Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Quruduqdan sonra boyanmış səthi texnologiyaya əsaslanaraq laklayır”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Quruduqdan sonra boyanmış səthi texnologiyaya əsaslanaraq laklayır”  

Avtomobil laklama prosesinin mahiyyəti nədir? 

Avtomobilə lak neçə qat vurulur? 

Neçə növ lak materialı mövcuddur? 

Lak vurulduqdan sonra avtomobilin cilalama işi aparılmalıdırmı? 


19 
Təlim nəticəsi 3: Dekorativ rəngləmə üsullarını bilir və səth üzərində tətbiq etməyi bacarır 
3.1.1. Dekorativ rəngləmə materiallarını sadalayır 

Dekorativ rəngləmə materialları haqqında ümumi məlumat 
Müasir dekorativ rənglər avtomobillərə müxtəlif üstünlüklər vermək üçündür və 
özünəməxsus xüsusiyyətlərə, avtomobilə vurulma üsullarına malikdir. Belə rəngi sevən 
və seçən insanlar özünəməxsus individual xarakterlərə malik olurlar. Dekorativ rənglər 
avtomobilin görüntüsünə günəş şüalarının səthə düşmə bucaqlarından asılı olaraq 
müxtəlif çalarlar verir və ətrafda olan adamların diqqətini özünə cəlb edir. Ancaq 
dekorativ rənglər hər avtomobil modelinə estetik effekt vermədiyindən müəyyən modellərə tətbiq 
olunur. Dekorativ avtomobil rənglərinin içərisində ən geniş yayılmış “metallik” rəng hesab olunur. 

Dekorativ rəngləmə materiallarının xüsusiyyətləri 
Dekorativ rənglərin tərkibinə müvafiq qatqılar qatılır və hər birinin özünəməxsus xüsusiyyətləri 
var. “Metallik” rəngin içərisində az miqdarda alüminium tozu vardır ki, bu da günəş şüalarının altında 
özünəməxsus rəng çalarları yaradır.
Bu rəngdə olan avtomobilə baxdıqda onun tərkibində qurğuşun materiallarının olması 
təsəvvürünü yaradır. “Metallik” rəngli avtomobillərin digərlərindən üstün cəhətlərindən bir neçəsini də 
qeyd etmək olar: 
1.
Avtomobil cəlbedici və bahalı görünür. 
2.
Avtomobilə baxdıqda avtomobilin qızıldan, gümüşdən, alüminiumdan, poladdan və s. 
hazırlanması təsəvvürü yaranır. 
3.
Avtomobilin möhkəm olması təsəvvürü yaranır. 
Eyni zamanda, bu kimi dekorativ rənglər avtomobili ətraf mühitin təsirlərindən, korroziyadan 
yüksək dərəcədə qorumaq xüsusiyyətlərinə malikdir. 
Şəkil 3.1. Dekorativ rəngli avtomobillərdən görüntülər 
3.1.2. Tələbələr üçün fəaliyyətlər 

Əlavə mənbələrdən dekorativ rəngləmə materiallarının növlərini araşdırıb təqdimat 
hazırlayın. 

Dekorativ rənglənmiş avtomobillərin fotoşəkillərini hazırlayın və müqayisəli formada 
təqdim edin. 

Təmir müəssisələrinə gedərək 2 ədəd kiçik lövhəni müxtəlif dekorativ rənglərlə 
rəngləyib cilalama işini aparın. 


20 
3.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə