Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Yüksəktəzyiqli boya tapançası Aşağı təzyiqli boya tapançası



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

Yüksəktəzyiqli boya tapançası Aşağı təzyiqli boya tapançası

Şəkil 2.2. Boya püskürən tapança ilə səth arasında düzgün seçilmiş məsafə 


14 
Məsafənin düzgün seçilməməsi boya axıntılarına səbəb olur. Boya püskürən tapançanın səth 
üzərindəki hərəkət sürəti saniyədə 40-50 sm olmalıdır. 

Səthi rəngləmə zamanı qurğulardan istifadə edərkən təhlükəsizlik qaydaları 
1.
Rəngləmədən əvvəl avtomobilin akkumulyator batareyasının sistemdən ayrılmasına əmin olmalı. 
2.
Rəngləmə otağında olan kənar şəxsləri otaqdan çıxarmalı. 
3.
Boya püskürən tapança ilə hava kompressoru arasında birləşdirici pnevmo-rezin borularının 
sazlığına və birləşmə yerlərinin möhkəmliyinə əmin olmalı. 
4.
Pnevmo-boruları sistemdən ayıran zaman içində havanın olmamasından əmin olmalı. 
5.
Rəngləmə otağında püskürmədən yaranan boya tozlanmasının azaldılması üçün boya püskürən 
tapançanı səthə perpendikulyar və səthdən 350 mm məsafədən artıq olmamaq şərtilə əldə 
saxlamalı. 
6.
“Nitro” boyalardan istifadə zamanı daha diqqətli olmalı (partlayıcı xarakterli). 
7.
Avtobusların və yarım qoşquların rənglənməsi zamanı qapıları açıq saxlamalı. 
8.
Hündür yerlərin rənglənməsi zamanı istifadə olunan xüsusi arabalı pilləkənlərə çıxarkən əldə boya 
tapançası və başqa boya qabları tutmamalı. 
2.1.2. Tələbələr üçün fəaliyyətlər 

Qruplara bölünərək təhlükəsizlik texnikası üzrə nəzarətçi və rəngsaz arasında səthi 
rəngləmə zamanı qurğulardan istifadə edərkən təhlükəsizlik qaydalarına dair rol oyunu 
hazırlayın. 

Fərdi şəkildə iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi təqdirdə hansı 
fəsadların olacağı barədə təqdimat hazırlayın.

Təmir müəssisələrinə gedib boya püskürən tapançanın əldə saxlama texnikasına aid 
video görüntü hazırlayın. 

Qruplara bölünərək dünya üzrə təhlükəsizlik standartlarını araşdırıb sinifdə təqdimat 
edin.
2.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə