Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 
Bundan başqa «Azərneftlayihətikinti» Birliyi, 
«Azərneftyoltəmirtikinti» Tresti, Fəhlə  Təchizatı Birliyinin 
daxili strukturlarında bir neçə hüquqi şəxs statuslu müəssisə 
fəaliyyət göstərir və onların sayı ötən müddət  ərzində xeyli 
artmış və hazırda 25-dən çoxdur. 
Neftqazçıxarma ilə məşqul olan idarələr ərazi bölgüsünə 
görə əsasən yerləşdiyi inzibati rayonun sərhədləri daxilindədir. 
Buna görə  də bu müəssisələrin birləşdirilməsi, iriləşdirilməsi 
məsələsi ərazi prinsiplərinə xələl gətirdiyi üçün məqsədəuyğun 
deyildir. NQÇİ-lərin birləşdirilməsi və iriləşdirilməsi qeyd 
olunduğu kimi Azərbaycanın quruda neftqazçıxarma 
kompleksində artıq çoxlu eksperimentlərin sınağından 
çıxmışdır. Ona görə də bu kimi proseslərə təşəbbüslər hazırda 
səmərəsiz bir işdir.  Əksinə yeni iqtisadi sistemə keçidlə 
əlaqədar burada bölünmə, ayrılma prosesləri təşəkkül tapa bilər 
və bu tendensiya keçid dövrü üçün xarakterik xüsusiyyətdir. 
Bu proseslər bazar konyunkturası ilə  əlaqədar hər an reallaşa 
bilər. NQÇİ-lərin strukturunu da köklü dəyişdirmək zamanı 
gəlib çatmışdır. Bu müəssisələr analoqu olmayan statuslarla 
fəaliyyət göstərirlər və idarəetmədə  sərbəstliyə  gəldikdə isə 
«Müəssisələr haqqında» Azərbaycan Respublikasının qanunun 
bir neçə maddəsi üzrə hüquqlara və səlahiyyətlərə malikdirlər. 
İB-i ilə bu müəssisələr arasında qarşılıqlı münasibətləri 
müəyyənləşdirən xüsusi sazişlər olmadığından və 
əsasnamələrində hüquqlarının hüdudları  dəqiq müəyyən 
edilmədiyindən onların statusu da qeyri müəyyənlik 
mövcuddur. Hazırda 
İB-i maliyyə 
əməliyyatlarının 
aparılmasını  mərkəzləşdirərək bu müəssisələrdə yalnız  əmək 
haqqlarının və  təxirəsalınmaz işlər üçün nəzərdə tutulan kiçik 
bank  əməliyyatlarının aparılması  səlahiyyətlərini saxlamışlar. 
Bununla  əlaqədar qeyd etməliyik ki, NQÇİ-lərdə  sıradan 
çıxmış kiçik bir detal və hissəsinin alınması onun dəyərinin 
yalnız  İB-in mərkəzi münasibətatlığı  tərəfindən ödənildikdən 
sonra əldə oluna bilər ki, bu da istehsalın fasiləsizliyinin təmin 
 
105


 
olunmasında zərərli bir haldır. Orat hesabla 1500-1700 işçisi 
olan yerləşdiyi rayonun 70-80% sahəsini özündə birləşdirən bu 
neftqazçıxarma idarələri hazırki vəziyyətdə öz kollektivlərinin 
əmək haqqlarını belə vaxtlı-vaxtında ödəyə bilmirlər. Bununla 
yanaşı bu müəssisələrdə  əvvəlki  əyyamlardan qalmış 
istehsalata o qədər də mühüm əlaqəsi olmayan səmərəsiz iş 
yerləri, qeyri istehsal xidmət sahələri bolluq təşkil edir. Təhlil 
və hesablamalr göstərir ki, QNQÇİB-nin strukturunda olan 
xarici kapitallı müştərək müəssisələrə verilən hüquq və 
imtizaylar fəaliyyətdə olan neftqazçıxarma müəssisələrinə 
verilsəydi,  əlavə  xərc tələb etmədən hasilatın xeyli dərəcədə 
artırılmasını  təmin etmək olardı. Keçid dövründə qeyd 
etdiyiniz kimi bu müəssisələrin sərbəstliyi genişləndirilməli və 
maliyyə  məsələlərində müstəqil fəaliyyəti təmin edilməlidir. 
Eyni zamanda, hesablamalar göstərir ki, İB-in apparatında və 
müəssisələrində  iş yerlərinin düşünülmüş  səmərəli ixtisarını 
apararaq cevik idarəetmə sistemi yaratmaqla əsrin sonuna 
qədər kompleksdə kollektivin sayını xeyli azaltmaqla əmək 
haqlarını inkişaf etmiş dövlətlərdə, qabaqçıl neft şirkətlərində 
olduğu səviyyəyə qaldırmağa, hasilatı isə 2-2,5 milyon tona 
çatdırmağa nail olmaq imkanları mövcuddur. 
Hazırda kompleksdə qazma-kəşfiyyat işlərini 7 qazma 
kəşfiyyat, ekspedisiya idarə və bir vışka-quraşdırma müəssisəsi 
həyata keçirir. Bu müəssisələr yuxarıda qeyd olunduğu kimi 
qazma prosesinin aşağı düşməsi, maliyyə  şətinlikləri ilə 
əlaqədar ARDNŞ-in 1995-ci ildə təsdiq etdiyi mövcud təlimata 
uyğun olaraq məhsul verməyən və  ləğv edilmiş quyulardan 
istismar kəmərlərinin çıxarılması ilə  məşğuldurlar.  İstehsalat 
həcminin azalması ilə  əlaqədar 1996-ci ildə 2 müəssisə 
«Ceyrançöl» və «Qala» DQE-i (Dərin Qazma Ekspedisiyası
əvvəlki illərdə isə Saatlı DQE və  Əli-Bayramlı  Vışkamontaj 
idarələri ləğv edilmişdir. Hazırda fəaliyyət göstərən qazma 
idarələrində 5500-ə yaxın işçi çalışır.  İş  həcmi mövcud 
potensiala müvafiq deyildir. Ərazı yaxınlığını  nəzərə alaraq 
 
106


 
mövcud 8 idarədən 5 çevik və  işlək qazma kəşfiyyat 
idarələrinin yaradılması iqtisadi baxımdan indiki vəziyyətdə 
səmərəli olardı. Bunlardan Qobustan KQİ,  Qalmas DQE, 
Qobustan Vışka Quraşdırma  İdarəsi birləşərək yeni Qobustan 
Ekspedisiya Kəşfiyyat Qazma İşləri İdarəsini, Əli-Bayramlı və 
Kürsənki Qİİ birləşərək isə Şirvan Qazma İşləri İdarəsini təşkil 
edirdi.  İslahatlar  şəraitində Qazma-Kəşfiyyat  İdarələrinin 
dislokasıya yerinin aşağıdakı kimi müəyyən etmək olar: 
1.Abşeron Qazma İşləri İdarəsi - Bakı şəhər. 
2.Qobustan Ekspedisiya Qazma-Kəşfiyyat  İdarəsi - 
Bakı şəhəri, Qaradağ rayonu 
3.Çarlı Qazma Kəşfiyyat İdarəsi - İmişli rayonu. 
4.Siyəzən Qazma Kəşfiyyat İdarəsi - Siyəzən şəhəri. 
5.ŞirvanQazma İşləri İdarəsi - Əli-Byramlı şəhəri. 
Əli-Bayramlı  şəhərində yerləşən boru təmiri bazası isə 
Şirvan Qazma Kəşfiyyat  İşləri  İdarəsinin tərkibinə daxil edilə 
bilər. Bu idarələrin yenidən təşkili ilə  əlaqədar işçilərin 
ixtisarını  mərhələlərlə, attestasıya yolu və  işə  qəbulu 
məhdudlaşdırmaqla həll etmək mümkündür. 
İB-nin tərkibində tikinti işləri ilə məşğul olan çox sayda 
təşkilat mövcuddur ki, bunların da 4-ü «Azərneftlayihətikinti» 
Birliyi, «Azərneftyolt əmirtikinti» Tresti, Təmir Tikinti İdarəsi, 
Avtomobil Yollarının Xətti  İstismarı  İdarəsi müstəqil-hüquqi 
şəxs firmasında fəaliyyət göstərirlər. Bundan başqa anoloji və 
qismən də kiçik həcmli işlərin görülməsi üçün burda NQÇİ-
lərdə  və digər idarələrdə çoxlu tikinti sexləri də mövcuddur. 
Onların birləşdirilməsi və ya özəlləşdirilməsi bu gün çox aktual 
bir məsələ olaraq qalmaqdadır. Bazar iqtisadiyyatı  şəraitində 
bu sayda təşkilatın, nəhəng tikinti kompleksinin saxlanması 
səmərəsiz bir məsələdir. Özləşdirmə proqramına əsasən 1996-
1997-ci illərdə respublikada bütün mövcud tikinti 
təşkilatlarının özəlləşməsi, birləşməsi prosesi başlanmışdır. 
Lakin nədənsə müvafiq proseslər neft sənayesində sürət 
götürməmişdir. 
 
107


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə