81
istehkam rəisinin xidməti, oberkvartirmeyster xidməti, növbətçi zabit şöbəsi, коrpusun tibb xidməti və baytar
həkim xidməti.
220
Hissələrdə təlim bölmələri və Müsəlman təlim batareyası təşkil edilirdi. Korpusun hərbi məhkəməsinin
sədri polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman Korpusunun xidmət və
məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradılmışdı.
221
1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-
mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman
əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. X.Talışinski və onun
zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin
zirzəmisində patron sexi açıldı, könüllülər toplandı. Lakin bolşevik-erməni qüvvələrinin cəmləşdiyi Bakıda
yalnız iri, tam hazırlıqlı hərbi hissə ilə fəaliyyət göstərmək olardı. Silah-sursatı olmayan, əsasən könüllülərdən
təşkil edilməyə başlayan hərbi hissəni belə şəraitdə yaratmaq qeyri-mümkün idi. Bu səbəbdən korpusun
hissələrinin aşağıdakı dislokasiya sxemi tərtib edilmişdi (Əli ağa Şıxlinskinin 11 mart 1918-ci il 58 saylı əmri
ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci
müsəlman nişançı alayı Qubada, 1-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu,
İstehkam taboru, Müvəqqəti Milli hərbiyyə məktəb Yelizavetpolda (Gəncədə), 6-cı müsəlman nişançı alayı
İrəvan quberniyasında (qərargahı Naxçıvanda), 7-ci müsəlman nişançı alayı Nuxada, 8-ci müsəlman nişançı
alayı Abbastumanda (Şərqi Gürcüstan), 2-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu
Naxçıvanda, Müsəlman süvari-topçu batareyası Lənkəranda, 2-ci Tatar süvari alayı Ağdamda.
222
Silah və
sursatın, komanda heyətinin çatışmadığı şəraitdə belə dislokasiya sxemi ilə korpusun təşkili işi daha da
çətinləşirdi. Bütün hərbi hissələrin bir ərazidə, 2-3 təlim mərkəzlərində təşkil edilib bölgələrə göndorilməsi
məqsədə uyğun olardı, lakin mövcud hərbi-siyasi vəziyyət yuxarıda göstərilən sxemin tətbiqini tələb edirdi.
Hərbi hissələr təlimlə bərabər yerləşdiyi ərazilərdə əmin-amanlığı qorumalı, bolşevik-erməni dəstələrinin
irəliləməsinə imkan verməməli idilər.
1918-ci ilin əvvəllərindən başlayaraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının
qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək mümkün olmuşdu. Şəmkir stansiyasında baş vermiş
hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində
eşelonlar silahı təhvil vermək məcburiyyətində qaldı. Toplanan silahlar könüllülərdən təşkil edilən korpusun
yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər.
Beləliklə, 1918-ci ilin martında – Müsəlman Korpusu hissələrinin formalaşmaqda olduğu vaxt, yeganə
hazır qüvvə Tatar süvari alayı idi. Lakin alay cəmi 600-ə yaxın süvaridən ibarət idi, onların da bir qismi
Lənkəran, Bakı və Şamaxıda yaradılan hərbi hissələrdə təlimatçı kimi
çalışırdılar. Bakı Sovetinin bolşevik-erməni qüvvələrinin qarşısını almaq üçün
bu kifayət etmirdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda, daha sonra
Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən
azərbaycanlı əhalinin soyqırımı həyata keçirilərkən, bu məntəqələrdə olan
könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər.
Müsəlman Korpusunun təşkilini sürətləndirmək üçün Zaqafqaziya
hökuməti 100 min rubl, 2 təyyarə, 1 zirehli qatar, silah və sursat ayırmağa,
kömək üçün gürcü hərbi hissələrini göndərməyə söz vermişdi. Əslində 1 zirehli
qatar, az sayda atıcı silahlar, bir gürcü bölüyü göndərildi. Buna baxmayaraq,
bolşevik-erməni təcavüzünün qarşısını almaq üçün dəstə təşkil etmək qərarı
qəbul edildi. Dəstə polkovnik L.Maqalovun rəhbərliyi ilə təşkil edilmiş, onun
tərkibinə Müsəlman Korpusunun qüvvələri qatılmışdı. Bilavasitə Maqalovun
tabeçiliyində Tatar süvari alayı, 7-ci və 8-ci müsəlman nişançı alaylarından
toplanmış bir müsəlman nişançı alayı, pulemyot komandası, Milli hərbiyyə
məktəbinin müdavimləri, 1 zirehli qatar və gürcü bölüyü var idi (təxminən 2 min nəfər, 4 top, 6 pulemyot, 1
zirehli qatar).
223
Könüllülərdən təşkil edilmiş süvarilər (təxminən 3 min nəfər) toplanaraq İsmayıl хаn
Ziyadxanlının tabeçiliyinə verildi. Quba, Xaçmaz, Dəvəçidə yaradılmaqda olan hissələrin könüllüləri Bakıdan
çıxan könüllülərlə birləşərək 1-2 min nəfər təşkil etdi. Bu qüvvə imam N.Qosinskinin göndərdiyi qüvvə ilə
birləşdi, lakin Qosinskinin döyüşçüləri aprelin 8-10-da döyüşlərdə iştirak etsələr də, Xırdalana çatar-çatmaz
Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.
224
220
Süleymanov M.S. Azərbaycan Ordusu, s.33.
221
Süleymanov M.S. Azərbaycan Ordusu, s.34.
222
Süleymanov M.S. Azərbaycan Ordusu, s.54-55.
223
Кадишев А.Б.Интервенция и гражданская война в Закавказье. Москва, 960, с.90.
224
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.64-65.
82
İsrafil bəy İsrafilov xatirələrində yazır ki, "Tatar süvari alayı gənc respublikanın yeganə yaxşı təşkil
edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr
və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli
başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..."
Bakı Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil
edilməmiş, ümumiyyətlə Korpus ayrı-ayrı bölmələr şəklində (alay-tabor-bölük) vuruşmuşdur. Məhz bu amil
Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoymuşdur.
5.4. Qafqaz Ġslam Ordusunun iyun-iyul aylarında quruluĢu
Ənvər paşanın Azərbaycanla bağlı planı burada yerli qüvvələr hesabına türk zabitlərinin köməyi ilə
tərkibində 3 piyada diviziya (hər) birində 3 piyada alay) olan 1 korpus yaratmaq idi. Nuru paşa Mosulda 6-cı
Ordu komandanlığından 149 zabit və məmur, 488 gizir və əsgər seçərək onlardan təlimatçılar kimi istifadəni
planlaşdırırdı. Aprelin 5-də Ənvər paşa tərəfindən təsdiqlənmiş Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə
aid Təlimnamə də bunu təsdiqləyir. Nuru paşa Mosul-Təbriz-Naxçıvan marşrutu ilə hərəkət edərkən
Naxçıvanda, Or-dubadda, daha sonra Cəbrayıl, Ağdam, Tərtər və Yevlaxda bir neçə osmanlı zabitini
yerləşdirərək onlara yerli konüllülərdən ibarət dəstələr yaratmağı tapşırırdı.
225
Bir çox yerlərdə əhali I Dünya
müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr
təşkil etmişdilər. Nuxada Bədri və Sidqi əfəndilər, Zaqatalada Həqqi əfəndi və Ələddin əfəndi belə dəstələrin
komandirləri idi. Lakin Nuru paşanın üzləşdiyi reallıq planları pozdu. Bakı Soveti qoşunları sürətlə irəliləyir,
Müsəlman Korpusunun kiçik hərbi qüvvələri onun hərəkət sürətini nisbətən ləngitsə də, qarşısını ala bilmirdi.
Könüllülərdən yaradılan hərbi hissələr silah və sursatla təmin edilməmiş, təlim keçməmiş, zabit heyəti demək
olar ki, yox idi. Belə şəraitdə təlimatçılar vasitəsi ilə hərbi hissələrin yaradılması prosesi çox vaxt tələb edərdi.
Nuru paşa teleqramlarının birində xəbər verirdi ki, Müsəlman Korpusunda 1000-ə yaxın döyüşçü var, bu isə
göstərir ki, toplanan könüllü dəstələri о real qüvvə kimi heç nəzərə almırdı.
226
Belə vəziyyətdə məhz nizami
osmanlı qoşunlarının göndərilməsi ehtiyacı açıq-aydın görünürdü. Bu qüvvələr komandanı Vehib paşa olan 3-
cü Ordu tərkibindən götürülməli idi.
İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə
birbaşa hərbi qüvvələrin göndərilməsinə imkan yaratdı. İyunun əvvəllərindən Azərbaycana 3-сü Osmanlı
ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət
idi. Dəstə QİO-nun avanqardı rolunu oynayırdı.
Qafqaz İslam Ordusu tərkibində
Osmanlı qoşunları 5-ci Qafqaz firqəsi
(diviziya) ilə təmsil olunmuşdular. Əvvəllər
3-cü Ordunun (komandan Vehib paşa)
tərkibində olan firqə aşağıdakı quruluşa
malik idi: üç piyada alay (9-cu, 10-cu, 13-cü
alaylar), bir süvari alayı (mürəttəb 2-ci
süvari alayı), bir topçu alayı (5-ci Qafqaz
səhra topçu alayı) və əlavə hissələr.
227
Hər piyada alayında üç piyada tabor,
bir pulemyot (makinalı tüfəng) bölüyü var
idi. 9-cu piyada alayı (komandir minbaşı Cəmil Cahid bəy sonra qaimməqam Həmdi bəy) 25-ci, 26-cı və 27-ci
piyada taborlarından ibarət idi. 10-cu piyada alayı (komandir qayməqam Osman bəy, sonra Dəmirəli bəy) 28-ci,
29-cu və 30-cu piyada taborlarından ibarət olmuşdur. Üç tabordan (4-cü, 46-cı, 60-cı piyada taborları) ibarət 13-
cü piyada alayının komandiri qayməqam Əhməd Riza bəy idi.
19-cu və 42-ci süvari bölüklərdən ibarət olan mürəttəb 2-ci süvari alayının komandiri minbaşi Zehni bəy
idi.
5-ci Qafqaz səhra topçu alayı (komandir minbaşı Abdulla bəy) iki topçu taborundan ibarət olmuşdur
(Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4-
cü və 5-ci batareyalardan təşkil edilmişdi.
225
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.230-231.
226
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.107-108.
227
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.119-120.
Dostları ilə paylaş: |