Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 
Məhz bu keyfiyyətlərinə görə o, respublikada 1959-1969-cu 
illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalış-
mışdır. V.Axundov birinci katib kimi Azərbaycanda sənayenin, 
kənd təsərrüfatının, elmin və  mədəniyyətin bütün sahələrinin 
hərtərəfli inkişafına çalışmış  və onun ittifaqda qabaqcıllar sıras-
ında olması, qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində 
xeyli iş görmüşdür. Onun dövründə Azərbaycan müharibədən 
sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı 
məhsulları istehsalı çoxalmışdır. Bu, onun Azərbaycan KP qurul-
taylarında etdiyi hesabat məruzələrindən aydın görünür. 1966-cı il 
fevralın 24-26-da Bakıda Azərbaycan Kommunist Partiyasının 
XXVII qurultayı olmuşdur. Qurultayda hesabat məruzə ilə  çıxış 
edən V.Axundov demişdir: «Respublikanın iqtisadiyyatının 
inkişafı uğrunda mubarizə aparmaq… həmişə başlıca vəzifələrdən 
biri olmuşdur və biridir. İqtisadiyyat xalqın maddi və  mənəvi 
qüvvələrinin tərəqqisinin əsasıdır… 
Azərbaycan sənayesi irəliyə doğru böyük addım atmışdır. 
7 il ərzində… 61 iri müəssisə tikilib işə salınmışdır. Bunların 
içərisində  Əli Bayramlı Dövlət rayon elektrik stansiyası, Bakı 
Şin zavodu, Superfosfat zavodu, Komvol kombinatı, Mingəçevir 
pambıq-parça fabriki, Azərbaycan elektrik avadanlığı zavodu, 
məişətdə  işlədilən elektrik soyuducuları zavodu və başqa 
müəssisələr vardır. 
… Respublikanın yeni sənaye mərkəzləri olan Sumqayıt, 
Kirovabad, Mingəçevir və  Əli Bayramlıda tikinti işləri geniş 
miqyas almışdır… 
Son illər ərzində bol neft verə bilən bir sıra yeni yataqlar: 
Sənqəçal-dəniz, Düvannı-dəniz, Kürsəngi, Cənubi Bankə yataq-
ları və s. kəşf edilib… 
İkinci Zaqafqaziya musiqi baharı, bədii kollektivlərin, 
ayrı-ayrı incəsənət xadimlərinin xarici ölkələrdəki qastrolları, 
Azərbaycan rəssamlarının Moskvada, Pribaltika respub-
likalarında, bir sıra  ərəb ölkələrində  təşkil edilmiş  sərgiləri, 
 
88


 
Azərbaycan mədəniyyətinin qardaş respublikalarda və sosialist 
ölkələrində keçirilən həftələri və ongünlükləri, Moskva, Lenin-
qrad teatrlarında və… başqa şəhərlərin teatrlarında Azərbaycan 
müəlliflərinin pyeslərinin, baletlərinin və operettalarının tama-
şaya qoyulması, Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin 
xarici ölkələrdə ifa edilməsi – bunların hamısı Azərbaycan… 
mədəniyyətinin öz inkişafında nə kimi böyük nailiyyətlərə 
çatdığını parlaq surətdə göstərir». 
V.Axundov hansı vəzifədə – istər həkim, nazir və ya katib 
vəzifələrində işləməsindən asılı olmayaraq, elmi işdən, biliyinin 
artırılmasından əl çəkməmiş, onun zənginləşməsinə çalışmışdır. 
Məhz buna görə də V.Axundov 1956-cı ildə namizədlik disser-
tasiyasını müdafiə etmiş  və SSRİ Ali Attestasiya Komissiyası 
ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru 
elmi dərəcəsi vermişdir. 1969-cu il iyulun 14-də Azərbaycan KP 
MK plenumu çağırılmışdır. Plenumda əsasən təşkilat məsələsinə 
baxılmışdır. Plenumun qərarında yazılır: «1. Səhhətinin 
vəziyyətini və Azərbaycan SSR Elmlər Akademiyasının vitse 
prezidenti seçilməsi ilə  əlaqədar Azərbaycan KP MK birinci 
katibi və MK bürosunun üzvü vəzifəsindən azad edilməsi 
haqqında V.Y.Axundovun xahişi yerinə yetirilsin». 1969-cu il 
iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. 
H.Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun 
iclasında V.Y.Axundovun birinci katib olarkən istifadə etdiyi 
tibbi və  məişət xidmətləri özündə saxlanılmışdır. V.Axundov 
1969-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki 
seçilmişdir. 
1969-1972-ci illərdə V.Axundov Azərbaycan SSR Elmlər 
Akademiyasının vitse-prezidenti olmuş  və akademiyanın 
səhiyyə sahəsinə rəhbərlik etmişdir. 
V.Axundov 1972-1986-cı illərdə Q.M.Musabəyov adına 
Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direk-
toru olmuşdur. Onun bilavasitə rəhbərliyi altında institutda insan 
 
89


 
sağlamlığı ilə xarici mühit amillərinin münasibəti qanunauy-
ğunluqlarının öyrənilməsi, ictimai gigiyena, tibbi kibernetika
qida məhsullarında nestisidlərin sirkulyasiyası, Bakının neft 
rayonlarının sanitariya-epidemiologiyası və digər sahələrdə elmi 
işlər aparmış, müəyyən elmi nəticələr əldə edilmiş, virusologiya, 
mikrobiologiya və gigiyena elmləri sahələrində bir sıra 
namizədlik, doktorluq dissertasiyası yazılmış  və mütəxəssislər 
hazırlanmışdır. 
V.Axundov ictimai və siyasi fəaliyyət göstərdiyi dövrdə 
dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun 
üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali 
Soveti rəyasət heyətinin üzvü olmuşdur. O, plenumların, kon-
fransların, qurultayların, sessiyaların iclasında, müşavirələrdə 
iştirak etmişdir. 
V.Axundov Lenin ordeni, II dərəcəli Vətən Müharibəsi, 
Qırmızı Ulduz ordenləri və müxtəlif medallarla təltif olunmuşdur. 
V.Axundov 1986-cı il avqustun 22-də Bakı  şəhərində 
vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
* * * 
 
- Azərbaycan Kommunist Partiyasının XXVII qurultayı. 
Bakı, 1966. 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.66, siy.1, iş 45, 46; f.1, siy.80, iş 
177. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Altıncı 
çağırış. Bakı, 1965. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Yeddinci 
çağırış. Bakı, 1968. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.I. Bakı, 1976. 
 
 
90


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə