“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
4
Hesabat tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun
ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil
olduğu işçi qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından
ibarətdir, eyni zamanda aşağıda imza atan QHT təmsilçilərinin, hüquqşünasların
ə vəkillərin vahid mövqeyini əks etdirən sənəddir (imzalanma ardıcıllığı ilə
v
verilir):
1. Sülh və Demokratiya İnstitutu ‐ Leyla Yunus
2. Rəsul Cəfərov, hüquq müdafiəçisi
3. Demokratik Təşəbbüslər İnstitutu / Institute for Democratic Initiatives(IDI), Akif Qurbanov
4. Naxçıvan Demokratiya və QHT‐lərin İnkişaf Resurs Mərkəzi ‐ Məlahət Nəsibova
5. Azərbaycan Miqrasiya Mərkəzi, Əlövsət Əliyev, hüquqşünas,
6. Xalid Bağırov, vəkil
7. Siyasi Azadlıqları Müdafiə Alyansı, Şahvələd Çobanoğlu
8. Erkin Qədirli, hüquqşünas
9. Yalçın İmanov, vəkil
10. Bölgələrdə İnsan Hüquqlarının Monitorinqi İctimai Birliyi, Elman Abbasov
11. Əlayif Həsənov, vəkil
12. Günay İsmayılova, hüquqşünas
13. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Samir Kazımlı
14. Fariz Namazlı, vəkil
15. Siyasi Məhbuslarsız Azərbaycan İctimai Birliyi, Elşən Həsənov
16. Demokratiya və Medianın İnkişafına Dəstək İctimai Birliyi, Aynur İmranova
17. Leyla Mədətli, hüquqşünas.
18. Əsabəli Mustafayev, vəkil
19. Ənnağı Hacıbəyli, hüquqşünas
20. Cavad Cavadov, vəkil
21. Şəhla İsmayıl, hüquq müdafiəçisi
22. Samirə Ağayeva, hüquqşünas
23. Gülnarə Axundova hüquq müdafiəçisi
24. Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq hüquq Təşkilatı, Mətləb Mütəllimli.
25. Regional İnsan Hüquqları və Maarifləndirmə İB, Lətafət Məlikova
26. Helsinki Vətəndaş Assambleyası Azərbaycan bölümü, Arzu Abdullayeva
27. Nemət Kərimli, vəkil
28. Fuad Ağayev, vəkil
QEYD: Yeni siyasi məhbuslar olduqda onların da işi öyrənilərək bu siyahıya
əlavə ediləcək.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
5
A.
Jurnalistlər və bloggerlər
1
.
Əbilov Əbdül Əbdülmanaf oğlu
Saxlanma
2013‐cü il
tarixi:
22 noyabr
İttiham:
CM‐nin 234.4.3‐cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud
qanunsuz olaraq narkoti
itə
a
də
törədildikd
d
k vas ləri və y psixotrop mad ləri satma,
külli miqdarda
ə) ma dəsi
Saxlandığı yer:
Bak
a
ı İstint q Təcridxanası (Kürdəxanı
Təcridxanası)
İş üzrə qısa arayış:
31 yaşlı cənab Əbilov həbsindən əvvəl
Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı artan
“Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər sosial
şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub. Cənab Əbilov 9
oktyabr 2013‐cü il tarixdə keçirilən Prezident seçkilərindən sonra
Facebook‐da seçki saxtakarlıqları ilə bağlı səhifə də yaradıb və onu həbs edilənə qədər idarə
edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video materiallar, o cümlədən digər
sənədlər geniş şəkildə yayılmışdır. Noyabrın 22‐də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən sosial şəbəkə fəalı bu
idarəyə aparılıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra,
yəni noyabrın 23‐də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o bu qərardan sonra
istintaq təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz
əhkə
olaraq noyabrın 27‐ə kimi burada saxlanılıb. Bakı Apellyasiya M
məsinin hakimi Həsən
Əhmədov noyabrın 29‐da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlayıb.
Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə ‐ 4 qram heroinin tapıldığı
iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə edilir) və evdə
axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova məxsus noutbuku
götürüblər. Bir neçə saat sonra isə Facebook‐da cənab Əbilovun admini olduğu “Yaltaqlara Dur
Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün onun evdə olan qaynı Ramil Əhədov da polis
idarəsinə aparılıb. İdarədə ondan Facebook‐da olub‐olmadığını soruşublar, lakin sonradan heç
bir izahat almadan sərbəst buraxıblar.
Noyabrın 29‐da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona açıq şəkildə
Facebook‐dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə qandallanaraq polis tərəfindən
evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə çox adamın olduğunu görüb narkotik
maddəni evə yox, evdə otaqlardan birində asılan gödəkçədən tapıldığını iddia edərək
sənədləşdirdiklərini, polis idarəsində psixoloji təzyiqlərə məruz qaldığını, döyüldüyünü və
bununla da öz əleyhinə etirafedici ifadələr verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun
ğunu, cənab Əbilovun heç bir mötəbər sübut
yaxınları və vəkili Elçin Sadıqov da işin siyasi oldu
olmadan həbs edildiyini bildiriblər.
Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014‐cü il tarixli qərarı ilə 5 il 6 ay
müddətinə azadlıqdan məhrum edilmişdir.