“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
72
Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir. Hacıyev haqqında 14 apreldə
seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb və o, Milli Təhlükəsizlik
azirliyinin Təcridxanasında saxlanılır.
N
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
73
F. Ömürlüklər
a.
Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi
Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1987‐ci ildə Rövşən Cavadov və qardaşı Mahir Cavadov
tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988‐ci ildən Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində başlanan separatçı hadisələr və nəticədə 90‐cı illərin əvvəllərində Sovet
İttifaqının dağılması nəticəsində müstəqillik qazanmış Azərbaycan və Ermənistan arasında
başlayan müharibəyə görə Rövşən Cavadov Təkamül Partiyasının hərbi birləşməyə çevrilməsi
barədə təlimat vermişdir. Münaqişə zamanı ilkin döyüşlərdən sonra cənab Cavadov polkovnik
rütbəsi almış və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD adını almışdır. 1991‐ci ildə
müharibədə göstərdikləri qəhrəmanlığa görə bir sıra XTPD‐çilər Milli Qəhrəman adı almışlar.
Cənab Cavadov 1993‐cü ildə hakimiyyətə gəlməsində misilsiz rol oynamış keçmiş prezident
Heydər Əliyev (hazırkı Prezident İlham Əliyevin atası) tərəfindən daxili işlər nazirinin müavini
təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır. Siyahıda adı olan Elçin Əmiraslanov
XTPD‐nin Qazax bölməsinin komandiri təyin edilib. Bununla belə, bir müddətdən sonra cənab
Cavadovla cənab Heydər Əliyev arasında ciddi fikir ayrılıqları yaranmış və bu getdikcə
dərinləşməyə başlamışdır. 1995‐ci ilin yanvarında Elçin Əmiraslanov və Qazax XTPD‐çiləri
rayonun Şıxlı kəndindən Ermənistan ərazisinə neft keçirilməsinin qarşısını almış, 22
sisterni
Qazax rayon Polis Şöbəsinə təhvil vermiş və bununla bağlı cənab Əmiraslanov dövlət
televiziyasında çıxış edərək neft keçirmək istəyən şəxslərin tutulmamasına görə tənqidi fikirlər
səsləndirmişdir. Məhz bundan sonra XTPD‐çilərlə Heydər Əliyev arasında ziddiyyətlər açıq
mübarizə xəttinə keçmişdir, 1995‐ci il matın 13‐də XTPD‐nin Qazax bölməsinə hücum olmuş və
qanlı döyüş baş vermişdir. Martın 14‐də daxili işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni
daşıyır) XTPD‐nin buraxılması və 3 gün ərzində silahların təhvil verilməsi barədə əmr
imzalamışdır. Bununla belə martın 16‐dan 17‐ə keçən gecə XTPD‐nin Bakıdakı qərargahı
ətrafında XTPD‐çilərlə daxili qoşunlar arasında silahlı toqquşma baş vermiş, nəticədə XTPD‐nin
rəisi cənab Cavadov aldığı yaralar nəticəsində Daxili İşlər Nazirliyinin hospitalında dünyasını
dəyişmişdir.
Bundan sonra ölkə boyu XTPD üzvlərinin həbsi həyata keçirilmişdir. Həbs edilən və sonradan
azadlıqdan məhrum edilən çoxsaylı XTPD‐çilərə qarşı qiyam ittihamı ilə yanaşı müxtəlif illərdə
törədilmiş səs‐küylü qətllərin törədilməsi ittihamları da irəli sürülmüşdür. Azadlıqdan məhrum
edilmiş XTPD‐çilər ya həbsxanalarda dünyalarını dəyişmiş, ya da sonrakı illərdə siyasi və ya
ehtimal edilən siyasi məhbuslar qismində bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar.
onuncu dəfə əfv fərmanı ilə XTPD üzvü olmuş Şəmsi Abdullayev 2012‐ci ilin dekabrında
S
azadlığa buraxılmışdır. Bununla belə, bir neçə XTPD‐çi hələ də həbsdə saxlanılırlar.
Məhbusların üzərinə qoyulmuş əsas ittihama əsasən, Elçin Əmiraslanovun tapşırığı ilə Səfa
Poladov və Arif Kazımov Qazax rayonunda yerləşən “Akasiya” restoranında Qazax rayon Polis
Şöbəsinin rəisini və Qazax‐Ağstafa rayonları üzrə MTN idarəsinin rəisini öldürmüşlər. Hər 3
məhbus vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilsələr də, bu
ittihamın mahiyyəti nə istintaq tərəfindən, nə də məhkəmə tərəfindən sübut edilməmişdir. Daha
sonra cənab Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini
Afiyəddin Cəlilovun qətlində iştirakçılıqda da ittiham edilmişdir.
Məhkəmə iclaslarında Qazax rayonunda baş vermiş hadisə ilə bağlı ittiham sübuta yetməmiş,
vəfat etmiş şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və tələblərinin olmadığını və
bu şəxslərin onların yaxın qohumlarını öldürmədiklərini, vəfat etmiş şəxslərin Ermənistana neft
keçirilməsi ilə bağlı istintaqla əlaqədar öldürüldüklərini bildirmişlər.
Bununla belə, cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladov Azərbaycan Respublikası Ali
Məhkəməsinin 28 noyabr 1997‐ci il tarixli qərarı ilə Azərbaycan SSR‐nin 08 dekabr 1960‐cı il
tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edildilər.
Ərizəçilər məhkum edilən vaxt onların hökmündən apellyasiya şikayətinin verilməsi qanunla
nəzərdə tutulmurdu. Bundan əlavə, cənab Əmiraslanov Ali Məhkəmənin 22 sentyabr 2000‐ci il
tarixli qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş, bununla belə həmin qərara
əsasən onun əvvəlki ömürlük azadlıqdan məhrumetmə cəzası (ölüm cəzası bu cəza ilə əvəz
edilmişdi) saxlanılmışdır.