“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
76
fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə,
yaxud əsgəri ləvazimatla təchiz etmə); 70‐2‐ci maddənin 3‐cü hissəsi (
adamların həlak olmasına
və ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı‐ayrı
şəxslərə basqın etmə); 71 (
qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc
yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə
istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir
dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz
olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü
təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 15
(cinayətə hazırlıq və cinayətə sui‐qəsd), 17 (iştirakçılıq), 94‐cü maddənin 3‐cü bəndi (zərər çəkmiş
şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə); 95 (Bu Məcəllənin
94‐cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər (tamah, xuliqanlıq, zərər çəkmiş şəxsi öz qulluq
və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə, iki və ya bir neçə şəxsi öldürmə,
müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə, xüsusi amansızlıqla və ya bir
çox şəxsin həyatı üçün təhlükəli olan üsulla adamöldürmə, başqa cinayəti gizlətmə və ya onun
edilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlamaqla əlaqədar adamöldürmə, xüsusi təhlükəli
residivist tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs tərəfindən adamöldürmə)
olmadan qəsdən adamöldürmə); 120‐ci maddənin 2‐ci hissəsi (zərər çəkən şəxsin həyatı və ya
səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan məhrumetmə); 145‐ci
maddənin 2‐ci hissəsinin 1, 2, 5 və 6‐cı bəndləri (qabaqcadan əlbir olan bir dəstə şəxs tərəfindən,
silah və ya silah kimi istifadə olunan digər predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai
əmlaka və ya vətəndaşların şəxsi əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud
banditizm etmiş şəxs tərəfindən edilən,
zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni
vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya
səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın);
146 (hədə‐qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti
üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf
etmə hədəsi ilə vətəndaşların şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri
daşıyan hər hansı hərəkətlər etməsini tələb etmə); 194‐cü maddənin 1‐ci hissəsi (
hüquq verən və
ya vəzifələrdən azad edən rəsmi sənədləri hazırlama, saxtalaşdırma, satma və ya saxtalaşdırılmış
sənədlərdən bilə‐bilə istifadə etmə, habelə saxta sənədlər tərtib etmə məqsədilə dövlət
müəssisələrinin, idarələrinin, təşkilatlarının və ya ictimai müəssisələrin, idarələrin, təşkilatların
saxta ştamplarını, möhürlərini və ya blanklarını hazırlama, satma və ya əldə etmə), 207‐ci
maddənin 2‐ci hissəsi (qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq
və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq
vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən
başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə
məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 207‐ci maddənin 3‐cü hissəsi (
odlu silah,
yaxud bıçaq, beşbarmaq və ya digər soyuq silah, habelə bədənə xəsarət yetirmək üçün xüsusi
düzəldilmiş başqa şeylər işlətmə və ya işlətməyə cəhd göstərmə ilə törədilən xuliqanlıq
);
220‐ci
maddəsinin 1‐ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa),
döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 220‐
ci maddəsinin 2‐ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, fin
bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220‐1‐ci
maddəsinin 3‐cü hissəsi (odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya
partlayıcı maddələr
ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən
oğurlanması)
in quldurcasına basqın yolu
Saxlandığı yer:
Qobustan Qapalı Həbsxanası