin bəhrələnəcəyini, 

müstəqil  aqrar  siyasət  yürüdəcəyini,  şəxsi  ailə  balansının  olması  və  hər  hansı 

subyektdən  asılılığı  ortadan  qaldıracağını  düşünürdü.  Lakin  məxsus  olduqları 

əmlak  və  torpaqlardan  qeyri  -  konstruktiv  istifadə,  aqrotexniki  qaydalara  və  

təlimatlara  qeyri  –  proffesional  yanaşma,  sərf  edilmiş  uzun  müddətli  əməyin 

rentabellsiz  olmasına  gətirib  çıxardı  və  həmin  insanlarda  keçmiş  fəaliyyətlərlə 

bağlı nostalji hisslər yaranmağa başladı.  Bu qrupa aid olan insanlarda artıq qəti 

fikir  formalaşıb  ki,  kolxoz  və  sovxozlar  yenidən  bərpa  olunmalı,  inzibati  – 

idarəetmə  sistemi  yaradılmalı,  xüsusi 

mülkiyyətə 

əsaslanmamalı  və 

administrativ  qaydalar  formalaşdırılmaqla  idarəçilik  sistemi  tam  dövlətin 

nəzarətinə  verilməlidir.  Bunu  da  onunla  əsaslandırırlar  ki,  aqrar  sektorun 

idarəçiliyinin  dövlət  tərəfindən  həyata  keçirilməsi,  onları  maddi  və  mənəvi 

məsuliyyətlərdən azad etməklə yanaşı davamlı və stabil inkişafa aparacaqdır. Bu 

kateqoriyaya aid  olan  insanlar  düşünürlər  ki,  torpaqların  əkilməsi,  suvarılması, 

aqrotexniki  qulluğun  aparılması,  heyvandarlığın  inkişafı  və  s.  kənd  təsərrüfatı 

sahələri dövlətin nəzarəti və dotasiyaları hesabına inkişaf etdirilməlidir.  

 

2.  Yeni  Qanuna  ehtiyacın  olmadığını  qeyd  edənlər  (şəxsi  torpaqlarından 

istədikləri və bacardıqları kimi istifadə edənlər); 

Bu  kateqoriyaya  aid  edilən  insanlar  digərlərindən  fərqli  olaraq  müəyyən 

dərəcədə  daha  çox  torpaq  sahələrinə  malikdirlər.  Həmin  torpaq  sahələrini  də 



Yüklə 220,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə