Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

56 
 
düşünürdü.  Amma  fikrində  bərk  yanılmışdı  Şaumyan.  İndi  o  beyni,  əqidəsi, 
millətinin  varlığından  uzaq,  Leninin  ətəyindən  yapışıb  ayağı  dəyən  yeri  öpməyə 
hazır olan azərbaycanlı ilə yox, bütün türk dünyasının istiqlaliyyət və azadlığını hər 
istəkdən üstün tutan saf bir Azəri türkü ilə qarşılaşmışdı. 
Şaumyan  elə  ilk  söhbətdən  Məmməd  Əmin  Rəsulzadənin  ona  «çəkilin 
Bakıdan gedin» fikrini çatdırmaq istədiyini anladı. 
Məmməd  Əmin  Rəsulzadə  həmin  o  qarışıq  dövrdə  —  Oktyabr  inqilabı 
deyilən  çevrilişdən  az  sonra,  noyabrın  15-də  Şaumyanın  Bakıda  Qafqazın 
fövqəladə  komissarı  təyin  olunduğunu  görəndə  daşın  hansı  məqsədlə  atıldığını 
bilmişdi. 
Bir ağrı. Hadisədən üç il sonra «Lenin-Şaumyan» oyununun əsl mahiyyəti 
açılacaqdı.  Məlum  olacaqdı  ki,  Leninin  Şaumyanı  Bakıya  göndərməkdə  başlıca 
məqsədi  erməniləri,  rusları  türklərin  bu  iri  sənaye  şəhərinə  doldurub  «Türkiyə 
təhlükəsini» boğmaq və bir də neftə sahib olmaqdır.  «Lenin-Şaumyan» oyununun 
bu fırıldaqçı niqabını yırtan isə Stalinin Məmməd Əmin Rəsulzadə ilə 1920-ci ilin 
noyabrında həbsxanadakı söhbəti oldu. Leninin bütün sirlərini və əsl simasını yaxşı 
bilən  Stalin  köhnə  mübarizə  dostu  Məmməd  Əmin  Rəsulzadəyə  həqiqəti  deyir: 
«Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik». 
Şaumyan açıqdan-açığa Məmməd Əmin Rəsulzadənin və «müsavatçıların» 
üzərinə hücuma keçmişdi. «Əmi»sinin — Leninin Rusiyadan göndərdiyi silahlarla 
erməniləri  silahlandırıb  Bakının  küçələrində  gəzdirən  Şaumyan  əməlli-başlı 
azğınlıq edirdi. 
Əli  Mərdan  bəy  Topçubaşovun  həmin  o  dövrdə  dediyi  bir  söz  Şaumyana 
çox  təsir  etmişdi.  Bu  sözdən  içərisinə  qorxu  alovu  dolmuş  və  həmməsləklərinə 
guya «ürək-dirək» verirmiş kimi demişdi: 
«...İş  nə  yerdədir?  Yoxsa  sizi  «gəlmələrin»  müsəlman  səltənətində  ağalıq 
etməsinə yol verməyəcəyi ilə müsəlman bəyləri və kapitalistləri adından hədələyən  
c. Topçubaşov qorxutmuşdur?». 
Şaumyanı  ən  çox  qorxudan  «müsavat»  idi,  onun  lideri  Məmməd  Əmin 
Rəsulzadə  idi.  Bu  ad  onu  həmişə  qorxuya  salır,  həyəcanlandırırdı.  Uşaqlıqdan 
«ağlama,  türklər  səsini  eşidib  qulağını  kəsər»  hədəsi  ilə  böyüyən  Şaumyan 
Məmməd  Əminin  İran  inqilabından  keçdiyini,  Türkiyə  havasını  udduğunu,  milli 
qeyrətli coşğun bir Azəri türkü olduğunu yaxşı bilirdi. Başa düşürdü ki, Məmməd 
Əmin  Rəsulzadə  Leninin  «proletariata  azadlıq»  ideyasının  torunda  çırpınan 
Nərimanovla,  Əzizbəyovla  və  başqa  aldanmış  azərbaycanlılarla  müqayisə  edilə 
bilməz.  Məmməd  Əmin  Rəsulzadə  xalqın  nicat  yolunu  Leninin  ətəyində, 
Rusiyanın boyunduruğunda deyil, xalqın özündə tapırdı. Mübarizə yolunda sərt idi, 
möhkəm  idi  Məmməd  Əmin.  Şaumyan  düşünürdü,  fikirləşib  çirkin  əməlləri 
qarşısında  qüvvətli sədd kimi dayanmış bu adamdan xilas  yolu axtarırdı.  Bu işdə 
ilkin addım «əmi»sindən —Lenindən öyrəndiyi təcrübə idi: yəni «əzilən fəhlə»nin, 
«əzilən xalqın» adından danışmaq. 


57 
 
...Məmməd Əmin Rəsulzadəyə ilk hücumunu belə başlayır Şaumyan: 
«...Tutaq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə milli 
polkların təşkilində  şəxsən iştirak etsin, tutaq ki, onun subyektiv niyyətləri büllur 
kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks nəticə verəcəkdir. Ona görə 
ki,  sinfin  siyasəti  bu  və  ya  digər  şəxsiyyətin  yaxşı  niyyətlərindən  deyil,  sinfi 
mənafelərdən irəli gəlir. 
Elə  buna  görə  də  «Müsavat»  partiyasının  nə  kimi  proqramı  olmasına  o 
qədər də əhəmiyyət vermirik». 
Şaumyan  getdikcə  səsini  ucaldır,  Rəsulzadənin  mövqeyini  sarsıtmağa 
çalışır.  Məmməd  Əmin  Rəsulzadənin  «biz  müsəlmanların  muxtariyyəti 
olmayacaqdır»  fikrinə  qarşı  özünün  əsassız,  məntiqsiz  sözlərini  deyir.  Məmməd 
Əmin  Rəsulzadə  haqlı  olaraq  yazırdı  ki,  indiki  Rusiyanın  siyasəti  bizim 
muxtariyyət  qazanmaq  istəyimizlə  uyğun  gəlmir.  Buna  görə  də  bu  işdə  tam 
inadkarlıq isə bizə olsa-olsa bir yığın xarabalıq verə bilər. 
Şaumyan boş-boşuna hay-küy qoparırdı: 
«...Yox,  vətəndaş  Rəsulzadə,  Qafqazı  xarabalığa  biz  deyil,  siz 
çevirəcəksiniz. Siz artıq onu xarabalığa çevirirsiniz». 
Məmməd  Əmin  Rəsulzadə  «Lenin-Şaumyan»  oyununun,  bolşevik 
siyasətinin  məkrli  olduğunu,  ermənilərin  mənafeyinə  xidmət  etdiyini  faktlarla 
sübuta yetirir. 
Şaumyan  isə  əsəbiləşir,  narahat  olur  ki,  Məmməd  Əmin  Rəsulzadə  yatan 
xalqı oyadır, çirkin işlərinin həyata keçməyinə mane olur. Deyir: 
«Vətəndaş  Rəsulzadə,  sizə  elə  gəlir  ki,  bolşeviklərin  Ermənistana  və 
azərbaycanlılara münasibəti müxtəlifdir. Lakin siz dərindən və çox yanılırsınız». 
Şaumyan  gəmidə  oturub  gəmiçi  ilə  savaşırdı.  Bu  ikiüzlü  erməninin  necə 
həyasız  xarakterə  malik  olduğunu  Məmməd  Əmin  Rəsulzadə  nifrətlə  düşünürdü. 
Bakıda  müəyyən  qayda-qanun  yaratmaq  fikrini  irəli  sürən  müsavatçılara  və 
xüsusilə də ona qarşı Şaumyan qaraçılıq edib deyirdi: 
«...Vətəndaş  Rəsulzadə,  indi  sizin  üçün  də  aydın  olmalıdır  ki,  «qayda-
qanun»  deyəndə  siz  məhz  burjua-mülkədar  «muxtariyyət»ini,  burjua  Romanov 
qayda-qanunu  nəzərdə  tutursunuz.  İndi  sizin  üçün  də  aydındır  ki,  siz  polkları 
şahsevənlərə  qarşı  mübarizə  üçün  təşkil  etmirsiniz,  çünki  onlar  heç  də  sizə  «bir 
yığın xarabalıq bahasına» qayda-qanun yaratmaqda mane olmurlar, əksinə bir yığın 
xarabalığın köməyi ilə öz qayda-qanununuzu yaratmaqda yardım göstərirlər». 
Şaumyan  açıqdan-açığa  Bakını  ermənilərin  tam  hakimiyyətinə  salırdı. 
Yəqin  ki,  ermənilərin  hamısının  içərisində  boş  bir  istək  alovlanırdı:  Böyük 
Ermənistan planımız baş tutur, Bakı əlimizə keçir. 
Lakin  müsavat  işləyirdi.  Məmməd  Əmin  Rəsulzadənin  liderlik  etdiyi  bu 
milli  ruhlu  partiya  əldən  alınmış  Bakını  qaytarmaq,  erməni  və  rus  tör-
töküntülərindən təmizləmək yollarını düşünürdü. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə