Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Çəkilmiş dekorativ rəsmi fırça ilə tamamlayır”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   15   16   17   18   19   20   21   22   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Çəkilmiş dekorativ rəsmi fırça ilə tamamlayır” 

Fırça hansı sənət sahibinin əsas alətidir? 

Təbii fırçanın keyfiyyətli olmasını təyin etmə yolu necədir? 

Süni fırçaların çatışmayan cəhəti nədən ibarətdir? 

Hansı fırçalar daha qiymətli hesab olunur? 


24 
Təlim nəticəsi 4: Rənglənmiş səthin qurudulma texnologiyasını bilir və son cilalama işlərini yerinə 
yetirməyi bacarır 
4.1.1. Rəngləyici-qurutma kamerasının növlərini və xüsusiyyətlərini təsvir edir 

Rəngləyici – qurutma kamerası haqqında ümumi məlumat 
Bir neçə qat olaraq rənglənmiş avtomobillin qısa müddət ərzində təhlükəsiz 
və mükəmməl qurudulma işinin yerinə yetirilməsi üçün rəngləyici-qurudulma 
kameralarından istifadə olunması daha məqsədəuyğundur. Belə ki, rəngləyici 
qurudulma kameralarının texniki quruluşu imkan verir ki, avtomobili yerindən 
tərpətmədən rəngləmə və qurutma işi eyni kamerada icra olunsun. Belə olan halda, rənglənmiş 
avtomobilin səthinə havanın tərkibindəki toz dənəcikləri düşməmiş olacaqdır. Onu da qeyd etmək 
lazımdır ki, avtomobilin təmiri zamanı rənglənməyə hazırlıq işlərinin, soyuq havalarda təmizlənməsi 
çətin olduğundan belə kameralarda yerinə yetirilməsi düzgün deyildir. Rəngləyici – qurutma kameraları 
əsasən üç sistemlə təchiz olunur: 
1.
Qurutma sistemi. 
2.
Havalandırma sistemi. 
3.
İşıqlandırma sistemi. 
Qurutma sistemi – kamerada havanın hərarətini və rütubətini lazımi səviyyədə saxlamaq, 
nizamlamaq imkanlarına malik olduğundan boyanın quruması yüksək səviyyədə yerinə yetirilir. 
Havalandırma sistemi – avtomobilin rəngləmə prosesi zamanı kamerada havanın təmizlənməsini 
təmin edir, rəng buxarının və tozlanmasının yenidən səthə qonmasının qarşısını alır və rəngsazın 
zəhərlənmə ehtimalını azaldır. 
İşıqlandırma sistemi – avtomobili rəngləmə prosesi zamanı görməni yüksək səviyyədə təmin edir. 
Qeyd etmək lazımdır ki, rəngləyici – qurutma kamerasınında vaxtlı-vaxtında texniki qulluq işləri 
yerinə yetirilməli, hava süzgəcləri hər ay dəyişdirilməli və kamera təmiz saxlanılmalıdır. 
Şəkil. 4.1. Rəngləyici – qurutma kamerasının iş prinsipinin sxemi 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə