Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   30   31   32   33   34   35   36   37   ...   90

68 
 
məhz  1881-ci  ildən  götürülməsi  bu  ildən  onun  nizami  qoşun  hissəsi  kimi  fəaliyyətə  başlaması  ilə  bağlı 
olmuşdur.  İki  nizami,  iki  milis  və  iki  könüllü  tabordan  ibarət  olan  alay  tədricən  ordunun  ən  intizamlı 
hissələrindən birinə çevrilirdi. Onun tərkibində olmuş milis taborları ehtiyat qüvvələri tərkibinə, könüllülərdən 
ibarət  taborlar  isə  ərazi  hissələri  tərkibinə  verilmişdi.  Yarandığı  dövrdən  İngiltərənin  Amerikadakı 
koloniyalarında, Barbados adasında (1884-1887), daha sonra Cənubi Afrika (1887-1893), Malta (1893-1895) və 
Misirdə  (1895-1897)  xidmət  edən  hərbi  hissənin  l-ci  taboru  ilk  döyüşlərini  Sudanda  keçirmiş  (1897), 
Hindistanda  (1897-1903)  və  İrlandiyada  (1903-1912)  dislokasiya  edilmişdi.  Hərbi  hissənin  2-ci  taboru  1881-
1886-cı  illərdə  Hindistanda  olmuş,  1884-cü  ildə  Zab  vadisinə  yürüşdə  iştirak  etmiş,  Aden  limanından 
İngiltərəyə göndərilmişdir. 1886-1893-cü illərdə tabor İngiltərədə, 1893-1899-cu illərdə İr-landiyada dislokasiya 
edilmişdi. 1899-cu ildə Cənubi Afrikaya göndərilən tabor 2-ci Bur müharibəsində 1902-ci ilədək iştirak etmiş və 
İngiltərəyə  qaytarılmışdı.  1903-cü  ildən  Hindistanda  yerləşmişdir.  I  Dünya  müharibəsində  alayın  1-ci  taboru 
1914-cü ildə Armentir, 1916-cı ildə Somma, 1917-ci ildə Messina, İpr, Sen-Kventin kanalı, Sell, Sari Bair, Kut 
əl-Əmar  döyüşlərində  iştirak  etmiş,  2-ci  taboru  Hindistanın  şimal-qərb  sərhəddində  yerləşmişdi.  Sonrakı 
dövrlərdə  İngiltərənin  apardığı  çoxsaylı  müharibələrin  əksəriyyətində  alayın  hissələri  iştirak  etmişdi.  1959-cu 
ildə Şimali Stafford alayı Cənubi Stafford alayı ilə birləşdirilmiş və Stafford alayı (Şahzadə Uelsin alayı) adı ilə 
indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir. 
Varvik alayının tam adı "Kral Varvik fuziler (fuzi-ağır fuzeya tüfəngi ilə silahlanmış piyada) alayı" kimi 
göstərilir. 1674-cü ildə Hollandiya hökuməti muzdlu ordu yaradarkən iki ingilis alayı təşkil etmiş, 1685-ci ildə 
İngiltərə kralı II Yakob onları İngiltərəyə çağıraraq hakimiyyətə iddialı olan və krala qarşı qiyam qaldırmış qraf 
Monmuta  qarşı  istifadə etmişdir.  Qiyam  yatırıldıqdan  sonra  5-ci  və  6-cı  piyada  alayları  adı  ilə  tanınan  alaylar 
Hollandiyaya  qayıtmışlar.  1688-ci  ildə  Oranlı  Vilhelm  (III  Vilhem)  İngiltərə  taxtına  dəvət  edilib  kral  elan 
ediləndə  ("şanlı  inqilab"  hadisələri),  onunla  birlikdə  alaylar  da  İngiltərəyə  gəlmişdilər.  6-cı  alay  "Hollandiya 
qvardiyası" adını almış və İrlandiyada üsyançılara qarşı bir neçə döyüşdə iştirak etmişdir. "İspaniya vərəsəliyi 
uğrunda  müharibə"nin  müxtəlif  döyüşlərində  iştirak  etmiş  alay  1745-ci  ildə  Yakobçular  üsyanının 
yatırılmasında iştirak etmişdir. 1753-cü 
ildən  Cəbəllütarixdə  xidmət  edən  alay 
Amerikaya 
göndərilir 
və 
orada 
Amerikanın 
müstəqilliyi 
uğrunda 
müharibədə iştirak edir. 1776-cı il Nyu-
York 
döyüşündən 
sonra 
vətənə 
göndərilən  6-cı  alay  1782-ci  il 
islahatına  görə  Varvik  alayı  adını 
almışdır.  Bu  adla  alay  Fransa 
inqilabının yatırılmasında iştirak etmiş, 
Amerikada 
gedən 
döyüşlərdə 
Martinika, Qvadelupa və Santa Lyuçiya 
adalarını 
fransız 
qoşunlarından 
qorumuşdur. Napoleon müharibələrində əsasən İberiya yarımadası və Cəbəllütarixdə vuruşan alay 1814-cü ildə 
Kanadaya  göndərilir.  1832-ci  ildə  alayın  adı  dəyişdirilərək  1-ci  kral  Varvirşir  alayı  adlandırılır  və  o,  Şimali 
Afrikaya  göndərilir.  Burada  alay  1846-1853-cü  illərdə  ingilis  hökmranlığı  əleyhinə  üsyan  qaldırmış 
müsəlmanlara qarşı vuruşurdu. 1881-ci il islahatına əsasən alay Kral Varvik alayı adını almışdır. 1898-ci ildə 
Sudanda  gedən  döyüşlərdə  iştirak  edən  alay  Bur  müharibələrinin  ən  qızğın  döyüşlərində  də  vuruşmuşdur.  I 
Dünya  müharibəsində alayın adı altında birləşdirilmiş 30 tabor 80-dən artıq döyüşdə iştirak etmiş və nəticədə 
alay 6 dəfə Viktoriya Xaçına layiq görülmüşdü. Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin 
əksəriyyətində  alayın  hissələri  iştirak  etmişdi.  1968-ci  ildə  Varvik  fuzi  alayı  digər  fuzi  alayları  ilə  4  tabor 
tərkibində birləşdirilmiş və bu taborlar indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
184
 
Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan 
ibarət bölüklər üç yığma tabor  şəklində toplansalar da əslində pərakəndə halda  fəaliyyət göstərirdilər. General 
Denstervil  bölükləri  strateji  əhəmiyyətli  mövqelərdə  yerləşdirmiş,  onların  cinahlarında  və  arxada  erməni 
taborları üçün mövqelər seçilmişdi. Erməni taborlarını döyüşə sövq etmək üçün  general hər birində 1 ingilis və 
3  erməni  taboru  olan  briqada  təşkil  etməyi  planlaşdırmışdı,  lakin  bu  planı  həyata  keçirə  bilmədi.  Kral  səhra 
artilleriyasının  8-ci  batareyasını  vahid  şəkildə  saxlayan  general  Sentrokaspi  Diktaturasının  batareyalarını  ayrı-
ayrı mövqelər arasında bölmüşdü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb 
ən təhlükəli mövqelərə göndərilmişdi. 
                                                           
184
en.wikipedia.org/wiki/Royal_Warwickshire_Fusiliers
" İNTERNET səhifəsi.  


69 
 
İngilislər  həmçinin  "Prezident  Kryuger",  "Kursk"  və  "Abo"  gəmilərinə  yiyələndilər.
185
  "Prezident 
Kryuger" nəqliyyat gəmisi Xəzərdə üzən bütün nəqliyyat gəmiləri sırasında ən sürətlisi olmaqla bərabər, böyük 
tutumlu  idi  və  təsadüfi  deyil  ki,  məhz  burada  Denstervil  öz  müvəqqəti  qərargahını  yerləşdirdi.  О  yazırdı: 
"Gəmidə    mənim  bütün  qərargahım,  kargüzarlar,  dəftərxana  və  üstəlik  300  əsgər  üçün  otaqlar  vardı;  ehtiyac 
yarandıqda gəminin üst göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. Gəmidə biz səhra radiostansiyasını da 
quraşdırdıq".  Sonra  ingilislər  daha  iki  gəmi,  "Ventyur"  və  "İqnati"  gəmilərini  əldə  etdilər  və  onları 
silahlandırmağa  başladılar.  Bu  gəmilərdə onlar özləri ilə gətirdikləri bir neçə dörddüymlük top  yerləşdirməyə 
çalışsalar da, Bakını tərk edənədək bu işi sona çatdıra bilmədilər. Təxliyyə zamanı ingilislərdə olan beş gəminin 
beşi də Ənzəliyə aparılmışdı. İngilis dənizçilərinin sayı 160 nəfərdən ibarət idi. 
 
 
 
4.4. Ġngilis qoĢunlarının silahları və hərbi texnikası 
 
General  Denstervilin  öz  qeydlərindən  aydın  olur  ki,  o,  qoşunların  say  azlığını  düşmən  üzərində  texniki 
üstünlüyə  nail  olmaqla  kompensasiya  etməyə  çalışırdı.  Cəbhələrdə  olan  ağır  vəziyyət,  Bakının  ingilis 
qoşunlarının əsas bazalarından uzaq olması qısa müddət ərzində ağır texnika ilə silahlanmış ingilis qoşunlarını 
döyüş  mövqelərinə  göndərməyə  imkan  vermirdi.  Bununla  belə,  generalın  fikrincə  şəhəri  qoruyub  düşməni 
məğlub etmək üçün Bakıda kifayət qədər silah və sursat vardı. 
İngilis  qoşunları  havada  tam  üstünlüyə  malik  idilər.  Türk-Azərbaycan  qüvvələrində  təyyarə  yox  idi. 
Denstervilin  qoşunları  isə  əməliyyatlarda  iki  rus  və  iki  ingilis  aeroplanı  tərəfindən  dəstəklənirdi.  İngilis 
təyyarələrinin növləri sənədlərdə göstərilməsə də ehtimal  etmək olar ki, onlar 1918-ci  ilin yayınadək ən geniş 
yayılmış  ingilis  qırıcısı  "Sopviç-Tabloid"  olmuşdur.  Müharibənin  əvvəlində  vuruşmuş  "Sopviç-Pop" 
təyyarəsinin yeni modeli olan və Tomas Sopviçin ən uğurlu təyyarələrindən "Sopviç-Tabloid" müharibənin ən 
yüngül, kompakt və manevrli təyyarələrindən idi. İstehsalına 1913-cü ildən başlanan təyyarə iki pilot götürür, 
100  at  gücündə  olan  mühərrik  saatda  148  km  sürəti  ilə  hərəkət  etməyə  imkan  verirdi.  Təyyarə  pulemyotla 
silahlanmış və yüngül bombalar götürə bilirdi. 
İngilis  qoşunları  yüngül  zirehli 
avtomobilə 
malik 
idilər. 
Bakıda 
çəkilmiş fotoşəkillərdən (Bakı ətrafında 
döyüşlər  zamanı  və  neft  mədənləri 
yaxınlığında)  görsənir  ki,  Denstervilin 
qoşunlarında  "Rolls-Roys"  tipli  zirehli 
avtomobillər  var  idi.  "Rolls-Roys" 
zirehli 
avtomobili 
1914-cü 
ildən 
istehsal  edilirdi,  qüllədə  yerləşdirilmiş 
bir  pulemyotu  vardı.  8  mm  qalınlığı 
olan  zirehlə  örtülmüş  avtomobilin  2-3 
nəfərlik  heyəti,  3,5  t  çəkisi  var  idi.  40-
50  at  gücünə  malik  mühərrik  şosse 
yolunda 80-96 km/saat sürətlə hərəkət etməyə imkan verirdi. Əsasən piyada hissələrə atəşlə dəstək olmaq üçün 
nəzərdə tutulmuş bu zirehli avtomobil çevikliyi və çətin şəraitə dözümlüyü ilə seçilirdi. 
İngilis qoşunlarının topları barəsində olan məlumatlar azdır. Onların səhra topları kimi göstərilməsi ingilis 
ordusunun  ən  geniş  yayılmış  səhra topu  -18  funtluq  (3,3  düym)  QF  səhra  topunun  Bakıda  istifadə  olunmasını 
ehtimal etməyə imkan verir. Belə ki, 83,8 mm-lik top hələ 1904-cü ildə layihələşdirilmiş, sadə quruluşa malik 
olduğundan İngiltərə və Hindistanın bir sıra hərbi zavodlarında istehsal edilmişdi. 
Müharibənin  gedişində  topun  quruluşunda  dəyişikliklər  aparılmışdı:  ağac  təkərləri  üstü  rezinli  dəmir 
təkərlər  əvəz  etmiş,  bir  dayaq  yerinə  iki  haçalanan  dayaq  qoyulmuş,  ən  son  nümunələrin  çapı  87,6  mm-ə 
çatdırılmışdı. Topun döyüş çəkisi 1284 
kq,  lülənin  enib-qalxma  bucağı  -5-dən 
+16-yadək,  üfiqi  tuşlama  bucağı  8 
dərəcə  olmuşdur.  Тор  8,4  kq  çəkisi 
olan  mərmilərlə  8700  m  məsafəyə 
zərbə endirildi. 
                                                           
185
Денстервиль, c.86. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə