Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

64 
 
Ayrılmaq!  İçərisində  tez-tez  təkrarladığı  bu  səs  sanki  sərt  qayalara  dəyib 
səslənirdi: Ayrılmaq! 
Tiflisin  küçələri  ilə  addımlayır  və  adamlara  baxırdı,  Elə  bil  hamı  onun  bu 
sözünü alqışlayırdı: Ayrılmaq! 
...Məmməd Əmin Rəsulzadə əvvəli böhranlı, sonu belə nəşəli fikirlər içində 
çırpınanda 1918-ci ilin may ayı idi. 
 
AZAD VƏTƏN 
 
Çəkdiyin  həqarətlərə  bu  gün  son  qoyulur,  vətən!  Neçə  illərdir  həsrətində 
olduğun istiqlal işığı axıb çöllərinə yayılır. Başın üzərində oynadılan qara qılınclar 
qatlanıb  qınına  qoyulur.  Çöhrəndə  dolaşan  ağrı  kölgələri  çəkilib  gedir.  Gözündə 
istiqlal günəşindən axıb gələn işıq dolaşır. 
Bu gün əsarət və istibdad möhnətindən qurtarıb işıqlı yola düşürsən. Elə bir 
yolun  yolçusu  olursan  ki,  istisini  duymayan  bəxtəvər  günə  çatmaz.  Bu  yolu 
keçməyən insan həyatın hansı xoşbəxtliyindən danışa bilər? İstiqlal məşəlini başın 
üzərində alovlandırmağa az qalır, lap az qalır. 
Cəmi  bir  neçə  saatdan  sonra  qeyrətli  oğulların  bir  yerə  toplanıb  istiqlalını 
elan  edəcək.  Və  dünyanın  hər  yerinə  xəbərlər  göndərib  «Azərbaycan  müstəqil  və 
azad bir Respublikadır» deyəcəklər. 
Bu gün 28 maydır! Bu xoş gün bütün azərilərin, əsarətdə olan türklərin milli 
bayramı  kimi  qeyd  olunacaq.  28  may  evlərə  sevinc  gətirəcək,  bağlı  qapıları  açıb 
adamlara şadlıq, istiqlaliyyət sözünü pıçıldayacaq. 
Elə bu gündən başlayaraq Azəri türkləri dünyanın hansı yerində olsalar belə 
28  mayıs  (28  may)  gününü  unutmayacaq,  onu  əziz  gün  kimi  yaşadacaqlar. 
Evlərində 28 mayısın xoşbəxtlik rəmzi olan üç rəngli bayrağını müqəddəs əmanət 
kimi  qoruyacaqlar.  İldə  bir  dəfə  onun  dövrəsinə  yığılıb  istisini  udacaqlar.  28 
mayısın təbəssümlü çöhrəsindən nur alacaqlar. 
28 mayısa nəğmələr qoşacaq, oxuyacaq, onu tərənnüm edib sevəcəklər! 28 
mayıs  Azəri  türklərinə  səadət,  müstəqil  dövlət  varlığını  bəxş  edəcək.  28  mayıs 
məhkumluq  üfunətində  boğulan  xalqın  qaranlıq  göylərində  istiqlal  ulduzu 
parladacaq.  28  mayıs  Azəri  türklərinin  bəşəri  hüquqlarını  rədd  edən  mənfur 
qüvvələri qovub, xalqın  vətəni haqqını qoruyacaq! 28  mayıs könüllərdə  yanan bir 
məşələ dönəcək, gətirdiyi hürriyyət şəfəqlərini adamların ömrünə, gününə səpəcək. 
Məmməd  Əmin  Rəsulzadə  rəhbərdir.  Mayın  28-i  günündə  Tiflis  şəhərində 
dörd müsəlman partiyasının iştirakı ilə fövqəladə iclas keçirilir. İclas bir məqsədlə 
çağırılıb:  mövcud,  mürəkkəb  vəziyyəti  nəzərə  alıb  Azərbaycanı  idarə  etmək, 
Azərbaycan Respublikasının yaradıldığını bildirmək.  
Sonra  Milli  şura  heyəti  və  onun  sədrini  seçirlər.  Milli  şuranın  sədri 
vəzifəsinə  Məmməd  Əmin  Rəsulzadənin  namizədliyi  irəli  sürülür.  Seçkidə  iştirak 
edən dörd partiyadan yalnız biri — «İttihad» partiyası etirazını bildirir. 


65 
 
Seçkidə iştirak edən partiyalar: 
1. «Müsavat demokratik bloku» — 30 nəfər. 
2. «Müsəlman sosialist bloku» — 7 nəfər. 
2. «Rusiyada müsəlmanlıq ittihad» — 3 nəfər. 
4. «Müsəlman sosial demokrat-menşeviklər    partiyası» — «Hümmət» — 4 
nəfər. 
Gizli səsvermə yolu ilə—22 səs çoxluğu qazanıb Məmməd Əmin Rəsulzadə 
Azərbaycan milli şurasının başçısı seçilir. 
Azərbaycan xalqının taleyi ona tapşırılanda otuz dörd yaşı vardı. 
Azərbaycan  hökuməti  özünün  istiqlal  bəyannaməsini  bütün  xalqa  və 
dünyaya elan edir: 
1.  —  Bu  gündən  etibarən  Azərbaycan  xalqı  hakimiyyət  haqqına  malik 
olduğu kimi, cənubi və şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu 
müstəqil bir dövlətdir. 
2.  —  Müstəqil  Azərbaycan  dövlətinin  idarə  forması  Xalq  Cümhuriyyəti 
olaraq müəyyənləşir. 
3. — Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq 
münasibəti yaradır. 
4.  —  Azərbaycan  Xalq  Cümhuriyyəti  millət,  məzhəb,  sinif,  silk  və  cins 
fərqinə  varmadan  hüdudu  daxilində  yaşayan  bütün  vətəndaşların  siyasi  və 
vətəndaşlıq hüququnu təmin edir. 
5.  —  Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisi  daxilində  yaşayan  bütün 
millətlərə sərbəst inkişafı üçün geniş imkan verir. 
6.  —  Milli  məclis  toplanana  kimi  Azərbaycan  idarəsinin  başında  ümumi 
səsvermə  ilə  seçilmiş  milli  şura  və  milli  şura  qarşısında  məsul  olan  müvəqqəti 
hökumət durur. 
Azərbaycan  Respublikası  yaradılmış,  hökumət  qurulmuşdu.  Amma 
Azərbaycan paytaxtı Bakı Şaumyanın hökmranlığı altında idi.  
Azərbaycan  hökuməti  başda  Məmməd  Əmin  Rəsulzadə  olmaqla  Gəncəyə 
köçürdü.  İşıqlı,  nurlu  simalı  bu  milli  hökuməti  quran  adamlar  necə  həyəcan 
keçirirdilər! Necə gərginlik içində yaşayırdılar! Hamısının içindən bir ağrı keçirdi: 
Elan etdiyimiz, qurduğumuz bu hökuməti qoruyub saxlaya biləcəyikmi?  Üç rəngli 
bayrağı indi düşmən yuvasına çevrilmiş Bakı üzərində dalğalandıracayıqmı? 
Məmməd  Əmin  Rəsulzadə  Bakıdan  həyəcanlı  xəbərlər  alırdı.  «Şaumyan»  
hökuməti    istədiyi  oyunlardan  çıxır,  xalqın  sərvətini,  Bakının  neftini  Rusiyaya    
daşıtdırırdı.  Xalq  yenə  müdhiş  vəziyyətə  düşmüşdü.  İndi  Bakıda  tək  ermənilər 
deyil,  onlara  tərəfdar  olan  silahlı  ingilislər  də  gəzib  dolaşırdı.  Hamısının  məqsədi 
bir idi: Bakını Azəri türklərindən təmizləmək. 
Budur, Şaumyan Rusiyaya — Stalinə teleqram göndərib: 
«Bakıda və quberniyada bütün pambıq ehtiyatını müsadirə edirik ki, dərhal 
Rusiyaya göndərək». 


66 
 
Məmməd  Əmin  Rəsulzadə  xalqın  bu  dağılan  sərvətini  qorumaq  yollarını 
düşünür  və  qurduğu  hökumətin  hansı  xain  qüvvələrlə  üz-üzə  dayandığı  fikri  ilə 
ağrıyırdı. 
Elə  bu  zamanlar  «Şaumyan»  hökumətinin  azərbaycanlı  komissarlarından 
biri  olan  Nərimanov  Təzəpir  məscidinin  qabağında  adamları  başına  toplayıb 
deyirdi: 
«...Yenə  sizə  deyirəm.  Şura  hökumətinə  canidildən  tabe  olub  ona  kömək 
ediniz ..». 
Başqa  bir  quberniya  komissarı  Məşədibəy    Əzizbəyov  isə  Bakı  ətrafında 
«gördüyü» ermənilərin törətdiyi vəhşiliyi Şaumyana «doklad etməklə» məşğul idi. 
Bakı  od  içində,  səfalət,  aclıq  möhnətində  boğulurdu.  Bakını  xilas  etmək 
lazımdır.  Bakı  Azərbaycanın  düşünən  başıdır.  Bu  düşünən  baş  indi  xainlərin 
əlindədir və onu istənilən vaxt kəsə bilərlər. 
Düşünürdü  milli  hökumət  başçısı.  Düşünürdü  və  xilas  yollarını  axtarırdı.  
Bütün  bu  bəladan  qurtuluş  yolu  ancaq  bir  yerə  aparıb  çıxarırdı:    Türkiyə!  Qardaş 
Türkiyə! 
Məmməd  Əmin  Rəsulzadə  Azərbaycan  Respublikası  elan  olunandan  altı 
gün  sonra  Batuma  getdi.  Batuma  tək  getmirdi,  Xarici  işlər  naziri  Məhəmməd 
Həsən bəy də onunla birlikdə idi. Danışıqların ümid verəcəyinə inanırdı. Dini bir, 
qanı  bir  türklər  bu  ağır  günlərdə  yəqin  ki,  kömək  edərdilər.  Bu  torpaqda  daha 
bəsdir  xəyanətkar  ayaqlar  gəzdi.  Hamısı  adını  xilaskar  qoyub  xalqı  çapıb-
talamaqnan məşğuldur. 
Əgər Türkiyə  xilaskarlıq işinə  razılaşırsa,  Azərbaycan  hökuməti  neftini də 
ondan  əsirgəməz!  Bəs  indi  nə  haldadır  Bakı?  Nefti  ruslara  daşınır,  camaatını  isə 
ermənilər  qırıb  öldürür.  Türklər  öz  qanımızdan,  kökümüzdən,  soyumuzdandır. 
Onlar  bizi  bu  möhnətdən  qurtarmalıdırlar.  Türklərin  bir  zamanlar  bütün  dünyanı 
lərzəyə  salmış  şanlı,  zəfər  yürüşlü  orduları  var!  Bu  ordu  həmişə  xəyanətkarların, 
birinci  olaraq  ermənilərin  gözünə  ox  kimi  batıb.  Onlar  bu  ordudan  qorxublar. 
Onları  Bakıdan  təmizləyib,  tör-töküntülərini  Xəzərə  tullaya  bilən  yeganə  qüvvə 
türk ordusudur. 
Məmməd  Əmin  Rəsulzadə  bu  fikirlər  içində  Batuma—türklərlə  danışığa 
tələsirdi. 
Qorxaq  ġaumyan.  Az  keçəcək  və  türklər  Azərbaycana  kömək  edəcəyini 
bildirəcək.  Şaumyan  qorxu  içində  çırpınıb  vurnuxacaq  və  «əmi»si  Leninə  təcili 
teleqram göndərəcəkdi: 
«Tiflisdən  alınan  bütün  xəbərlər  göstərir  ki,  türklər  Bakı  üzərinə  hücuma 
hazırlaşırlar. Bizə təcili yardım lazımdır». 
Türklər  Məmməd  Əmin  Rəsulzadəni  mehribanlıqla  qarşıladılar.  Və  hamısı 
Azərbaycanın  düşdüyü  fəlakətdən  xəbərdar  idilər.  Batumda  Ədliyyə  naziri  Xəlil 
bəy  ilə  şərq  orduları  komandanı  Vəhib  paşa  arasında  hər  iki  dövlətin  (Türkiyə, 
Azərbaycan) adından  əhdnamə imzalandı. Bu  əhdnamənin  4-cü  maddəsinə əsasən 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə