|
![](/i/favi32.png) Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi“Dekorativ rəngləmə materiallarını sadalayır”ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari“Dekorativ rəngləmə materiallarını sadalayır”
Dekorativ rəngləmə materialları digərlərindən nə ilə fərqlənir?
Dekorativ rəngləmə materiallarının içərisinə qatılan qatqılar hansı metal növlərini
xatırladır?
Hansı rəngdə olan avtomobillər daha cəlbedicidir?
Dekorativ rəngləri bütün avtomobil modellərinə tətbiq etmək olarmı?
3.2.1. Dekorativ rəngləmə üsulları və mərhələlərini sadalayır
Dekorativ rəngləmə prosesinin mahiyyəti və bunun tətbiq sahəsi
Müasir dekorativ rəngləmə materialları öz strukturuna, rənginə,
xüsusiyyətinə və üzləmə üsullarına görə böyük imkanlar verir. Bu üsulla rənglənən
avtomobillər xüsusi effektə malikdir. Dekorativ rəngləmə texnologiyası avtomobil
boyasının növündən asılıdır.
Ən geniş yayılmış dekorativ boya metallik boyadır. Metallik boyanın
tərkibindəki alüminium hissəcikləri ona işıqqaytarma effekti verir. Son zamanlarda geniş yayılmaqda
olan dekorativ rəngləmə materialı kimi termoboyadan istifadə olunur. Bu boya havanın
temperaturundan asılı olaraq öz rəngini dəyişmə imkanına malikdir. Bu rəngləmə üsulu çox sadədir və
adi fırça, boya mütəkkəsi və boya tapançası ilə çəkilir.
Dekorativ rəngləmə prosesinin üsul və mərhələləri
Termoboya ultrabənövşəyi şüalara çox həssasdır. Buna görə də boyanın üstündən lak (akril olsa
daha yaxşıdır) çəkilməsi lazımdır. Eləcə də, avtomobili uzun müddət günəş altında saxlamaq olmaz. Bu
üsul rəngləmənin əsas çatışmazlığı ondadır ki, boya qatının zədələnməsi və ya qopması bərpa və təmir
edilmir. Buna görə də bütün avtomobilin yenidən rənglənməsinə ehtiyac yaranır.
Digər dekorativ rənglənmə xüsusiyyətinə “xameleon” boya malikdir. Bu rəngləmə üsulu baxma
bucağından və işıqlandırmadan asılı olaraq öz rənginə malikdir (dəyişmə imkanı). Onun tərkibinə işıq
şüalarını əyən süni piqment daxildir. Dekorativ rəngləmənin kreativ üsullarından biri də kamuflyaj
rəngləmədir. Bu üsul çox sadədir, əl ilə və ya trafaretin köməyi ilə yerinə yetirilir.
3.2.2. Tələbələr üçün fəaliyyətlər
Təmir müəssisələrinə gedib dekorativ rəngləmə üsullarının video görüntülərini
hazırlayın.
3 ədəd ayrı-ayrılıqda lövhə hazırlayıb metallik, xameleon və adi boya ilə rənglənmiş
hissələr hazırlayın.
Avtomobili günəş altında saxlayıb günəşin səthə düşmə bucağından asılı olaraq
dekorativ boyanın görüntülərinin fotoşəkillərini hazırlayın.
3.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |
|
|