Familia: Fagaceae Dumort.
Fıstıq fəsiləsi
Genus: Quercus L. – Palıd cinsi
Species: Quercus araxina (Taurtv.) Grossh. – Araz palıdı
syn:Quercus × mannifera Lindl.
Fl. Kavkaza 2: 23 1930.
Ümumi yayılması: İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda
təbii arealları vardır.
Azərbaycanda yayılması: Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan
MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır.
Statusu: Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv).
Bitdiyi yer: Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir.
Təbii ehtiyatı: Arealı çox da geniş deyildir.
Bioloji xüsusiyyətləri: Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır.
Cavan yaşlarında zoğları yaş-
lımtıl rəngdə, tüklü olur, sonra-
dan qırmızımtıl rəng alır. Yar-
paqları böyük, uzunsov, tərsinə
yumurtaşəkilli olub, üst tərəfdən
açıq-yaşıl, tüksüz, bəzən sonra-
dan tökülən məxməri tükləri
vardır. Yarpağın kənarları tam
və ya küt dişli, kiçik və qısa
dilimli ola bilir. Yarpaq saplağı
0,3-2,5 sm uzunluğunda olur.
Tumurcuq pulcuqları qırmızı rəngdədir. Meyvə saplağı qısa, 0,5-1,5 sm
uzunluğunda olur. Meyvə çanaqcığı kürə şəklində olub, 2-3 sm boyun-
dadır. Meyvənin üçdə bir hissəsi qədəhin içindədir. Dəniz səviyyəsindən
1000 m-ə qədər yüksəkliklərə qalxa bilir. May-iyun ayları arasına çiçək-
ləyir, oktyabr-noyabr aylarında toxumu
yetişir
Çoxalması: Təbiətdə toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni şəraitdə becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edimişdir.