“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
8
4
.
Həşimli Pərviz Kamran oğlu
Saxlanm
abr 2013‐cü il
a tarixi:
17 senty
İttiham:
CM‐nin 206.3.2‐ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1‐ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu
silah, onun komplekt hissə
və
rs
ə, sax
ləri
lərini döyüş su atını əldə etm
lama,
daşıma) maddə
Saxlandığı yer:
Bakı İstintaq Təcridxanası (Kürdəxanı
Təcridxanası)
İş üzrə qısa arayış:
“Bizim yol” qəzetinin əməkdaşı və
www.moderator.az
xəbər saytının, o
cümlədən hüquq müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri
olan cənab Həşimli sentyabrın 17‐i axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN)
əməkdaşları tərəfindən saxlanılıb, onun evində və əməkdaşı olduğu “Bizim yol” qəzetinin
redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və digər əşyaları müsadirə
edilib. MTN jurnalistin evində axtarış zamanı silah‐sursatın tapıldığını bildirib. Yayılan rəsmi
məlumatda o da bildirilib ki, cənab Həşimli digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla
birlikdə qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və
a
döyüş surs tını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana
keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar.
Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18‐də Səbail rayon
Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəməyə nümayişkaranə
tərzdə ‐ başına torba salınmış vəziyyətdə gətirilib. Bu məhkəmə zamanı cənab Həşimli
saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını, MTN‐də işgəncə veriləcəyi ilə
hədələndiyini bildirib. Jurnalistin həbs edildiyi gün onun evində axtarışı MTN‐nin çoxsaylı
əməkdaşı aparıb, evdə cənab Həşimlinin hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına
baxmayaraq, MTN əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış
haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə pəncərədən
içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin içində işlək vəziyyətdə
təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu kameralar sındırılıb. Axtarış
zamanı jurnalistin həyat yoldaşı qonşularının, o cümlədən artıq mənzilin yaxınlığına gələn
jurnalistlərin evə dəvət olunmasına çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən
və evin qapıları dərhal açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini
gözləyən jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah‐sursatın atıldığını bildirib.
Jurnalist onun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması və verilən şikayətlər
zamanı keçirilən bütün məhkəmə proseslərində MTN‐nin İstintaq Təcridxanasında tək kamerada
saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu, prinsipial mövqeyi olan vəkildən imtina
etməsi üçün ərizə yazdırmaq istədiklərini, gecə otaqda işığın söndürülmədiyini bildirmişdir.
Bununla belə, Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan
jurnalistin bütün bu şikayətlərinə həm məhkəmə tərəfindən, həm də jurnalistin və onun
yaxınlarının müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır
6
.
ır C
t
ə
fevralında göndərilmişdir və
Novruz Kərimov təyin edilib.
Cənab Həşimlinin işi Bakı Ağ
inayə lər Məhk məsinə 2014‐cü ilin
bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN‐nin müstəntiqi olmuş
ənab Həşimli bu hakimin 15 may 2014‐cü il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan
əhrumetmə cəzasına məhkum edilmişdir.
C
m
6
http://bit.ly/1jDfTch
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
9
5
.
Quliyev Araz Faiq oğlu
Saxlanm
ntyabr 2012‐ci il
a tarixi:
9 se
İttiham:
CM‐nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün
döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233
(ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və
ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (
milli, irqi, sosial və ya
dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı
olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya
üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya
vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (
hakimiyyət nümayəndəsinə qarşı
müqavimət göstərm
ü (Azərbaycan Respublikasının Dövlət bayrağı
və ya Azərbaycan Re
ə və ya zor tətbiq etmə) və 324‐c
spublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer:
14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Cənab Quliyev Masallıda yerləşən
www.xeber44.com
internet qəzetin
baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din sahəsində apardığı
siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial problemlərə həsr edilirdi. Bu
saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə
aparılıb, ona fəaliyyətinin dayandırmalı olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq
yerli icra hakimiyyəti tərəfindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012‐ci il
sentyabrın 6‐da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz
oğlu polis və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon
Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə saat 03.00
radələrində sərbəst buraxılıblar.
Sentyabrın 8‐də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim
oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş
diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün
təşkilatçıları axtarmağa başlayıblar. Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən
uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov
diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis
maşını onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət
etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25‐30 nəfərlik mülki geyimli dəstə
əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn
polislər hər iki şəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət
maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni
sentyabrın 20‐də onun evində axtarış aparılmış və evdən cənab Quliyevə məxsus olan
qumbaranın tapıldığı iddia edilmişdir. 2012‐ci ilin dekabrında cənab Quliyevə qarşı baş
redaktoru olduğu internet qəzetdə yayılan məqalələrdə dini düşmənçiliyin salınması, ictimai
asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli
sürülmüşdür. Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013‐cü il qərarı ilə 8 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya
Məhkəməsi 09 yanvar 2014‐cü il, Ali Məhkəmə 04 iyul 2014‐cü il tarixində hökmü
dəyişdirmədən qüvvədə saxlamışdır.
Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb,
axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə verdiyi izahatlarla istintaqa
verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal
şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında