“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
Fransada yaşayan və siyasi sığınacaq alan MTN‐nin keçmiş əməkdaşı Ramin Nağıyev 2010‐2011‐
ci illərdə mətbuata verdiyi açıqlamalarında və yazılarında, XTPD‐çilərin ittiham edildiyi qətllərin
onlar tərəfindən deyil, 2005‐ci ildə həbs edilmiş DİN‐nin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş
əməliyyat müvəkkili
Hacı Məmmədov və onun dəstəsi tərəfindən törədildiyini bəyan etmişdir.
Cənab Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı istintaq qrupunun
üzvlərindən biri olub və 1995‐ci ildə heç bir səbəb göstərilmədən istintaqdan
kənarlaşdırılmışdı
74
əyin etməsi ilə bağlı təşəbbüsünü t
36
. Cənab Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib edilməmişdir.
Ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilməzdi
10.02.1998-ci il tarixdə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar
Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər
və əlavələr edilməsi haqqında Milli Məclis tərəfindən Qanun qəbul edilmişdir. Bu Qanunun 4-cü
bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş
şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Faktiki olaraq ölüm cəzası
həmin dövr üçün heç bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə əvəz edildi.
1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 147-ci
maddəsinə əsasən
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək
hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə
malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik
sisteminin əsasıdır. Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi
şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə
şamil edilmir. XTPD-çilərin məhkum olunduqları Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən ölüm
cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə, azadlıqdan məhrumetmə 15
ildən çox müddətə, lakin 20 ildən çox olmayaraq təyin edilə bilərdi.
Göründüyü kimi, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi XTPD-
çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş alternativ cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini
ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət
Məcəlləsində ölüm cəzası hər-hansı bir formada ləğv edildikdə (bağışlandıqda, əfv edildikdə) həmin
cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilərdi.
Deməli, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət
Məcəlləsində ölüm cəzasının alternativi cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan
məhrumetmə cəzası olmuşdur. Yəni 1998-ci ildə ölüm cəzası maksimum 20 il müddətinə azadlıqdan
məhrumetmə cəzası ilə dəyişdirilməli idi.
Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, Milli Məclis 10 fevral 1998-ci il tarixli
qanunla ölüm cəzasına məhkum olunan şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə
əvəz edə bilməzdi. Çünki 10 fevral 1998-ci il tarixli qanun XTPD-çilərin məhkum olunduqları
Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində
nəzərdə tutulanlara əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb.
Bundan başqa XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edən 10
fevral 1998-ci il tarixli qanun yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə 01 sentyabr 2000-ci
ildən qüvvədən düşüb. Hazırda XTPD-çilərin ölüm cəzalarının ömürlük azadlıqdan məhrum etmə
cəzası ilə əvəz olunması barədə qanun qüvvədən düşdüyündən onların ömürlük azadlıqdan
məhrumetmə cəzalarının çəkməyə məcbur edilməsi qanunsuzdur. Çünki 10 fevral 1998-ci il tarixli
qanununun özü artıq qüvvədən düşmüşdür.
Avropa Şurası bu 3 şəxsi artıq siyasi məhbus hesab edir
Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) üzvü olduqdan bir neçə
gün sonra, yəni yanvarın 31-də AŞ Nazirlər Komitəsinin Baş Katib Valter Şvimmerin Azərbaycanda
siyasi məhbus olduğu ehtimal edilən 716 nəfərlik siyahının araşdırılması üçün 3 müstəqil ekspertin
t
əsdiqlədi və 2001-ci ilin fevralında Baş Katib bu ekspertləri təyin
36
http://bit.ly/1f0C3kt
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
75
ışdır.
etdi. Ekspertlər 2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla
bağlı araşdırmalarının nəticələrini əks etdirən hesabat hazırlayaraq yaydılar. Bu hesabatın 19-cu
bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi 23 şəxsin siyahısı (vaxt
məhdudiyyəti və zəruri informasiyalar olmadığından yalnız bu qədər iş araşdırılmışdı) verilmişdir ki,
cənab Əmiraslanov və cənab Kazımov burada yer almış və onlar siyasi məhbus hesab edilmişlər
37
.
Avropa Şurasının Parlament Assambleyası 2002-ci il yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar”
adlanan 1272 saylı Qətnamə qəbul edib və həmin Qətnamənin 10-cu bəndində AŞ PA Azərbaycan
hakimiyyətini digər siyasi məhbuslar kimi cənab Əmiraslanov və cənab Kazımovu azad etməyə
çağırmışdır
38
.
Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə hazırladıqları
rəydə cənab Poladovun da siyasi məhbus olduğu qənaətinə gəlmişlər
39
. AŞ PA 27 yanvar 2004-cü ildə
“Azərbaycanda siyasi məhbuslar” adlanan 1359 saylı Qətnamə qəbul etmiş və bu sənəddə müstəqil
ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasına çağırış yer
almışdır
40
. AŞ PA 31 may 2005-ci ildə 1359 saylı Qətnamənin davamı olaraq hesabat qəbul etmişdir
və bu sənədin 26-cı bəndində müstəqil ekspertlərin müəyyən etdiyi 3 siyasi məhbus – cənab
Əmiraslanov, cənab Kazımov və cənab Poladovun hələ də həbsdə qaldığı vurğulanmış və bundan
narahatlıq ifadə edilmişdir
41
. AŞ PA-nın sonrakı illərdəki sənədlərində də hər 3 şəxsin siyasi məhbus
olduğu vurğulanm
Müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbus hesab edilməyən şəxslərin böyük hissəsi müxtəlif
illərdə azadlığa buraxılmış, ömürlük azadlıqdan məhrum edilmiş digər XTPD-çi Dəyanət Kərimovun
və keçmiş Baş nazir Sürət Hüseynovun dayısı oğlu Kəramət Kərimovun bu cəzaları əfv fərmanı ilə 25
il müddətinə azadlıqdan məhrum edilmə ilə əvəzlənsə də, bu münasibət cənab Əmiraslanova, cənab
Kazımova və cənab Poladova göstərilməyib.
Hər üç məhbus Avropa Məhkəməsinə müraciət ediblər, səhhətlərində ciddi problemləri var, cənab
Əmiraslanov epilepsiya xəstəliyindən əziyyət çəkir, bir dəfə əməliyyat olunub, cənab Kazımov və
Poladov da müvafiq olaraq baş və bel nahiyələrindən əməliyyat olunublar.
8
7.
Əmiraslanov Elçin Səməd oğlu
Saxlanma
6‐cı il
tarixi:
10 dekabr 199
İttiham:
1960‐cı il CM‐nin 57 (vətənə xəyanət); 57‐1‐ci maddənin 2‐ci hissəsi (Azərbaycan
Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və ya konstitusiyalı dövlət orqanlarına
qarşı istifadə etmə, ağır nəticələrə səbəb olduqda); 15 (
cinayətə hazırlıq və cinayətə sui‐qəsd), 59‐
cu maddəsinin 1‐ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət
nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 17 (
iştirakçılıq), 59‐cu maddəsinin 1‐ci hissəsi (
dövlət
xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15
(cinayətə hazırlıq və cinayətə sui‐qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya ictimai xadimini
yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə,
idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı‐ayrı
şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların
etdikləri basqınlarda iştirak etmə); 70‐2‐ci maddənin 1‐ci hissəsi (qanunvericilikdə nəzərdə
ə ya qruplar yaratma, eləcə də onların yaradılmasında və
tutulmayan silahlı birləşmələr v
37
http://bit.ly/1hEhLL3
38
http://bit.ly/1h3hjoL
39
http://bit.ly/P93b7e
40
http://bit.ly/1dUqbwR
41
http://bit.ly/1gJUxIg