Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə27/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   23   24   25   26   27   28   29   30   ...   90

54 
 
qanadın  ensiz  olması  pilot  kabinəsindən  görünüşü  daha  aydın  edirdi.  "Nyupor-17"  pulemyotlardan  başqa  bir 
neçə yüngül bomba da götürmək iqtidarında idi.
142
 
Qafqaz  İslam  Ordusunun  sərəncamında  təyyarələrin  olmaması  bolşevik  aviasiyasını  təhlükəli  qüvvəyə 
çevirirdi, lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və 
aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində 
çar  ordusunun  zabitləri  kimi  pilotlar  da  "sinfi  düşmən"  qismində  təqib  olunmuş,  bu  isə  1918-ci  ilin  yay 
döyüşlərində  özünü  büruzə  vermişdi).  Üstəlik,  I  Dünya  müharibəsinin cəbhələrində  ingilis  təyyarələrinə  qarşı 
döyüş  aparmaq  təcrübəsi  olan  türk  hərbi  hissələri  havadan  hücum  zamanı  vahiməyə  düşmür,  əksinə,  atıcı 
silahlardan  açılan  atəşlə  düşməni  uzaqlaşdırırdılar.  Nəticədə  erməni-bolşevik  aviasiyası  qarşısına  qoyulan 
tapşırıqları yerinə yetirə bilmirdi. Təyyarələr ardıcıl olaraq təkcə iyulda uçuşlar etmişdi; bu zaman Hacıqabuldan 
qalxan  2  təyyarə,  demək  olar  ki,  hər  gün  Salyan  istiqamətində  vuruşan  türk-Azərbaycan  döyüşçülərini 
bombalayır vo ya kəşfiyyat aparırdı.
143
 
Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi önəm verirdi. Çar ordusunun aviasiyasında 
xidmət etmiş pilotlar orduya çağırılmış, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi 
aviadivizionu təşkil edilmişdi. 
Artıq avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə 3 təyyarə istifadə etmişdi. Getdikcə aviasiyanın 
tətbiqi  genişlənirdi.  Təyyarələr  kəşfiyyat  uçuşları  aparır,  bombalar  atır,  imkan  olduqda  pulemyot  atəşi  ilə 
qoşunların  əməliyyatlarını  dəstəkləməyə  çalışırdı.  Qafqaz  İslam  Ordusunun  1918-ci  il  avqustun  5-də  Bakıya 
hücumunun  qarşısını  almaq  üçün  hidroaviasiya  divizionu  və  Kuban  təyyarə  dəstəsinin,  demək  olar  ki,  bütün 
təyyarələri  havaya  qaldırılmışdı.  Avqustun  7-si  və  8-də  Gəncə  istiqamətindən  Bakı  ətrafına  yeridilən  türk-
Azərbaycan  qoşunlarının  cəmləşməsinin  qarşısını  almaq  üçün  təyyarələr  Ələt  stansiyası  və  dəmir  yollarını 
bombalayırdı.
144
  Hər  dəfə  atəşlə  qarşılanan  təyyarələr  istədiklərinə  nail  ola  bilmirdi.  Döyüşdə  zədələnmiş 
aeroplanlar tezliklə təmir edilirdi, çünki Kuban təyyarə dəstəsinin "Nyupor"ları ingilislərin özləri ilə gətirdikləri 
"Nyupor"lardan  az  fərqlənirdi.  Lakin  hidroaviasiya  divizionunun  təyyarələrini  bərpa  etmək  olmurdu,  çünki 
onların ehtiyat hissələri yalnız Petroqradda istehsal edilirdi. Döyüşə yararlı təyyarələrin sayı tədricən azalırdı. 
Uçuş meydançası Bakının Ermənikənd adlanan hissəsində salınmışdı. 
Avqustun  10-da  Ələt  -  Puta  arasında  türk-Azərbaycan  hissələrinin  sərrast atəşi ilə bir  təyyarə  vurularaq 
məhv edildi.
145
 
Sentrokaspi  Diktaturası  və  ingilis  komandanlığının  avqustun  27-nə  planlaşdırdığı,  lakin  həyata  keçirə 
bilmədiyi  birgə  irimiqyaslı  əks-hücum  əməliyyatında  hidroaviasiya  divizionu  və  Кuban  aviadivizionu  fəal 
iştirak etməli idi. 
  Avqustun  sonlarında  Sentrokaspi  Diktaturasının  cəmi  iki  hava  maşını,  ingilislərin  də  elə  bu  qədər 
təyyarəsi  döyüşdə  iştirak  edə  bilərdi.  Ordunun  digər  təyyarələri  təmirə  qoyulmuşdu.  General  Denstervilin 
qeydləri  göstərir  ki,  avqust-sentyabr  döyüşlərində  ingilis  və  Sentrokaspi  qoşunlarının  əməliyatlarını  "iki  rus 
hidroplanı  və  iki  bizim  (ingilis)  təyyarə"  dəstəkləyirdi.  ''Düşmənin  hava  qüvvələrinin  olmaması  bizim  böyük 
üstünlüyümüz  idi.  Lakin  sentyabr  ayında  Bakıda  güclü  isti  küləklər  və  şimal  küləyi  əsdiyindən  hava 
kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".
146
  
Sentyabrın  1-də  Balaxanı  yaxınlığında  türk-Azərbaycan  hissələrini  bombardman  etmək  istəyən  bir 
təyyarə vuruldu və Salyan qışlaları (kazarmaları) yaxınlığında yerə çırpıldı.
147
 Bu hadisədən sonra təyyarələrin 
tətbiqi  əhəmiyyətli  dərəcədə  azaldı,  onlardan  əsasən  kəşfiyyat  uçuşları  üçün  istifadə  edildi.  Yalnız  sentyabrın 
12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi. 
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi. 
14  sentyabr  döyüşlərinin  gedişinə  toxunan  general  Denstervil  yazır  ki,  "iki  aeroplan  hücum  edən  türkləri 
pulemyotlardan  atəşə  tutur  və  bombalar  atırdı".  Daha  sonra  ingilis  qoşunlarının  Bakıdan  təxliyyə  olunduğunu 
bildirən  general  etiraf  edir:  "türk  güllələrinin  deşik-deşik  elədiyi  iki  aeroplanı,  sıradan  çıxardıq".  Başqa  sözlə 
desək,  əvvəlki  uçuşlar  zamanı  türk-Azərbaycan  qoşunlarının  atəşləri  ilə  qarşılanan  ingilis  təyyarələri 
vurulmasalar  da,  elə  zədələr  almışdılar  ki,  ingilislərin  və  ya  onların  tərəfkeşlərinin  (misal  üçün,  Muğan 
qiyamçılarının) nəzarəti altında olan əraziyə uçub çata bilməzdilər. Bu səbəbdən ingilislər onları yararsız hala 
gətirib Bakıda qoymağa məcbur oldular. 
Nəhayət,  türk-Azərbaycan  qoşunları  tərəfindən  Ermənikənddəki  uçuş  meydançasının  ələ  keçirilməsi 
Sentrokaspi  Diktaturası  aviasiyasının  varlığına  son  qoydu.  Burada  uçuşa  yararsız  vəziyyətdə  olan  2  təyyarə 
qalmışdı. 
                                                           
142
Корсун. Кавказский фронт, с.561. 
143
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250-251. 
144
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303 
145
Yenə   orada, s.304. 
146
Денстервиль, с. 117. 
147
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.317-318. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə