74
könüllülərin sayı artırdı. Nəticədə döyüşlərdə itkilər versə də QİO-nun say tərkibi nəinki azalmır, əksinə, artırdı.
Eyni zamanda onun tərkibində azərbaycanlıların da sayı kəskin surətdə artmışdı. Azərbaycanlı əsgərlər təkcə
Azərbaycan hərbi hissələrində deyil, Osmanlı hərbi hissələrinin də tərkibində vuruşurdular (türk hərbi
hissələrinin itkiləri azərbaycanlı döyüşçülər hesabına bərpa edilirdi).
1918-ci il avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin
Azərbaycan hərbi hissələri öz mövcudluğunu saxladı. Onların komandirləri vəzifələrinə osmanlı zabitləri təyin
edildi. Bununla Bakıya həlledici hücum ərəfəsində QİO-nun azərbaycan hərbi hissələrindən qeyri-müsəlmanları
uzaqlaşdırmağa çalışan Nuru paşa azərbaycanlı zabitləri müxtəlif vəzifələrə təyin etmişdi.
196
196
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.267.
75
76
Bu tipli anlaşılmazlıqlara baxmayaraq Qafqaz İslam Ordusunun türk və azərbaycanlı zabit və əsgərləri
onların üzərinə düşmüş çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdilər.
5.3. Müsəlman Korpusunun strukturu
1917-ci ilin yayından Rusiya ordusunda mövcud olmuş gürcü və erməni milli hərbi hissələri Qafqazda
cəmləşdirilməyə başlandı. Azərbaycanlılardan ibarət yeganə nizami hərbi hissə olan Tatar süvari alayı Qafqaz
yerli süvari diviziyası tərkibində Qalisiyada vuruşurdu. Bununla belə bölgədə xidmət edən azərbaycanlı zabitlər
pərakəndə halda olsa da fəaliyyət göstərirdilər.
Polkovnik Süleyman bəy Əfəndiyev 1917-ci ilin
iyulunda Yelizavetpola ezamiyyətə göndərildi. Öz
vəzifə-sini icra etməklə bərabər, o, Müsəlman Milli
Komitəsi ilə əlaqə yaradıb şəhərdə hərbi kurs təşkil
etdi və 150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin
öyrədilməsinə başladı. Kursun müdavimləri hərbi işi
öyrənməklə bərabər Yelizavetpolda qanun-qaydanın
yaradılmasına, özbaşınalıqların qarşısının alınmasına
çox köməklik etmişdilər.
197
1917-ci il dekabrın 6-da ZK-nın növbəti iclasında qəbul edilən qərar Rusiyanın Qafqaz Ordusunun milli
hərbi hissələr əsasında təşkil edilməsi üçün əsas oldu. Qafqaz cəbhəsinin komissarı Donskoyun əmrinə əsasən
"ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, azərbaycanlılardan və
ruslardan ibarət milli korpuslar yaradılmalıydı. Azərbaycanlılardan ibarət korpus Müsəlman Qolordusu
(Korpusu) adlandırılmalı idi, lakin onun
yaradılması barəsində qərar yubadılırdı. Yalnız
azərbaycanlı deputatların təkidlərindən sonra
1917-ci
il
dekabrın 11-də Zaqafqaziya
Komissarlığı
tərəfindən
Müsəlman
Korpusunun yaradılması barəsində qətnamə
qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların
əsgərliyə çağırışı könüllü xarakter daşımalı,
toplanma işi Mərkəzi Zaqafqaziya Müsəlman
Komitəsinə
tapşırılmalı idi.
198
Korpusun
təşkilinə köməklik məqsədi ilə Tiflisdə
"Qafqaz Müsəlmanlarının Hərbi Şurası" təşkil
edildi. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan general-leytenant Ə.Şıxlinski Müsəlman Korpusunun
komandanı təyin edildi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi, bu da təsadüfi
deyildi. Belə ki, məhz burada milli Azərbaycan partiyaları və təşkilatlarının mövqeləri güclü olmuş, üstəlik
oktyabr ayından etibarən Tatar süvari alayı burada yerləşməyə başlamışdı.
Tatar (Azərbaycan) süvari alayı 1914-1917-ci illərdə.
199
1914-cü il avqustun 23-də "Qafqaz yerli süvari diviziya"sının (Кавказская туземная конная дивизия)
yaradılması barəsində imperator II Nikolay əmr imzaladı. Diviziyada üç briqada tərkibində birləşdirilmiş 6 alay
olmalı idi: Qabarda, 2-ci Dağıstan, Çeçen, Tatar (azərbaycanlılar "qafqaz tatarları" kimi göstərildiyindən alay da
Tatar alayı adını almışdır), Çərkəz və İnquş alayları. Rusiya ordusu tərkibində Qafqaz süvari diviziya və beş
Qafqaz kazak diviziyası olduğundan yeni yaradılan hərbi hissənin adına "yerli" sözü əlavə edildi. İmperatorun
qardaşı böyük knyaz general-mayor Mixail Aleksandroviç Qafqaz yerli süvari diviziyasının komandiri, Litva
müsəlmanlarından olan polkovnik Y.D.Yüzefoviç diviziyanın qərargah rəisi təyin edilmişdilər. 1914-cü ilin
noyabrında Tiflisə gələn imperator "Diviziya tərkibinə altı alay təşkil etmiş Qafqazın müsəlman əhalisinə
ürəkdən təşəkkür"ünü bildirmişdi.
200
1915-1917-ci illər döyüşlərində fədakarlıqla vuruşmuş Qafqaz yerli süvari diviziyası Rusiya ordusunun
ən tanınmış hərbi hissələrindən biri olmuşdur. Avstriya, Almaniya və Rumın cəbhələrində vuruşmuş diviziya
qəhrəmanlıq və hərbi bacarığı ilə seçilmişdir. Diviziyanın döyüşçüləri çoxlu qənimət əldə etmişdi. Təkcə onu
qeyd etmək kifayətdir ki, müharibə dövründə ələ keçirdiyi əsirlərin sayı diviziyanm öz sayından 4 dəfə çox
197
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33-34.
198
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36-37.
199
Tatar (Azərbaycan) süvari alayının yaradılması və fəaliyyəti barəsində tarixi
materialların sürətlərini bizim üçün Mosvka arxivlərindən aşkar edib
göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü bildiririk.
200
Иванов P.H. Именем Союза Советских, Москва, 2007, с.85.
Dostları ilə paylaş: |