Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

78 
 
Mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna 
çağırışı  başlamaq  barəsində  məktubla  xəbər  vermiş,  avqustun  27-də  isə  qubernator  tələb  olunan  400  süvari 
əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir. Qubernator yazırdı ki, alayın heyəti döyüş bayrağı 
kimi onlara 1-ci atlı müsəlman alayının (1828-ci ildə təşkil edilib, 1830-cu ildə fəxri bayraqla təltif edilib) Şuşa 
qəza idarəsində saxlanılan fəxri bayrağını verməyi xahiş edir.
205
 
Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə 
və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin göndərilməsi təntənəli şəkildə həyata keçirildi. 
Alay yola düşərkən onu əhali ilə birlikdə axund Hüseyn Əfəndi Əfəndiyev yola salmışdır. Alay Ukraynada olan 
zaman onun tərkibinə Şərqə vurğunluğu ilə seçilən Fransa vətəndaşı Şarl Testenuar qatılmış və alayın süvarisi 
olmaq  hüququ  ona  da  verilmişdir.  Tatar  süvari  alayı cəbhə  bölgəsinə  beş  eşalonla  1914-cü  il,  11-13  sentyabr 
tarixlərində  yollandı.  Sentyabrın  12-də  Qafqaz  süvari  diviziyasının  komandiri  Böyük  knyaz  Mixail 
Aleksandroviç  Yelizavetpol  qubernatoruna  teleqram  ünvanlayaraq  alayın  təşkilinə  görə  "şəhər  əhalisi,  qəza 
nümayəndələri və igidlərə” təşəkkürünü bildirmişdir. Alayın baş axundu vəzifəsinə görkəmli Azərbaycan şairi 
Məhəmməd Hadi təyin edilmişdi. 
Tatar  süvari  alayının  ilk  komandiri  podpolkovnik  P.A.Polovsev  (01.09.1914-25.02.1916),  sonra 
polkovnik  F.N.Bekoviç-Çerkasski  (25.02.  1916-05.07.1917),  axırda  isə  polkovnik  L.Maqalov  (05.07.1917-ci 
ildən) olmuşdur.
206
 Bessarabiya  zadəganlarından olan Pyotr  Aleksandroviç  Polovsev 1874-cü ildə Peterburqda 
anadan  olmuşdur.  Qusar  alaylarında  xidmət  etmiş  Polovsevin  məhz  Tatar  alayına  komandir  təyin  edilməsi 
təsadüfi  deyildi.  Azərbaycanlılara  böyük  hörmətlə  yanaşan,  Azərbaycan  adət-
ənənələrini alayda saxlamağa imkan verən, şücaət və qorxmazlığı ilə seçilən Polovsev 
barəsində  rus  zabitləri  deyirdilər  ki,  "onun  bədəni  rus,  ruhu  isə  tatardır".  Alay 
komandirinin  köməkçiləri  əslən  Bakıdan  olan  podpolkovnik  Vsevolod  Staroselski  və 
rotmistr  Şahverdi  xan  Əbülfət  xan  oğlu  Ziyadxanov  təyin  edilmişdilər.  1916-cı  ilin 
əvvəllərində  polkovnik  A.Polovsev  Qafqaz  yerli  süvari  diviziyasının  qərargah  rəisi 
təyin  edildi.  1917-ci  ilin  mayında  Petroqrad  hərbi  dairəsinin  komandanı  təyin  edilən 
general-mayor P.A.Polovsev şəxsən hərbi nazirə müracəit edərək yeni vəzifədə Tatar 
süvari alayının uniformasını daşımaq hüququnu qazanmışdır. 1917-ci il sentyabrın 2-
də  general  P.A.Polovsev  Qafqaz  yerli  süvari  korpusunun  komandiri  təyin  edilmişdir. 
Polovsev inqilabi hadisələrin dəhşətlərini görərək Müvəqqəti hökumətdən hissələrinin 
Qafqaza göndərilməsi barədə razılıq almağa nail ola bildi. Korpusun hissələrini Şimali 
Qafqazda  yerləşdirən  Polovsev  özünə  doğma  bildiyi  Tatar  alayını  Azərbaycana  göndərdi.  Oktyabrın  26-da 
Polovsev Yelenendorfa (Yelizavetpol yaxınlığında alman koloniyası) gələrək burada Tatar süvari alayına baxış 
keçirdi və alayın hazır hərbi hissə olmasını təsdiqlədi.
207
 Polovsevin sonrakı taleyi məlum deyil. 
Tatar alayının formalaşmasında 8-ci ehtiyat süvari alayının müsəlman zabit və unter-zabitləri iştirak edir, 
onlara  alayın  təşkilində  köməklik  göstərmək  üçün  16-cı  Tver  draqun  alayından  polkovnik  Şahzadə  Feyzulla 
Mirzə  Qacar  başçılıq  edirdi.  Şahzadə  Feyzulla  Mirzə  Qacar  1872-ci  ildə  çar  ordusunun  polkovniki  Şəfi  Xan 
Qacarın ailəsində anadan olub.
208
 Tiflis kadet korpusu və Nikolayev süvari məktəbini bitirdikdən sonra draqun 
alaylarında xidmət edən Feyzulla Mirzə 2-ci Dağıstan alayının (komandir Hüseyn Xan Naxçıvanski) tərkibində 
Rus-Yapon müharibəsində iştirak etmiş, şəxsi şücaəti ilə seçilmişdir. Ayağından ağır yaralanan Feyzulla Mirzə 
dəfələrlə  təltif  edilmişdir.  I  Dünya  müharibəsi  başlayanda  rotsmistr  rütbəsində  olan  Feyzulla  Mirzə  eskadron 
komandiri  idi.  15  fevral  1915-ci  il  tarixində  Brın  kəndi  uğrunda  gedən  döyüşdə  geri  çəkilən  Uman  kazak 
alayının  dörd  süvari  bölüyünü  saxlayıb,  ona  ürək-dirək  verən,  onları  yenidən  düzənləyib  döyüşə  aparan  və 
qələbə  qazanan  Şahzadə  Feyzulla  Mirzə  Qacar  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi  ilə  təltif  edilmişdir. 
1915-ci fevralın 17-də polkovnik F.M.Qacar Çeçen süvari alayının komandiri təyin edildi. İyul ayında Şahzadə 
Feyzulla  Mirzə  Qacar  2-ci  süvari  briqadanın  (Çeçen  və  Tatar  alayları)  komandiri  təyin  edildi.  Dekabrın  9-da 
polkovnik  Feyzulla  Mirzə  Qacar  ağır  yaralanmış,  lakin  sağalandan  sonra  1917-ci  ilin  fevralında  yenidən 
diviziyaya  qayıtmış,  Çeçen  süvari  alayının  komandiri  təyin  edilmişdir.  May  ayında  general-mayor  rütbəsinə 
layiq  görülən  Feyzulla  Mirzə  Qacar  2-ci  süvari  briqadanın,  1917-ci  ilin  avqustunda  Qafqaz  yerli  süvari 
diviziyasının  komandiri  təyin  edildi.  3-cü  dərəcəli  Müqəddəs  Georgi  və  "Qızıl  silaha"  təqdim  edilən  şahzadə 
onları  ala  bilmədi:  imperiyanın  parçalanması  buna  imkan  vermedi.
209
  1918-ci  ilin  dekabrınadək  Pyatiqorskda 
diviziyanı saxlamağa çalışan və dağılmaqdan qoruyan Feyzulla Mirzə Qacar Azərbaycana gəlir və Azərbaycan 
                                                           
205
РГВИА, ф. 3642, оп.1, д.7, л.47-47об.  
206
РГВИА, ф. 3642, оп.1, д.8, л.41. 
207
Иванов Р.Н. Именем Союза, с.95. 
208
Исмаилов Э.Э. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005,с.203-205. 
209
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.206- 221. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə