Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Standartlara əsasən tələb olunan rəngi hazırlayır”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Standartlara əsasən tələb olunan rəngi hazırlayır” 

Rəng standartı dedikdə nə başa düşürsünüz? 

4 rəqəmi hansı ölkənin kodudur? 

Boya qutusunun üzərində qeyd olunan rəng kodunda tire işarəsindən sonrakı rəqəm 
nəyi bildirir? 

“Spektrofotometr” nə üçündür? 

Hal-hazırda rəng hazırlamağın hansı üsulları mövcuddur? 


13 
Təlim nəticəsi 2: Rəngləmə prosesini və ona uyğun tamamlama işlərini həyata keçirməyi bacarır 
2.1.1. Səthin rəngləməsi zamanı qurğulardan istifadə edərkən təhlükəsizlik qaydalarını təsvir 
edir 

Rəngləmə işi haqqında ümumi məlumat 
Avtomobilin rənglənməsi işi - bir çox texnoloji mərhələləri özündə birləşdirən 
çətin və təhlükəli iş prosesidir. Effektli, möhkəm, keyfiyyətli nəticəyə nail olmaq üçün 
texnoloji proseslərə, texnoloji normativlərə və iş ardıcıllıqlarına ciddi riayət 
olunmalıdır. Rəngləmə dedikdə yalnız boyanın səthə vurulması deyil, bu işə qədər 
görülən hazırlıq prosesləri də başa düşülməlidir. Boyanın səthə vurulması bu proseslərin yalnız bir 
mərhələsidir. Bu günümüzdə hələ elə bir universal rəngləmə materialı yoxdur ki, səthə vurulan malanı, 
qrunt boyan və son hamarlamada lak-rəng boyanı əvəz etsin. Təmir müəssisələrində görülən bu işlər 
istehsalçı zavodun gördüyü işlərlə müqayisəli aparılır və uyğunlaşdırılır ki, müştəri işin nəticəsindən razı 
qalsın. Bu səbəbdən rəngləmə müəssisələrində istifadə olunan aqreqatlar, alətlər, qurğular və 
materiallar zavod şəraitinə uyğun olmalıdır.

Səthi rəngləmə zamanı qurğulardan istifadə etmə üsulları 
Yüksək nəticə əldə etmək üçün boya püskürən tapança əldə elə tutulmalıdır ki, püskürülən toz 
şüaları səthə perpendikulyar yönəlsin. Əks halda boya səthin bəzi hissələrinə qalın, bəzi hissələrinə isə 
nazik yayılacaqdır. 
Şəkil 2.1. Boya tapançasının əldə saxlanılma qaydası 
Boya püskürən tapança ilə səth arasında olan məsafə tapançanın markasından asılıdır. Bu məsafə 
yüksəktəzyiqli tapançalardan istifadə zamanı 20-25 sm, HVLP markalı tapançalardan istifadə zamanı 10-
15 sm, LVLP/RP markalı tapançalardan istifadə zamanı15-20 sm nəzərdə tutulur.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə