Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

79 
 
Ordusuna  xidmətə  qəbul  edilir.  O  1-ci  süvari  diviziyanın  komandiri  təyin  olunur,  eyni  zamanda  Gəncə  şəhəri 
hərbi qarnizonu rəisi vəzifəsini də icra edir.
210
 Sovet hakimiyyəti qurulandan sonra onun taleyi məlum deyil. 
Bu  zaman  Tatar  və  Çeçen  alayları  diviziyanın  2-ci  süvari  briqadasını  təşkil  edirdi  (briqada  komandiri 
polkovnik K.Xaqandokov). 
1914-cü il noyabrın əvvəllərində diviziya 2-ci süvari korpusun (komandir general-leytenant Hüseyn Xan 
Naxçıvanski)  tərkibinə  verildi.
211
  Lvov  şəhərində  hissələrə  baxış  keçirən  Xan  Naxçıvanski  onların 
hazırlıqlarından  razı  qaldı.  Jurnalist  İlya  Tolstoy  (məşhur  yazıçı  Lev  Tolstoyun  oğlu)  özünün  "Al  başlıqlar" 
("Алые  башлыки")  oçerkində  yazırdı:  "Biri  digərindən  gözəl  olan  alaylar  süvari  şəkildə  yürüş  qaydası  ilə 
keçirdi,  bütün  şəhər  indiyənədək  görmədiyi  tədbiri  seyr  etməyə  yığışmışdı...  Öz  tütəklərində  hərbi  xalq 
mahnılarını çalan zurnaçıların müşayiəti ilə sinirli, gözəl atlar üzərində oturmuş, qəşəng çərkəzi paltar geymiş, 
qızıl və gümüşlə işlənmiş silahlara malik olan, al-qırmızı başlıqlı qarabəniz, çevik, qürurlu və ləyaqətli süvarilər 
bizim  yanımızdan  keçirdi".  Baxışdan  dərhal  sonra  Sana  çayı  sahilinə  çıxarılan  alaylar  Polyançik,  Rıbne, 
Verxovina-Bıstra  istiqamətlərində  ağır  döyüşlərə  atıldılar.  1915-ci  ilin  yanvarında  düşmənin  Peremışl 
istiqamətinə  yürüşünün  qarşısını  almaq  üçün  Tatar  alayı  hətta  piyada  halda  vuruşmalı  olmuşdur.  "Müharibə 
salnaməsi"  adlı  topluda  "Dikaya  diviziya"  oçerkində  qeyd  edilmişdir:  "Karpatlarda  qar  var,  hər  tərəf  ağdır. 
Qabaqda  təpələrdə,  qar  səngərlərində  avstriya  piyadaları  yerləşiblər.  Hər  tərəfdə  güllələr  uçur...  Hamısı 
özümüzkülərdir.  Əhmədi  yaralasalar  İbrahim  çıxardar,  İbrahimi  yaralasalar  İsrayıl  çıxardar,  Abdullanı 
yaralasalar  İdris  onları  daşıyar.  Daşıyıb  çıxararlar,  nə  yaralını,  nə  də  ölünü  düşmənə  qoymazlar...  Alay  yürüş 
üçün  düzüldü. Ehtiyat  kolonunda  qəhvəyi - boz atlar üzərində süvarilər dayanmışdı.  Yəhərlərin arxasına qara 
yapıncılar asılmış, atların yanlarından əlvan xurcunlar sallanır, qəhvəyi papaqlar alınlara düşür. Qarşıda döyüş 
var,  çünki  düşmən  yaxındadır.  Ağ  atın  belində,  çiynində  tüfəngi  olan  molla  kolonun  qabağına  çıxır...  Molla 
döyüşdən əvvəl dua edir... Qaş-qabaqlı üzlər ona dinməz qulaq asırlar. "Amin"- cərgələr səslənir, Amin, Allah, 
Allah!"  Əllərini  alınlarına  apardılar,  üzlərinə  çəkdilər,  sanki  ağır  fikirləri  sildilər,  yüyənləri  çəkdilər.  Döyüşə 
getməyə hazırdılar. Ya Allah, Allah yolunda irəli!"
212
 
Qalisiya  əməliyyatında  Tatar  alayı  Karpart  dağlarını  aşaraq  düşmən  arxasına  keçməklə  nəticələnən 
məşhur  bir  reyd  etmişdi.  1915-ci  ilin  fevralında  diviziya  uğurlu  hücum  əməliyyatları  keçirdi.  Fevralın  15-də 
Brin  kəndinə  Çeçen  və  Tatar  alayları  hücum  etdi.  Əlbəyaxa  döyüşdən  sonra  kənd  alınmış  və  A.Polovsev 
Müqəddəs  Georgi  ordenin  4-cü  dərəcəsi  ilə  təltif  edilmişdir.  Yelizavetpol 
qubernatoruna  məktubunda  Polovsev  yazırdı:  "Yerli  diviziyada  birinci  olaraq 
Tatar alayı öz komandirinə Georgi xaçını qazandırmışdır. Yüksək təltif nişanı ilə 
fəxr edərək onu tatar süvarilərin yüksək döyüş keyfiyyətləri və şücaətinə verilmiş 
qiymət hesab edirəm.. "
213
 Fevralın 21-də Xan Naxçıvanski böyük knyaz Mixail 
Aleksandroviçə  düşməni  Tlumaç  mövqelərindən  qovmağı  əmr  etdi.  İrəli 
göndərilən  Tatar  və  Çeçen  alayları  tapşırığı  yerinə  yetirdi.  1915-ci  ilin  avqust 
ayında  Dnestr  çayının  sol  sahilində  ağır  döyüşlər  gedirdi.  2-ci  süvari  briqada 
Vinyatınsı        rayonunda        250        süvari  itirməklə  düşmənin  5  irimiqyaslı 
hücumunu  dəf  etmişdir.  Əslən  qabardin    olan  Tembot  Janxotoviç    Bekoviç-
Çerkasski      (son-ralar  adını  dəyişdirib)  1916-cı  ilin    əvvəllərində  Tatar    süvari 
alayına  komandir  təyin  olundu.  1916-cı  il  yanvarın  21-də  diviziya  tərkibində 
yeganə olaraq Tatar alayına imperatorun əmri ilə fəxri ştandart verilmişdir.
214
 Rusiya ordusunda ştandartla təltif 
edilmə kollektiv təltif nişanları sırasında ən vacibi sayılırdı. Mayın 31-də Tatar alayı yenidən fərqləndi. Tışkovsı 
kəndi  hücumla  alınarkən  burada  düşmənin  6  zabiti  və  171  əsgəri  əsir  götürülmüşdü.  Dərhal  mövqelərini 
vəziyyəti  bərpa  etməyə  çalışan  avstriyalılar  iri  qüvvələrlə  bir  neçə  dəfə  hücum  etmiş,  lakin  256  nəfər  itirərək 
geri çəkilməyə məcbur olmuşdular. Bu döyüşə görə Bekoviç-Çerkasski Müqəddəs Georgi ordenin 3-cü dərəcəsi 
ilə təltif edilmişdir. 
1916-cı  ilin  yayında  Tatar  süvari  alayı  Cənub-Qərb  cəbhəsinin  "Brusilov  əməliyyatı"nda  iştirak  edir. 
İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxmış, sonra isə Çeçen 
alayı  ilə  birgə  düşmənin  atəşi  altında  çayı  keçməyə  müvəffəq  olmuşdur.  Rostoku  tutaraq  alaylar  sürətlə  Prut 
çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan 
Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib). 
                                                           
210
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.94.
 
211
Иванов Р. Н. Генерал-адъютант его величества. Москва, 2006, с.211-219. 
 
212
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür.  
213
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.212. 
214
РГВИА, ф.3530, оп.1, д.131, л.12. 


80 
 
1917-ci ilin avqustunadək döyüşlərdən çıxmayan Tatar süvari alayı döyüşçülərinin qəhrəmanlığı yüksək 
qiymətləndirilmişdi.
215
  Alayın  6  nəfər  zabiti  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi,  5  nəfər  zabiti  isə  ona 
bərabər tutulan "Qızıl silah"la təltif edilmişdilər. Onların sırasında gələcəyin məşhur sərkərdəsi, alayının korneti 
Cəmşid  Xan  Naxçıvanski  da  var  idi.  Alayın  bütün  zabitləri  imperiyanın  digər  ordenləri  ilə  də 
mükafatlandırılmışdı.  Digər  alayların  tərkibində  vuruşan  azərbaycanlılar  da  mükafatlandırılmışdı.  Belə  ki, 
Kabarda süvari alayının ştab - rostmistri Kərim Xan İrəvanski "Qızıl silah"la təltif edilmişdi. Sıravilər sırasında 
da  fərqlənənlər  az  deyildi.  Əli  bəy  Nəbibəyov,  Sayad  Zeynalov,  Mehti  İbrahimov,  Ələkbər  Hacıyev,  Daso 
Daurov,  Aleksandr  Kaytukov  tam  Georgi  kavalerləri  (4  "əsgər"  Georgi  nişanına  layiq  görülənlər  tam  kavaler 
sayılırdılar)  olmuşdur.  Üç  Georgi  xaçı  və  üç  Georgi  medalı  ilə  Osman  ağa  Gülməmmədov  təltif  edilmişdi. 
Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə başlayaraq 
o,  üç  Georgi  xaçı  və  bir  Georgi  medalı  ilə  təltif  edilmiş,  bilik  və  bacarığına  görə  zabit  rütbəsinə  layiq 
görüləndən  sonra  daha  dörd  döyüş  ordeninə  layiq  görülmüşdü.  4-cü  dərəcəli  "əsgər"  Georgi  nişanı  ilə  Paşa 
Rüstəmov, Xəlil bəy Qasımov, Şahzadə İdris ağa Qacar, Kərim Qulu oğlu təltif edildilər. 1917-ci il iyunun 24-
dən  etibarən  Müvəqqəti  hökumətin  qərarı  ilə  "əsgər"  Georgi  xaçı  ilə  zabitlər  də  təltif  edilə  bilərdi.  "Əsgər" 
nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid Naxçıvanski, Xaitbəy Şervaşidze, N.Bobrinski, rotmistr Şahverdi 
Xan Ziyadxanov, ştab - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy 
Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər. 
Petroqrad  hərbi  dairəsinin  komandanı  general-mayor  P.A.Polovsev  Məmməd  Xan  Ziyadxanova  yazdığı 
məktubunda qeyd edirdi: "Qalisiya və Rumuniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar etmiş müsəlmanlar 
özlərini böyük əcdadlarının layiqli davamçıları və bizim böyük vətənin sadiq oğulları kimi göstərmişdilər." 
Polovsev inqilabi hadisələrinin dəhşətlərini görərək Müvəqqəti hökumətdən korpus hissələrinin Qafqaza 
göndərilməsinə  nail  ola  bildi.  Korpusun  qərargahı  Vladiqafqazda,  diviziyanın  qərargahı  isə  Pyatiqorskda  idi, 
Tatar alayı Yelizavetpola göndərildi.
216
 1917-ci ilin oktyabr çevrilişindən sonra korpus öz təşkilatı və tərkibini 
saxlayırdı, lakin 1918-ci ilin yanvarında korpus ləğv edildi. 
Müsəlman Korpusunun komandanı təyin edilən general-leytenant  Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, 
"bizim  əlimizdə  silah,  cəbhəxana,  ərzaq  ehtiyatı,  paltar  və  ayaqqabı  yox  idi".  1918-ci  il  yanvarın  7-də  "Açıq 
söz"  qəzeti yazırdı ki, yaradılmaqda  olan Müsəlman  Korpusu  tədricən Rusiyanın keçmiş  6-cı ordu korpusunu 
(5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməli idi.
217
 
Dövrün hadisələrində fəal iştirak etmiş İsrafil bəy İsrafilov öz xatirələrində göstərir ki, Tatar süvari alayı 
azərbaycanlılardan ibarət yeganə yaxşı təşkil edilmiş silahlı qüvvə idi. Ona kömək məqsədi ilə əsasən tələbələr 
və  ziyalılardan  ibarət  "Yaşıl  qvardiya"nın  yaradılmasına  başlandı.  Qvardiyaya  komandanlıq  İ.  İsrafilova 
tapşırıldı,  onun  süvari  dəstəsini  polkovnik  Rəfibəyli  təşkil  etməli  idi.  Bakı  Soveti  və  onun  qurumları  Bakıda 
milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu şəklində (80 nəfər) 
tərtib edilərək Lənkərana köçdülər.
218
 
Təminatla  bağlı  problemi  həll  etmək  üçün  müsəlman  ictimai  təşkilatları  bazarlardan  lazım  olanları  alıb 
qoşun hissələrinə təhvil verirdilər. Bəzi hallarda torpaq sahibkarları və imkanlı şəxslər öz dəsətələri ilə Korpusa 
yazılırdılar.  Belə  ki,  Rəşid  bəy  Səmədov  adlı  birisi  öz  dəstəsi  ilə  gəlmiş  və  dəstə  tam  heyətlə  1-ci  süvari 
müsəlman  alayına  qatılmışdı.  Eskadron 
şəklində 
düzənlənən 
dəstəyə 
Xan 
Naxçıvanski  komandir  təyin  edildi, 
R.Səmədova  praporşik  rütbəsi  verildi  və 
o,  eskadron  komandirinin  köməkçisi 
oldu.
219
 
Müsəlman  Korpusunun  strukturu 
aşağıdakı  şəkildə  olmalı  idi:  iki  nişançı 
diviziya (hər birində 4 nişançı alay (1-ci, 
2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci müsəlman alayları), Xüsusi süvari briqada (3 süvari alay -1-ci Müsəlman 
süvari alayı, 2-ci Tatar süvari alayı, 3-cü Ləzgi süvari alayı), iki nişançı-topçu briqadası (1-ci və 2-ci), istehkam 
taboru,  Süvari  batareya,  Mortir  və  park  divizionu,  2-ci  müsəlman  Mortir  parkı.  Korpusun  qərargahında 
aşağıdakı  strukturlar  var  idi:  Ümumi  qərargah,  korpusun  təchizat  rəisi  xidməti,  topçu  müfəttişi  xidməti, 
                                                           
215
РГВИА, ф- 2100, oп. 2, д.46, л. 13-14об, 45,47-47об., 64-64об., 66-66 об.  
 
216
Иванов P.H. Именем Союза, с151. 
217
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.38. 
218
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
219
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.53-54. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə