Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Rəng standartları haqqında ümumi məlumat



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

 

Rəng standartları haqqında ümumi məlumat 
Standart - rəngin hazırlanması zamanı qaydalar, normalar, istifadə 
təhlükəsizliyi və istifadə rahatlığı, keyfiyyəti, saxlama rahatlığı və təhlükəsizliyi və s. 
barədə təsdiq edilmiş sənəddir.
Boya qablarının üzərində boyanın xüsusiyyətlərini özündə əks etdirən şifrə 
qeyd olunur. Bu şifrə vasitəsi ilə boyanın hansı məqsəd üçün nəzərdə tutulduğu müəyyən olunur. 
Şifrənin birinci qrupu boyanın adını, ikinci qrupu isə kimyəvi tərkibini bildirir. Məsələn, PF-115. Burada 
PF- boyanın pentaftal tərkibli olduğunu, birinci rəqəm (1) - boyanın fasad üçün nəzərdə tutulduğunu, 
sonrakı iki rəqəm (15)isə boyanın kataloq nömrəsini bildirir. 
Lak - rəng materialları (LRM): 
Ay - alkidüretan boya; YP - yarımüretan; EP - eboksid boya; PL - yarım efir boya və s. 
Hərflərdən sonra rəqəmlərin mənası:
0-qrunt boya; 00 - mala; 1 - atmosferə dözümlü; 2 - atmosferə dözümsüz; 4 - suya davamlı; 5 - xüsusi 
təyinatlı; 6 - benzin və yağa davamlı; 7 - kimyəvi maddələrə qarşı dözümlü; 8 - istiliyə dözümlü; 9 -
boyanın elektroizolyasiya xarakterli olduğunu bildirir.

Standartlara əsasən tələb olunan rəngin hazırlama işinin xüsusiyyətləri 
Avtomobilin rənginə uyğun rəng hazırlamağın bir neçə üsulu mövcuddur. Bu üsulların hər birinin 
özünəməxsus çətinlikləri var. Bir çox insanlar rəng fərqinin gözlə baxaraq müəyyən olunmasına 
üstünlük verirlər. Ancaq rəngin seçilməsi işində yaxşı olar ki, VİN-koddan və ya xüsusi texnikadan istifadə 
olunsun. Müasir dövrdə rəngin seçilməsi işi xüsusi kompyuter proqramları əsasında yerinə yetirilir. 
Qeyd olunan üsullardan asılı olmayaraq, rəngin düzgün seçilməsi boya tam quruduqdan sonra 
müqayisə olunaraq müəyyən olunur. Ona görə də əvvəlcə boyanacaq detalın kiçik bir hissəsini rəngləyib 
rəngin uyğunluğu yoxlanılır, sonra bütöv avtomobil və ya hissə rənglənilir.
Rəngin uyğunluğunu yoxlamaq üçün “spektrofotometr” cihazından istifadə olunsa belə əvvəlcə 
kiçik bir hissənin rənglənməsi və müqayisə olunması düzgündür. 
Avtomobilin VİN-kodunun açıqlanması: 
1HGBH41JXMN109186 – VİN kod 
1- İstehsalçı dövlətin kodu
HG - İstehsal müəssisəsinin adı, 
BH41J- Avtomobilin modeli, banın tipi, mühərrik və şassinin spesifikasiyası,
X - yoxlanış rəqəmi, 
M - modelin buraxılış ili, 
N - Avtomobilin yığıldığı zavod, 
109186 - Nəqliyyat vasitəsinin seriya nömrəsi. 
Avtomobilin rənginin seçilməsi. Kompyuter vasitəsi ilə qeyd olunan VİN-kodu proqrama daxil 
etdikdə istehsalçı zavodun saytında rəngin kodu müəyyən olunur. Həmin koda əsasən boya satışını 
həyata keçirən müəssisələrdə rəng seçimi darağına uyğun rəng hazırlanır.
Şəkil 1.6. Rəng seçimi darağı 


12 
1.5.2. Tələbələr üçün fəaliyyətlər 

Müxtəlif mənbələrdən araşdırıb rəng standartları haqqında təqdimat hazırlayın. 

Rəngin hazırlanmasında istifadə olunan alətlərin fotoşəkillərini hazırlayın. 

Sevdiyiniz avtomobil modelinə əsasən qruplara bölünün və hər qrup sevdiyi avtomobil 
modelinin rəng kodunu araşdırıb təqdim etsin. 
1.5.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə