Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

66 
 
Baş  Qərargah  zabiti  olan  polkovnik  Stoks  əməliyyatların  planlaşdırılmasında  əvəzsiz  idi.  O,  həmçinin 
əməliyat  vəziyyətinin  qiymətləndirilməsi  ilə  məşğul  idi.  Ehtimal  ki,  bunları  nəzərə  alan  Denstervil  Бакıуа 
gəlmiş  ilk  ingilis  dəstəsinin  komandiri    vəzifəsinə  polkovnik  Stoksu  təyin  etmişdi.  Generalın  özü-nün  Bakıya 
gəlişindən sonra  Stoks  ingilis  qoşunlarının  qərargah  rəisi  təyin  edilsə  də,  Sentrokaspi  Diktaturası  qoşunlarının 
komandanı  Dokuçayevin  qərargahına  göndərilmiş  və  burada  məsləhətçi,  əlaqə  üzrə  zabit  və  eyni  zamanda, 
Denstervilin "göz və qulaqları"  vəzifələrini icra edirdi. 
İngilis  qoşunlarının  komandanı  vəzifəsini  kral  səhra  artilleriyasının  zabiti,  polkovnik  Q.Keyvort  icra 
edirdi.  Mayın  25-də  Denstervilin  dəstəsinə    qoşulan      polkovnik    avqustun    11-dən  döyüşlərin  sonuna  qədər 
qoşunların komandanı vəzifəsini icra etmişdir. 
Bakıda olan ingilis qoşunlarının əsasını 39-cu piyada briqadasının alaylarından toplanmış yığma taborlar 
təşkil  etdiyindən  bu  hissələrə  39-cu  piyada  briqadasının  komandiri  polkovnik  Faviel  rəhbərlik  edirdi.  Bakı 
uğrunda son döyüşlərdə o, müdafiə xəttinin sağ cinahına rəhbərlik edirdi. 
Polkovnik  Uorden  piyada  qoşunların  müfəttişi  təyin  edilmişdi.  O,  əsasən 
erməni  qoşunlarının  təlimi  ilə  məşğul  olurdu.  General  Denstervil  yazır  ki,  "onun 
vəzifələrinə  cəbhə  xəttini  hər  gün  gəzmək  və  yerli  qoşunların  onlara  tapşırılmış 
mövqelərdə  olmasına  (bunu  о  bir  dəfə  də  olsun  görməmişdir),  onların  ərzaq  və 
sursatla  vaxtında  təmin  edilməsinə  nəzarət  etmək,  insanların  çoxsaylı  və  əsaslı 
şikayət və tələblərini yoxlamaq və yerinə yetirmək tapşırıqları aid idi". 
Qoşunların  təminat  məsələləri  ilə  polkovnik  Krauford  məşğul  idi.  General 
Denstervil  yazır  ki,  bu  zabit "zirehi  avtomobillər  dəstəsinə  rəhbərlik  edir, lakin iş 
bilən  adam  olduğundan  Bakı  intendantlığına  rəhbərlik  etmək  ona  tapşırılmışdır". 
Ərzaq məsələsinin həll olunmasında polkovnikə ingilislərin Bakıda keçmiş konsulu 
Klaren köməklik edirdi. 
Bakıya    təzə    gələndə      polkovnik  Raulinsona  arsenalda  qayda-qanun 
yaradılması  tapşırığı  verilir.  О,  bu  tapşırığı  bacarıqla  həll  etmişdi.  Daha  sonra 
general  Denstervil  оnа  Qafqaz  İslam  Ordusunun  arxasında  təxribat  əməliyyatı 
keçirməyi tapşırır. Plana əsasən Raulinson gəmi ilə Lənkərana gəlməli, daha sonra 
Muğan  qiyamçılarının  köməyi  ilə  avtomobillər  Muğan  düzünün  şimal  hissəsinə 
hərəkət  etməli  və  Kür  üzərində  salınmış  dəmiryol      körpüsünü      dağıtmalı      idi. 
Qeyd  etmək  lazımdır  ki,  bu  tip  əməliyyatlar  məşhur  polkovnik  Lourensin 
rəhbərliyi  ilə  ingilislər  tərəfindən  İngilis  qoşunlarının  zabiti,  mayor  Osmanlı 
ordusunun  arxasında  Ərəbistanda  da  keçirilmiş  və  çox  səmərəli  olmuşdu. 
Toplanmış  təcrübənin  Azərbaycanda  da  tətbiqi  türk-Azərbaycan  qoşunları  üçün 
təhlükəli  ola  bilərdi.  General  Denstervil  qeyd  edir  ki,  "Raulinson  əməliyyatı 
hərtərəfli  hazırlamışdı  və  sentyabrın  13-də  Lənkərana  yollanmalı  idi".  Sentyabrın 
12-də  Bakıya  həlledici  hücumun  hazırlanması  barəsində  xəbər  alan  Denstervil 
Raulinsonun  əməliyyatını  təxirə  salmağa  məcbur  oldu.  Sentyabrın  14-də  isə 
təxliyyə başlayanda Raulinsona başqa tapşırıq verildi. O, 200 ton yük qaldıra bilən 
"Armyanin"  gəmisinə  silah,  sursat  və  partlayıcı  maddələr  doldurub  Ənzəli 
limanına  yollanmalı  idi.  İngilislərin  getməsinə  maneçilik  törətməyə  çalışan  rus-
erməni heyətinin müqavimətinə baxmayaraq Raulinson tapşırığı  yerinə yetirdi. Raulinsona  bütün tədbirlərində 
ABŞ  vətəndaşı  Dana  köməklik  edir  (o,  əvvəllər  Bakıda  neft  mədənlərində  çalışmışdı),  həmçinin  tərcüməçi 
rolunu oynayırdı. 
Kral mühəndis qoşunlarının zabiti mayor Xaslam mövqelərin mühəndis təminatına cavabdeh idi. Ondan 
ilk  növbədə  müdafiə  xəttində  səngərlərin  qazılması  və  onların  qarşısında  tikanlı  məftillərin  çəkilməsi  tələb 
edilirdi.  Avqustun  26-da  türk-Azərbaycan  qoşunlarının  Palçıq  Vulkanı  təpəsinə  hücumu  zamanı  mayor 
müdafiəçilərlə birgə vuruşmuş və həlak olmuşdu. 
İngilis 
qoşunları 
Bakıya 
gələndə 
zirehli 
avtomobillər  dəstəsinə  (3  ədəd  avtomobil)  polkovnik 
Krouford  rəhbərlik  edirdi.  Lakin  ona  qoşunların  ərzaqla 
təminatı  tapşırılmışdı.  Zirehli  avtomobillər  dəstəsinə  3 
ədəd rus avtomobili də əlavə edilmiş və dəstəyə rəhbərlik 
markiz d Albissiyə tapşırılmışdı. 
Yük maşınlarına cavabdehlik isə kapitan Aldqama 
həvalə olunmuşdu. 
General  Denstervilin  dəstəsində  teleqraf  -  telefon 
rabitəsinin  qurulmasına  mayor  Pulverman  rəhbərlik 
edirdi.  Ona  kapitan  Foksli  köməklik  göstərirdi.  Bu  iki 


67 
 
zabit etibarlı rabitə sistemi yarada bildilər. 
Dəstənin maliyyə məsələləri ilə Kanada piyada hissəsinin zabiti mayor Nyukom məşğul olurdu. General 
Denstervil yazırdı ki, "maliyyə əməliyyatlarında onun böyük təcrübəsi var". 
Cənubi - Afrika qoşunlarının zabiti mayor Vanderberq mövqelərin pulemyotla müdafiəsinin rəhbəri təyin 
edilmişdi. 
Mayor  Raulandson  "Densterfors"  tərkibində  olsa  da  generalın  əmri  ilə  Biçeraxovun  dəstəsi  ilə  birgə 
Şimali  Qafqaza  göndərildi.  O,  burada  olan  ingilis  polkovniki  Paykla  bərabər  çalışmalı  idi.  Lakin  Payk  həlak 
olduğundan Raulandson çox çətinliklə də olsa qayıtdı. 
Kapitan  Noel  Qafqaz  İslam  Ordusunun  arxasında  diversiyalar  törədilməsi  üçün  hazırlanırdı,  lakin  türk-
Azərbaycan  hissələrinin  hücumları  ona  da  (polkovnik  Raulinson  kimi)  əməliyyatı  həyata  keçirməyə  imkan 
vermədi. 
Kapitan Saunders əkskəşfiyyat işi ilə məşğul idi. 
"Kommodor  Norris  rəhbərlik  etdiyi  bir  neçə  dörddüymlük  toplarla  silahlanmış  kral  dəniz  piyadaları 
dəstəsi"nin komandiri olmaqla bərabər Xəzərdə yaradılacaq dəniz qüvvələrinin rəhbəri təyin edilmişdi. 
Qoşunlarda fəaliyyət göstərən zabitlərə gəldikdə isə general aşağıdakı zabitlərin adlarını göstərir: mayor 
Ley  (Şimali  Stafford  alayının  komandiri),  mayor  Enqeldyu  (polkovnik  Qazarovun  yerli  erməni  taborlarında 
ingilis  nümayəndəsi;  sentyabrın  14-də  iki  ingilis  zabiti 
ilə  bərabər  qaçan  erməni  dəsətələrini  saxlamağa 
çalışmış,  bunun  əbəs  olduğunu  görərək  döyüşə  atılmış 
və  ağır  yaralanmışdı),  mayor  Deyrel  (yerli  erməni 
taborlarında  ingilis  nümayəndəsi), kapitan Kreq  (bölük 
komandiri),  mayor  B.Qavelok  (həlak  olub),  mayor 
Suttor,  kapitan  Brey  (general  Denstervilin  yavəri), 
kapitan 
Bollinqton 
(bölük  komandiri),  kapitan 
Turkinqton  (bölük  komandiri),  leytenant  Makbet, 
kapitan  Sparrou  (bölük  komandiri),  leytenant  Pitti 
(bölük  komandiri,  Binəqədi  yaxınlığındakı  döyüşdə 
həlak olub), leytenant Puadebar. 
Kapitan  Sesil  Cadd  döyüşənlərin  ön  cərgələrində  olmuş  və  öz  təəssüratlarını  müharibədən  sonra  çap 
etdirdiyi "General Denstervillə İran Zaqafqaziyada" adlı kitabında qələmə almışdır. 
İngilis  qoşunları  sentyabrın  ortalarında  Azərbaycanı  tərk  edəndən  sonra    "Norspersfors"  ("Şimali  İran 
qoşunları") adlandırıldı.
181
 
 
 
 
4.3. Ġngilis qoĢunlarının say tərkibi və strukturu 
 
General  Denstervilin  öz  qeydləri  göstərir  ki,  toplam  halda  ingilis  qoşunları  üç  tabor  piyada,  bir  top 
batareyası, üç yüngül zirehli avtomobil iki aeroplandan ibarət olmuşdur. 
Denstervilin  ingilis  qoşunlarının  azlığını  yaxşı  anlayırdı:  "Bu  qədər  qoşun  olanda  bizim  hissələrdən 
ehtiyyat  qüvvo  ayırmaq  çətindir,  ona  aörə  də  bütün  ehtiyat  qüvvələr  yerli  şəhər  dəstələrindən  təşkil  olurıdu, 
lakin onlar tələb olunanda heç vaxt tapılmırdılar. Bizim qüvvələrdən yalnız yerli döyüşçüləri dəstəkləmək üçün 
bir  dəstə  və  yerli  əhəmiyyətli  kiçik  ehtiyat  qüvvəsi  yarada  bildik.  Bakı  mövqelərində  dayanan  ingilis 
qoşunlarının  sayı  900  süngüdən  artıq  olmamışdır".
182
  İngilis  qoşunları  müdafiə  xəttinin  strateji  nöqtələrində 
mövqe  tutmuşdur.  Şəhərdə  keşikçi  xidmətlərini  yerinə  yetirən  təminat  hissələrinin  zabit  və  əsgərləri  də  əlavə 
ediləndə  ingilislərin  canlı  qüvvəsinin  sayı  1300  nəfər  təşkil  edirdi.  Bu  döyüşçülər  Qloçester,  Şimali  Stafford, 
Uorçester və Varvik alaylarının yığma taborlarından başqa kral səhra artilleriyasının 8-ci batareyası (mənbələrdə 
8-16 top olması göstərilir) və 730-cu avtomobil bölüyünə ("Ford" avtomobilləri), həmçinin qərargaha aid idilər. 
Döyüşlərin  ən  ağır  yerlərində  Şimali  Stafford  və  Varvik  alaylarının  taborları  yerləşdirilmişdi  ki,  bu  da 
təsadüfi deyildi. 
1881-ci ildə yaradılan  Şimali Stafford alayı (Şahzadə Uelsin alayı və  ya 98-ci  piyada alayı) xətt piyada 
alayları kateqoriyasına aid olmuşdur.
183
 Нər il oktyabrın 19-da yubileyini qeyd edən alayın parad paltarında əsas 
rənglər tünd-bordo, qara və gümüşü  idi. Əslində ilk taborları 1756-cı ildə yaradılan  alayın yaradılma  tarixinin 
                                                           
181
Агаев Ф. «Британский лев» на Кавказе // Азербайджан в мире, 2006, № 2, с.115. 
182
Денстервиль, с.94. 
183
А Short History of The Staffordshire Regiment, published by the regiment,1972; Swinson A. A Register of the Regiments and Corps of the British Army, 
London, 1972  Kitabların materialları 
en.wikipedia.org
 /wiki/ North_ Staffordshire_Regiment» INTERNET səhifəsində yerləşdirilib.
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə