Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   27   28   29   30   31   32   33   34   ...   90

62 
 
zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu 
hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası. 
Yuxarıda  adları  çəkilən  silahların  sursat  və  ehtiyat  hissələri  tələb  olunandan  da  çox  idi.  Sentrokaspi 
Diktaturasına  məktubunda  general  Denstervil  qeyd  edirdi  ki,  Bakıdan  aldığı  məktublarda  "15.000  fəal  şəhər 
müdafiəçisi var. Onlar az təlim keçsələr də, yaxşı silahlanıblar" kimi məlumatlar var idi. 
Şaumyan və Petrov öz tərəfdaşları ilə Həştərxana qaçarkən 13 gəmilik silah-sursatı özləri ilə aparmağa 
cəhd göstərmişdilər. General Denstervil yazırdı ki, "əgər yeni hökumət bu gəmilərə getmək imkanı yaratsaydı, 
Bakının sonrakı müdafiəsi mənasız olardı, lakin xoştbəxtlikdən kiçik gəmilərin heyətləri Direktoriya tərəfində 
idi  və  o,  tərəddüdlə  də  olsa,  bolşeviklər  tərəfindən  tutulmuş  gəmilərin  qaytarılması  əmrini  verdi.  Kanoner 
gəmiləri artıq olan gəmilərin    arxasınca düşmüş və bütün  donanmanı limana geri qaytarmışlar..." 
Daha  sonra  general  göstərir  ki,  "tərksilah  prosesi  bir neçə  gün  çəkdi...  Biz  arsenalı  qəbul  edəndə  onun 
bütün  əmlakı  bir  yerə    tökülüb  qalmışdı...  Şaumyan  və  Petrovun  gəmiləri  boşaldılarkən  bütün  növ  sursat 
ayrılmadan anbarlarda olan əmlakın üstünə yığılırdı. Qoşunların hansısa tələbini yerinə yetirmək olmurdu, misal 
üçün,  lazım  olan  kalibrli  mərmiləri  tapmaq  üçün  bütün  qalaqlanmış  əmlakı  axtarmaq  lazım  gəlirdi.  Silah 
anbarlarında müxtəlif dərmanlar, qramofonlar, tikiş maşınları və başqa şeylər var idi. Cəbbəxananın heyətində 
bütün  növ  toplar  var  idi-  çatışmayan  hissələri,  sınıq  çaxmaqları  və  s.  ilə. Tezliklə  bütün  bunlar  sortlaşdırıldı, 
tələb  olunan  qaydaya  salındı  və  cəbhəyə  göndərildi;  tərəfimizdən  otuz  ədəd  dəqiq  atəş  açan  toplar  tam  döyüş 
vəziyyətinə gətirildi..."
172
 
 
 
 
 
Qeyd 
etmək  lazımdır 
ki, 
hələ  anbarlarda 
olan 
əmlak 
qaydaya salınmadan polkovnik Keyvort 15 avqust raportunda göstərirdi ki, onun "sərəncamında (ingilislərin öz 
silahlarından  başqa)  6000  ədəd tüfəng  var.  Materiallarda qıtlıq  hiss  olunur, lakin  şəhərdə  kifayət  qədər lazım 
olan  material  var;  onların  müsadirəsinə  başlamaq  lazımdır.  Əhalinin  böyük  hissəsi  -  həm  bizim  tərəfimizdə 
olanlar,  həm  də  bizi  görməyə  gözləri  olmayanlar  əla  silahlanıblar  və  hökumət  bizim  üçün  arzuolun-maz 
qruplaşmaları  tərksilah  etmək  üçün  özündə  kifayət  qədər  qüvvə  görmür...  Hərbi  materialar  üzərində  nəzarət 
yoxdur və çox material hədər yerə sərf edilir". 
General  Denstervil  də  materialların  israf  edilməsinə  diqqət  yetirmişdir.  O,  yazırdı:  "hərbi  sursatların 
qənaətlə istifadəsi barəsində ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu. 
Mən  mövqelərin  sağ  cinahına  rəhbərlik  edən  bir  polkovnikin  diqqətini  onun  mənasız  yerə  atəş  açan 
artilleriyasına cəlb etdim, Polkovnik cavab verdi: "bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərlərdə olanlar 
bizim toplardan atəş açmağımızı çox xoşlayırlar və əgər mən ara-sıra toplardan atəş açmasam onlar səngərlərdə 
qalmazlar". 
İngilis  qoşunlarının  tərkibində  olmuş  kapitan  Sesil  Cadd  özünün  "General  Denstervillə  İran  və 
Zaqafqaziyada" adlı kitabında qeyd edir ki, Bakı uğrunda sentyabrın 14-də baş vermiş döyüşdə "pulemyotların 
böyük hissəsi itirilmiş üstəlik topların çoxu sıradan çıxmışdı".
173
 
 
 
 
 
                                                           
172
Денстервиль, с.103. 
173
Captain Cecil G. Judge. With General Dunsterville In Percia And Transcaucasus // Kitabın mətni İNTERNET səhifədən götürülüb.
 


63 
 
4.  “Densterfors”
174
 
 
 
4.1. "Densterfors"un təĢkili 
 
1917-ci ilin payızında ingilislər artıq anlamışdılar ki, rus  ordusu, demək olar ki, yoxdur və Qafqaza yol 
tapmaq  üçün  fürsət  yaranır.
175
  Öz  məqsədlərini  "Hindistana  gedən  yolları  almanlardan  qorumaq"  şüarı  ilə 
gizlətməyə  çalışsalar  da,  aydın  idi  ki,  onları 
maraqlandıran Cənubi Qafqazın strateji mövqeyi və 
Bakının neftidir. Lakin baş verən hadisələrə dərhal 
reaksiya  vermək  elə  də  asan  olmadı:  general 
Denstervil  yazır  ki,  Bağdaddan  Bakıya  qədər  800 
mil  məsafə  var,  bu  məsafəyə  qoşun  göndərmək 
üçün isə güc yoxdur. Nəticədə ingilis komandanlığı 
tərəfindən  qərara  alır  ki,  hərbi  təlimatçıların 
başında general Denstervil Tiflisə göndərilsin, rus, 
gürcü  və  erməni  hərbi  hissələrini  yenidən  təşkil 
etsin  və  "türk-alman  təhlükəsinə  qarşı"  mübarizə 
aparsın. Generalın qeydləri göstərir ki, onlar "osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması", 
gürcü və ermənilərin isə "öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və bütün 
əməliyyatları  təmin  edəcək  "ingilis  qızılına"  ümid 
edirdilər.  "Türklər  almanlardan  da  bezikiblər  və 
onların  pulu  yoxdur.  Almanlar  isə  türklərlə  daim 
küsüşürlər". 
Lakin,  general  yazır  ki,  "təcrübə  başqa 
nəticəni göstərdi". General qeyd edir ki, ingilislərin 
planları  alt-üst  oldu:  "erməni  və  gürcülər  dini 
motivlərlə 
bağlı 
olmayan 
səbəblərə 
görə 
müsəlmanlarla 
küsüşdülər, 
kommunist 

xristianların  hərəkətləri  isə  ona  gətirdi  ki,  tatarlar 
türklərlə əlaqə yaratdılar". 
Cəbhə  xəttində  mövcud  olan  boşluğu 
doldurmaq üçün ingilis ko-mandanlığı general Baratovun rus korpusunu yenidən təşkil etməyə çalışsa da, buna 
nail ola bilmədi. Təkcə polkovnik L.Biçeraxovun dəstəsi ingilislərin təklifini qəbul etdi və onlara xidmət etməyə 
başladı, lakin sayca az olan bu dəstə əməliyatların gedişində dönüş yaratmaq iqdidarında deyildi. 12 zabit, 40 
əsgər,  1  zirehli  və  41  minik  avtomobili  ilə  Həmədan-Qəzvin-Ənzəli  marşrutu  ilə  hərəkət  edən  ingilis  dəstəsi 
rəsmən "Densterfors"
176
, yəni "Denstervilin qoşunları" adını aldı. 
Biçeraxovun  dəstəsi  general  Denstervilə  Ənzəliyə  qədər  yol  aça  bildi,  çünki  onun  rəqibləri  zəif 
silahlanmış,  hərbi  təhsili  və  təcrübəsi  olmayan  yerli  əhalidən  ibarət  idi.  Lakin  nizami  Osmanlı  qoşunlarını 
məğlub  edib  Qars  tərəfdən  Tiflisə  yol  açmaq  və  ya  Bakı  Sovetini  məğlub  edib  Bakıdan  Tiflisə  yol  açmaq 
Biçeraxovun imkanları xaricində idi. Nəticədə ingilis komandanlığı planlarını dəyişməyə məcbur oldu. General 
Denstervil regionda  olan  qüvvələrlə  əlaqə  yaradıb  ingilis  qoşunları  gələnə  qədər  onların  Osmanlı  qoşunlarına 
qarşı müqavimətini təşkil etməli, eyni zamanda ərazilərin ingilis nəzarəti altına keçməsi üçün şərait yaratmalı 
idi.  Generalın  yazdığına  görə  özü  ilə  kifayət  qədər,  "ingilis  qızılı  və  İran  gümüşü"  götürən  Denstervil  siyasi 
baxışlarından asılı olmayaraq ingilislərlə işləmək  istənilən qüvvəni öz tərəfinə çəkməli idi. 
Arxada təhlükəsizliyi təmin etmək üçün general Denstervil əkskəşfiyyat işinə böyük diqqət yetirirdi. Bu 
işi  o,  kapitan  Saundersə  tapşırmışdı.  Nəticədə  o,  alman  və  türk  agentlərini  zərərsizləşdirmiş,  inqilabi 
təbliğatçıları  aradan  götürə  bilmişdi.  Kəşfiyyat  işinin  yaxşı  təşkili  onun  dəstəsini  dəqiq  məlumatlarla  təmin 
edirdi. Eyni zamanda general öz qüvvələrinin sayını artırırdı. O, qeyd edir ki, "Bakı bolşeviklərindən qaçmış rus 
zabitlərinin bir tərəfə cəlb olunması həm də bütün hadisələrdən xəbərdar olmaq imkanı verirdi. Zabitlərdən ikisi 
gizli  missiya  ilə  Bakıya  göndərildi.  Bizim  tərəfimizdən  xidmətə  götürülmüş  zabitlər  çox  dürüst  insanlardı, 
müharibədə fərqlənmişdilər və özlərini göstərmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazır idilər, onlar öz 
reputasiyalarını  doğrultdular".  Tədricən  missiya  "beynəlxalq  çalarlar  almağa  başladı,  çünki  bizə  üç  fransız- 
                                                           
174
Bakıya  çıxarılmış ingilis qoşunlarının  komandanı  L.Denstervil  təyin edildiyinə görə rəsmi  sənədlərdə bu qoşunlar  «Densterfors»,  yəni «Denstervilin 
qoşunları» adlanırdı. 
175
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, 
s.488-491.
 
176
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.303. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə