Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

52 
 
yaradılan  Ali  Hərbi  Şura  müxtəlif  tədbirlər  həyata  keçirsə  də  əhəmiyyətli  dönüş  yarada  bilmirdi.  Bakının 
itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya 
Kommunist  (bolşeviklər)  Partiyasının  Mərkəzi  Komitəsi,  RSFSR  Xalq  Komissarları  Soveti  və  şəxsən 
V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat 
tezliklə Bakıya çatdırıldı. 
İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası 
hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə 
qüvvəsi  olan  korpusda  3  səhra  batareyası,  1  dağ  və  1  mortir  batareyaları,  о  cümlədən  digər  silah  və  texnika 
vardı.  İyunda  Rusiyadan  12  ədəd  dörddüymlük  top,  üç  keşikçi  gəmisi  və  üç  minadaşıyan  gəmi  gətirildi. 
Həmçinin  Bakıya  yeni  "Nyupor"  təyyarələri  ilə  silahlanmış  aviadəstə  göndərildi.  Bu  təyyarələri  də  gətirən  üç 
eşelon  həmçinin Ter-Qabrielyanın  Saratovdan  aldığı zirehli  avtomobillər,  silah  -  sursat  Həştərxanda  gəmilərə 
yükləndi və iyunun 23-də Bakıya çatdı. Həmin gün Moskvaya teleqram vuran Şaumyan yazırdı: “Əziz Vladimir 
İliç! Bu gün, nəhayət, Ter-Qabrielyan gəldi və bizə 4 zirehli avtomobil, 13 aeroplan və tələb olunan çoxlu, çoxlu 
sayda  sursat  çatdırdı.  Bütün  bunlara  görə  böyük,  çox  böyük  minnətdarlığımızı  bildiririk.  Çatışmayan  nə  var 
idisə, aldıq, bütün bunlar bizə xeyir gətirəcək".  
Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də 
itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1 
top,  iyulun  6-da  Gürcüvan  kəndi  (indiki  Ağsu  rayonu)  yaxınlığındakı  döyüşdə  1  top,  1  cəbbəxana  arabası,  5 
pulemyot,  30  tüfəng,  müsəlman  əhalinin  talanmış  əmlakı  ilə  doldurulmuş  10-15  araba  qənimət  kimi  türk-
azərbaycan döyüşçüləri tərəfindən ələ keçirilmişdi. 
İyulun  13-də  S.Şaumyan  V.Leninə  teleqram  göndərərək  yenə  kömək  və  silah  istədi.
136
  İyulun 
əvvəllərində  Həştərxandan  Bakı  Soveti  qoşunlarının  avtonəqliyyat  dəstəsi  üçün  100  pud  karbid,  həmçinin 
Saratovdan  böyük  silah  və  sursat  partiyası  göndərildi.  Başda  Sovet  Rusiyası  Dəniz  işləri  üzrə  Xalq 
Komissarlığının  tapşırıqlar  üzrə  komissarı  V.F.Poluxin  olmaqla  170  nəfərdən  ibarət  dənizçi  dəstəsi  gəmilərlə 
Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirmişdi. İyulun 
ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan 
Bakıya  yeni  silah  -  sursat  partiyası  çatdırıldı.  İyulun  24-də  Həştərxandan  dördtoplu  atlı  batareya,  daha  sonra 
silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, 
dərman  və  sarğı  materiallarından  ibarət  böyük  karvan  göndərildi.  İyulun  axırlarında  Petrovun  başçılığı  ilə 
Bakının  müdafiəsi  üçün  göndərilmiş  yaxşı  silahlanmış  dəstə  şəhərə  bir  altıtoplu      batareya        gətirmişdi.
137
   
Rusiyadan   daim   silah   və   sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub 
olan  Bakı  Soveti  qoşunlarında  ruh  düşkünlüyü  elə  həddə  çatmışdı  ki,  texniki  vasitələrlə  vəziyyətdən  çıxmaq 
mümkün deyildi. 
Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan 
yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli 
olaraq  keçmiş  çar  ordusunun  zabitlərinə 
arxalanan bundan da çox ingilis qoşunlarının 
köməyinə 
bel 
bağlayan 
Sentrokaspi 
Diktaturasının  hərbi  liderləri  aviasiyadan, 
hərbi 
donanmadan, 
zirehli 
qatar 
və 
avtomobillərdən, 
eləcə 
də 
artilleriya 
sistemlərindən  daha  bacarıqla  istifadə  edir, 
texnikanın 
bütün 
imkanlarından 
yararlanmağa 
çalışırdılar. 
İngilis 
təlimatçılarının  köməyi,  bir  çox  hallarda  isə 
birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan 
işlərə  öz  təsirini  göstərirdı.  Bununla  belə, 
vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı. 
Aviasiya. Hələ 1915-ci il noyabrın 22-də təntənəli şəraitdə Bakı dəniz aviasiyası zabit məktəbinin açılışı 
oldu.  Belə  ki,  I  Dünya  müharibəsinin  erkən  mərhələsində  dənizçi  aviator  kadrlarına  ehtiyacı  ödəmək  üçün 
Petroqrad dəniz aviasiyası məktəbinin Bakı filialını yaratmaq planlaşdırılmışdı. Müasir avadanlığın gətirilməsi, 
yerli  icra  strukturlarının  köməyi  ilə  yaşayış  və  təlim  binalarının,  təsərrüfat  tikililərinin  inşası  nəticəsində  filial 
tədricən öz anqarları, apparelləri, emalatxanaları, qaraj və meteostansiyası olan müstəqil məktəbə çevrildi. 1916-
cı  ilin  aprelinədək  məktəbdə  40  zabit  və  20-dən  artıq  aşağı  çinli  təyyarəçi  hazırlanmışdı.  Müəllim  və 
təlimatçıların  yüksək  peşəkarlığı  sayəsində  məktəbin    yetirmələri  imperiyanın  bütün  donanmalarında  yaxşı 
                                                           
136
 Дарабади. П.Г. Военная помощь Советской России, с.110-113.  
137
 Yenə orada, с.112. 


53 
 
qarşılanırdılar,  təlim  prosesində  isə  cəmi  üç  qəza  hadisəsi  baş  vermişdi  (bir  ədəd  M-10  təyyarəsi  uçuş  üçün 
yararsız olmuş, iki M-5 təyyarəsi isa tam dağılmışdı).
138
 
Məktəbin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 
və  bir  ədəd  M-30  təyyarəsindən  təşkil  olunmuşdu.  Onlardan  başqa  burada  sınaq  təyyarələri  də  vardı.  Bakı 
məktəbində  yüksək  ixtisaslı  kadrların  olması  burada  təlimlərlə  bərabər  yeni  təyyarələrin  sınaq  uçuşlarını  da 
keçirməyə  imkan  verirdi.  Məktəbdə  D.Qriqoroviçin  M-9  hidrotəyyarəsi  sınaqdan  keçirilmiş  və  bu  təyyarə 
tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D.Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də 
Bakıda  sınaqdan  keçirilmiş,  silahlı  qüvvələrə  qəbul  ediləndən  sonra  hər  təyyarədən  iki  ədədi  burada 
saxlanmışdı. Bakı aviasiya məktəbinin emalatxana müdiri E.K.Engels bir neçə yeni təyyarə növü icad edərək 
yığmış, lakin 1916-cı il dekabrın 5-də növbəti sınaq zamanı həlak olmuşdu. Bundan başqa A.Y.Villişin VM-2 
və  VM-4  hidrotəyyarələri  də  Bakıda  sınaqdan  keçirilmişdi.  İstər  Engelsin,  istərsə  də  Villişin  təyyarələrinin 
aqibəti, onların 1918-ci il döyüşlərində iştirak edib-etməməsi barədə məlumat yoxdur.
139
 
Məktəbin hidrotəyyarə parkını ixtiraçı mühəndis D.P.Qriqoroviçin M-5 hidrotəyyarələri təşkil edirdi (M-
5  təyyarələri  Petroqradda  S.  Şetininin  zavodunda  istehsal  edildiyindən  Azərbaycan  Mərkəzi  Dövlət  Tarix 
Arxivində qorunan bir çox sənədlərdə "Şetinin təyyarələri" adlandırılır). Bir mühərrikli, iki yerli bu təyyarələr 
havada olduqca dayanıqlı və təhlükəsiz idi, bu isə təlim uçuşlarının əsas şərti sayılırdı. "M-5" hidrotəyyarəsində 
mühərrikin gücü, təyyarənin ağırlığı, qanad-ların sahəsi elə münasib seçilmişdi ki, "uçan qayıq" həm havada, 
həm  də  dənizdə  çox  sadə  idarə  olunurdu.  Gövdənin  forması  təyyarəyə  hündürlüyü  0,5  m  olan  dalğalardan  da 
havaya qalxmağa imkan verirdi. 100 at gücündə olan mühərrik zəif olduğundan təyyarə bir pulemyot və bir neçə 
yüngül  bomba  götürür  və  kəşfiyyat  təyyarəsi  kimi  istifadə  edilirdi.  3300  m  hündürlüyə  qalxan,  3,5-  4  saat 
havada  qala  bilən  təyyarə  əsasən  dənizyanı  ərazilərdə  istifadə  edilirdi.  Bakı  Soveti  qoşunları,  sonra  isə 
Sentrokaspi  Diktaturası  tərəfindən  fəal  istifadə  edilən  M-5  təyyarələrindən  biri  hal-hazırda  İstanbulda  hava 
muzeyində nümayiş etdirilir.
140
 
D.P.Qriqoroviçin  M-9  hidrotəyyarəsi  M-5-in  növbəti  inkişaf  mərhələsi  idi.  3300  m  hündürlüyə  qalxa 
bilən,  5  saat  havada  qalan  təyyarə  etibarlılığı  ilə  seçilirdi.  150  at  gücündə  olan  mühərrik  3  nəfər  heyət,  bir 
pulemyot  və  bir  neçə  yüngül  bomba  (1610  kq  yük)  götürməyə  imkan  verirdi.  Bakıda  olan  iki  M-9-dan  biri 
Qafqaz  İslam  Ordusuna  qarşı  döyüşlərdə  istifadə  edilib.  Məhz  bu  təyyarə  ilə  hidroplanlar  sırasında  ilk  dəfə 
havada dairə cızma ("myortvaya petlya") əməliyyatı həyata keçirilmişdi. "M-5" və "M-9" hidroplanlarının zəif 
tərəfi az sürətə (100-110 km/s) malik olması idi.  M-12 və M-15 təyyarələrindən Qafqaz İslam Ordusuna qarşı 
döyüşlərdə  istifadə  edilməsi  barədə  məlumat  yoxdur,  ehtimal  ki,  müasir  tipli  bu  təyyarələr  1917-ci  ilin 
əvvəlində  Petroqrada aparılıb,  çünki  məktəbdə  1917-ci ilin aprel  ayından  hissə-hissə  Petroqrada  köçürülməyə 
başlandı.
141
  Martın  31-də  erməni-bolşevik  qüvvələrinin  1-ci  beynəlmiləl  alayı  və  36-cı  Türküstan  alayının 
hücumunu  dəstəkləmək  üçün  havaya  1  hidroplan  qaldırılmışdı.  Bununla  belə,  sənədlərdə  Qafqaz  İslam 
Ordusuna qarşı döyüşlərdə məktəbin texnikasından istifadə edilməsi barədə məlumatlar var. Bu qurum bolşevik 
sənədlərində  "təyyarəçilər  məktəbi",  Sentrokaspi  Diktaturasının  sənədlərində  isə  "hidroaviasiya  divizionu" 
adlandırılır. 
Hidroaviasiya  havaya  dənizdən  qalxdığı  üçün  əsasən  sahilyanı  əraziləri  nəzarət  altında  saxlaya  bilirdi. 
Aprelin 2-də imam Qosinskinin dəstələri Bakıya yaxınlaşdıqda S.Şaumyan Saritsından doyüş aeroplanları istədi. 
Döyüş başlayanadək aeroplanlar gəlib çatdı. Tezliklə 
Rusiyadan Bakı Sovetinin qırmızı ordusunun Gəncə 
üzərinə  yürüşünü  dəstəkləmək      üçün      adi   
aerodromdan      qalxa      bilən  aeroplanlar  göndərildi. 
1918-ci 
ilin  mayına  Qırmızı  Ordunun  1-ci 
korpusunda  10-dan  artıq  təyyarə  var  idi.  İyunda 
Bakıya  yeni  "Nyupor"  təyyarələri  ilə  silahlanan 
aviadəstə göndərildi. Bu təyyarələri gətirən üç eşelon 
Bakıya    iyunun    23-də    çatdı.    Həmin    gün  
S.Şaumyanın    V.Leninə  göndərdiyi  teleqramdan 
aydın  olur  ki,  eşelonla  13  aeroplan  gətirilibmiş. 
İyulun  ortalarında  Bakı  Soveti  aviasiyası  üçün  böyük  məbləğdə  sursat,  ehtiyat  hissələri  və  silah  göndərildi.  
"Nyupor-17"  qırıcı  təyyarələri  Antanta  ölkələri  silahlı  qüvvələrində  ən  çox  istifadə  olunan  təyyarə  olmaqla 
bərabər, I Dünya  müharibəsinin  ən uğurlu qırıcısı hesab olunurdu. Q.Delyaj tərəfindən yaradılan "Nyupor-17" 
biplanı  optimal  aerodinamik  forma,  az  çəki  hesabına  maksimal  çeviklik  və  böyük  sürətə  malik  idi.  Aşağı 
                                                           
138
 Маслов М. Русские самолеты. 1914-1917 г. Москва, 2006, с. 26. 
139
 Маслов М. Русские самолеты, s.79-81. 
140
Yenə orada, s.25-26.
 
141
 Маслов М. Русские самолеты., с.27-31. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə