55
Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın
hərbi donanma saxlamaq hüququ vardı. Xəzərdə Rusiya imperiyasının güclü rəqibinin olmaması Xəzər dəniz
donanmasının texniki təchizatına da təsir göstərmişdi.
148
Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək
cəhdləri, Bakının iri sənaye mərkəzinə
çevrilməsi, neft bazalarının dəniz yaxınlığında
yerləşməsi hərbi donanmanı gücləndirmək
ehtiyacını yaratdı. 1911-ci ildə Xəzər dəniz
donanması dünyada ilk suüstü dizel hərbi
gəmiləri - "Ərdahan" və "Qars" kanoner
(artilleriya) gəmiləri ilə gücləndirildi.
149
Məxsusi Xəzər şəraiti üçün layihələndirilmiş
bu gəmilər müxtəlif təyinatlı əməliyyatlar
keçirmək iqtidarında olsa da, onların əsas
vəzifəsi dənizyanı ərazilərdə döyüş zamanı
qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara
dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə
səbəb oldu. Nəticədə 1917-ci ildə donanma azsaylı olsa da, Bakı Sovetinin ən etibarlı dayaqlarından birinə
çevrildi.
150
General Denstervil Xəzərdə inqilabdan əvvəlki ümumi vəziyyəti şərh edərkən yazırdı ki, "Qars",
Ərdahan", "Göytəpə" silahlı gəmilərindən ibarət olan kiçik donanma bu daxili suları qoruyur və müqavimətə
rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi,
bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.
151
General Denstervilin yazdığına görə, "donanma inqilab dövründə böyük siyasi rol oynayırdı. Hökumət
(ehtimal ki, ümumilikdə V.Leninin Petroqradda yerləşən bolşevik hökuməti, S.Şaumyanın başçılıq etdiyi Bakı
Soveti və Sentrokaspi Diktaturası nəzərdə tutulur -A.Y., Ə.S.) iqamətgahı dəniz sahilində yerləşdiyindən
gəmilərdəki silahlar ölkənin həyati əhəmiyyətli mərkəzlərini təhdid etdiyi zaman inqilabi hökumət donanmanın
tələblərinə diqqətlə qulaq asırdı".
İrimiqyaslı dəniz əməliyyatları keçirmək üçün güclü təminat bazası, hərtərəfli hazırlıqlı, bilikli və
təcrübəli komanda heyəti lazım idi, bütün bunlar isə bolşeviklərdə yox idi. Donanma infrastrukturu fəaliyyət
göstərmir, hərtərəfli hazırlıq keçmək üçün vaxt və imkan çatışmır, komanda heyəti çar zabitlərindən ("qızıl
paqonlu sinfi düşmənlər") ibarət olduğundan təqiblərə məruz qalırdı. Bütün bu səbəblərdən bolşeviklər quruda
aparılan döyüşlərdə matroslardan piyada kimi istifadə etməyə məcbur olmuşdular. Xəzər dəniz donanmasının
matrosları Azərbaycan milli qüvvələrinə qarşı vuruşan bolşevik-erməni qoşunlarının əsas zərbə qüvvəsi idi.
Lakin onların ağır döyüşlərə göndərilməsi itkilərlə nəticələnmiş və 1918-ci ilin yarısına qədər donanmada
təsadüfi adamların tədricən çoxluq təşkil etməsinə səbəb olmuşdu. Vəziyyəti dəyişmək üçün Bakı Sovetinin
rəhbərliyi ənənəvi üsula - Moskvadan yeni qüvvə istəməyə əl atmışdır.
Bakı Soveti Xəzər donanmasının əsas qüvvəsini "Ərdahan" və "Qars" kanoner gəmiləri, "Göytəpə"
köməkçi gəmisi və silahlı "Astrabad" çarxlı paroxodu təşkil edirdi. Bununla bərabər, müxtəlif nəqliyyat
gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə birgə donanmada 14
gəmi var idi.
152
"Ərdahan" zirehli kanoner gəmisi ("Qars" gəmisi ilə layihələri eyni olduğundan göstərici də eyni idi)
dünyada ilk dizel energetik qurğulu suüstü hərbi gəmi olmuşdur. Gəmi 1908-ci ildə Rusiya Dəniz Texniki
Komitəsində layihələndirilmiş, Sankt-Peterburqun Yeni Admiralteysk zavodunda istehsal edilmiş, 1911-ci ildə
Marinsk kanallar sistemi ilə Xəzər dənizinə göndərilmişdir. Uzunluğu 61,8 m, eni 8,5 m olan gəminin su basımı
623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton
yanacaq götürən gəminin maksimal sürəti 15 düyünə (uzel) bərabər idi. Каmbuz, vanna otağı, hamamlar,
camaşırxana, qalyunlar, lazaret, əlüzyuyanlar, elektrik isitmə sisteminə malik olan gəmi ən müasir tələblərə
cavab verirdi. Gəminin silahları 1 ədəd 120 mm-lik top, 2 ədəd 75 mm-lik top, 4 ədəd "Maksim"
pulemyotundan ibarət idi.
153
148
Алиев Н.А. Военно- морская история Азербайджана. Баку, 2002, с.76-78.
149
Əhmədov S.Ə. «Qars» və «Ərdahan» gəmiləri // Hərbi bilik, s.95.
150
Маковски А.Р., Радченко Б.М. Каспийская краснознаменная. Москва, 1982,42-45; Евсеев ИМ.Бушует Каспий. Баку, 1970, с.35-38.
151
Гражданская война. Энциклопедия, с.253.
152
Дарабади П.Г. Военные вопросы, с.115.
153
Веселов П. Канонерская лодка «Ленин» // Моделист-конструктор, 1988, № 4, с.12-15; Боевые и революционные траиции моряков Каспийского флота. Баку,
1960, с. 25. Каспийская Краснознаменная флотилия. Баку. 1990, с. 11 -14.
56
"Göytəpə" köməkçi hərbi gəmisi 1882-1883-cü illərdə istehsal olunmuş, 1911-ci ildə isə yeni silahlarla
təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi.
70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi.
"Astrabad" çarxlı paroxodu əvvəllər mülki paroxod olmuş, müharibə dövründə yüngül toplarla
silahlandırılmışdı.
1918-ci ilin mart hadisələrində Xəzər dəniz donanması gəmilərinin Azərbaycan milli qüvvələrinə
toplardan açdığı atəş onların müqavimətini qırmağa imkan vermişdi. Bu gəmilərlə Lənkərana bolşevik qoşunları
göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi.
Kür çayının bir hissəsinin xırda gəmilərin
hərəkəti üçün kifayət qədər dərin olması burada hərbi
gəmilərdən istifadə etmək fikrinin yaranmasına gətirib
çıxarmışdı. Belə ki, 1918-ci ilin yayında Şimali Qafqaz
hərbi dairəsi təminat bürosunun Sovet Rusiyası dəniz
kollegiyasına göndərdiyi gizli məlumatda sahilyanı
sularda və Kür çayında döyüşlərdə iştirak etmək üçün
müxtəlif tipli gəmilərdən, ilk növbədə 37-47 mm-lik
toplar və pulemyotlarla silahlanan "Nikson" və
"Stasionar" katerlərindən istifadənin mümkünlüyü
barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi. İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir
dərkənar qoymuşdu: "Dəniz işləri üzrə Xalq Komissarlığına Xəzər dənizinə uyğun olan bütün hərbi dəniz
gəmilərinin göndərilməsini sürətləndirməyi çox xahiş edirəm.”
154
Lakin təşkilatı məsələləri həll edilmədiyindən
kater göndərmək mümkün olmadı. Əvəzində iyunda Rusiyadan Bakıya üç keşikçi gəmisi və üç minadaşıyan
gəmi gətirildi, lakin gəmilər Kür çayında hərəkət edə bilmədiyindən Həştərxana aparıldı. Belə olduğu halda
bolşeviklər Kür çayında üzən balıqçı gəmilərini silahlandırıb döyüşə göndərdilər. Onların əsas vəzifəsi Qafqaz
İslam Ordusu hissələrinin Kür çayını keçmək cəhdlərini pozmaq, Kür üzərindən salınmış körpü və bərələri
qorumaq, çayı maneəyə çevirmək idi.
İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi.
Hərbi gəmilərin Bakı ətrafında geniş istifadəsi Sentrokaspi Diktaturası vaxtına təsadüf edir. Dənizçi
zabitləri gəmilərə qaytaran hərbi rəhbərlik onlardan təyinatı üzrə (quru qoşunlarının dənizdən atəşlə
dəstəklənməsi və dəniz desantlarının atəş təminatının həyata keçirilməsi) istifadə etməyə çalışdı. Xırdalan,
Hacıqabul döyüşlərində hərbi gəmilər geniş tətbiq edilirdi. Mənbələrin məlumatı göstərir ki, əsasən 3 gəmidən
istifadə edilirdi: "Ərdahan", "Qars" və "Göytəpə". Onların atəşi avqustun əvvəllərində Ələt istiqamətindən türk-
Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi.
Xəzər dənizinə nəzarət etmək üçün ingilislər burada güclü donanma yaratmağı planlaşdırırdılar.
Donanmanın əsas hərbi gəmiləri bolşevik meyilli olduğundan kommodor Norris iri ticarət gəmilərini toplarla
silahlandırıb donanma yaratmağı təklif edirdi. Çox böyük çətinliklə "Ventyur" və "İqnati" gəmilərini
Sentrokaspi Diktaturasından bu məqsədlər üçün alan ingilislər Bakını tərk edənə qədər gəmiləri silahlandıra
bilmədilər.
155
Dənizdən gələn təhlükəni nəzərə alaraq Qafqaz İslam Ordusunun komandanlığı sahil müşahidə postları
yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin
50 nəfərlik ilk dəstə sahilə çıxan kimi irəli yeridilən Azərbaycan zirehli qatarı desantı atəşə tutdu, sonra isə
atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.
156
General Denstervil Sentrokaspi Diktaturası donanmasının fəaliyyətini istehza ilə təsvir edir və döyüş
qabiliyyətinin aşağı olmasını ilk növbədə donanma heyətinin qorxaqlığı ilə izah edir. Yazır ki, kommodor
Norris kanoner gəmilərinin birində Bakıdan cənubda Xəzər sahili boyunca uzanan dəmiryol xəttini atəşə tutub
keçən qatarları məhv etmək məqsədi ilə dənizə çıxır. "Əlverişli mövqe seçiləndən sonra atəş açıldı, ancaq nəticə
yox dərəcəsində idi, odur ki, Norris kapitana daha dəqiq atəş açmaq üçün sahilə yaxınlaşıb hədəfə qədər olan
məsafəni azaltmaq təklifini verdi. Müvafiq göstərişlər verilən kimi matrosların üzündə təəccüb və narazılıq
cizgiləri görsəndi, onların nümayəndəsi dərhal kapitana yaxınlaşdı". Norrisin sözlərindən kapitanla gəmi
heyətinin seçdiyi komitəsinin uzun-uzadı danışıqlarını təsvir edən Denstervil sonda yazır: "Komitənin iclasında
qərara alındı: düşmənin hardasa sahildə artilleriyası olduğundan sahilə yaxınlaşmaq təhlükəlidir, çünki gəmi
düşmən atəşinə tuş gələ bilərdi. Kapitanın əmri ləğv edildi, komitənin özü üçün daha təhlükəsiz qərarı verildi:
Bakıya qayıtmaq. Bu əmr dərhal icra olundu".
157
154
Военные моряки в боьрбе за власть Советов в Азербайджане и Прикаспии. 1918-1920 г. Сб. документов. Баку, 1971, с.42, 43,346.
155
Денстервиль, с.96.
156
Süleymanov M.S. Qafqaz İslam Ordusu..., s.304.
157
Денстервиль, с. 106.
Dostları ilə paylaş: |